- "Bir siyasətçinin məqsədi bütün dünyaya onların nə qədər əhəmiyyətli olduqlarını göstərməkdir. Bunun üçün də onlara çoxlu qan, çoxlu qan və mühüm rol oynadıqlarını göstərmək üçün qırğınlar lazımdır!"
"Sonsuz dəhliz" sənədli filmi uzaq Cənubi Qafqazda yerləşən Xocalı şəhərini Ermənistanın yağmalaması nəticəsində yüzlərlə azərbaycanlının iki gün içində soyqırıma məruz qaldığı, minlərlə insanın evsiz qaldığı, insan hüquqlarının çeynəndiyi ürəkyandıran bir hekayədir. Rejissorlar 20 ildə ilk dəfə faciənin qəhərəmanlarının, qurbanlarının və təcavüzkarların ifadələrini toplamaq üçün bir araya gəlib.
Tarixi bilməyənlərin taleyində onu bir daha yaşamaq var.
- "Əlimi uzadıb ona daha çox kömək eləmək istədim. Lakin əlimdə isti nə isə hiss elədim. Onun qanını gördüm. Arxamızda olan bir neçə nəfər gəldi, onların bəziləri “Gəl gedək, vaxtını boş yerə itirmə. O ölüb”, dedilər. Mənsə dedim, burdan ya onunla bir yerdə gedəcəm, ya da burda qalıb onunla birlikdə öləcəm". Qonşularını xilas edən, lakin öz həyat yoldaşını itirən bir müəllim və musiqiçi...
Övladını itirən bir ana və onu tapan başqa bir qadın...
Mövzu ilə bağlı oxuyun: Xocalı qırğını - cinayətkar hələ də cəzasızdır...- VİDEO