Mərakeş plovu, rumın təamları, fransız səliqəsi... FOTO

Mədəniyyət 14:41 17.04.2019
İki həftədir davam edən “Frankofoniya həftələri” başa çatdı və dünən “Landmark” oteldə mədəniyyət tədbirlərinin bağlanış mərasimi keçirildi.
 
Hafta.az yazır ki, tədbir zamanı qastronomik sərgi təşkil olunub. Sərgidə ayrı-ayrı ölkələrin milli mətbəxlərindən yeməklər, şərablar, növbənöv şirniyyatlar sərgilənib. Ən maraqlısı isı, Mildova səfirliyinin guşəsində milli geyimli gəlinciklərin nümayiş olunması idi. Frankofoniya təşkilatına üzv olan bir sıra ölkələrin Bakıdakı səfirliklərinin stendlərində həmin ölkələrin milli mətbəxlərinə aid təamlar sərgilənib və tədbir iştirakçılarının bu ləzzətlərdən dadmaq imkanı olub. 
 
Tədbirin açılışında çıxış edən Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez, Mərakeş səfiri Adil Embarç, Meksika səfiri Rodrigo Labardini, Kosta Rika səfiri Jairo Lopez Bolanos və digər dövlətlərin ölkəmizdəki diplomatları bildiriblər ki, “Frankofoniya həftələri”nin keçirilməsində məqsədləri öz tarixləri, mətbəxləri və ümumiyyətlə milli mədəniyyətləri ilə Bakı sakinlərini və paytaxtın qonaqlarını tanış etmək məqsədi güdüblər.
 
Qeyd olunub ki, aprelin ilk yarısında – 15 gün davam edən “Frankofoniya həftələri” 10-dan çox Avropa dövlətinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə reallaşıb. Nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva və Latviya səfirlikləri, eləcə də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təqdim edib. “Frankofoniya həftələri” çərçivəsində rəsm və təhsil sərgiləri, konsertlər təşkil olunub, uşaqlar üçün müxtəlif məşğuliyyətlər reallaşdırılıb və mühazirələr deyilib. Həmçinin bir neçə ekran əsəri nümayiş olunub.
 
İndi də qastronomiya sərgisi haqda gördüklərimizdən söz açaq.
 
Mərakeş səfirliyinin təmsil olunduğu guşə quruluşu, təchizatı, təqdim etdiyi yemək və içəcəkləri ilə ekskluziv təsir bağışlayırdı. Burada iştirakçılara qaynar bulğur plovu, Mərakeş mətbəxinə xas nanə ətirli çay paylanıldı. Çay demişkən, Mərakeşin guşəsində çay şərq-ərəb mədəniyyətinə xas xüsusi qablarda təqdim edildiyi üçün, hər kəsin gözü orada idi desək yanılmarıq. Əlbəttə ki, təqdimatı edənlərin Mərakeşin milli geyimində olması guşənin özünəməxsusluğunu daha da artırırdı.
 
Macarıstan və İsveçrə səfirliklərinin guşələrində isə bu ölkələrin bayraqlarının, turizm və tarixi məlumatları özündə cəmləyən broşürlərin iştirakçılara paylanılması maraqlı idi. Çünki çoxları bu bayraqları sevə-sevə götürürdülər. Adiçəkilən iki dövlətin milli mətbəxinin təamları da məhz bu bayraqların kölgəsində daha cəlbedici görünürdü.
 
Eyni maraqlı mənzərəni Meksikanın stendində də görmək mümkün idi. Burada Meksika təamları ilə yanaşı bu xalqın az qala milli atributuna çevrilmiş bəzəkli və geniş açılan şlyapa-papaqlar sərgilənirdi ki, bu da iştirakçıları özünə çəkən amil idi. İnsanlar məhz həmin şlyapaları başlarına qoyaraq şəkil çəkdirmək üçün Meksika guşəsinə axışırdılar.
 
Yunanıstan səfirliyinin guşəsini yunanlara məxsus edən bir görünüş vardı. Sinilərə yığılmış küftəciklər, pendir və yunan mətbəxinin incisi olan zeytun hər kəsin zövqünə uyğun idi. Yunanıstanın ölkəmizdəki səfiri Nikolas Kanellosun şəxsən masa ilə ilgilənməsi də hər kəsə xoş təsir bağışlayırdı.
 
Fransa səfirliyinin guşəsi də əsl fransızsayağ görünüşdə idi. Burada kiçik doğranaraq çöpə keçirilmiş kolbasalar, xüsusi solfet qablarda pizzalar, digər yemək nümunələri, şirniyyatlar elə təqdim olunurdu ki, səliqə ilk növbədə diqqəti çəkirdi. Təbii ki, şərab da yeməklərə yoldaşlıq edirdi. 
 
Rumıniya səfirliyinin guşəsi şəxsən mənim üçün doğma təsiri bağışlayırdı. Bu ola bilər ki, əziz dosumuz, səfirliyin nümayəndəsi Mixaela Lancunun şəxsən təqdimatda iştirak etməsi ilə bağlı idi. Masada peraşkilər, rumın mətbəxinə aid xüsusi yemək nümunələri qoyulmuşdu. Özü də onları şəxsən diplomat xanım Mixaela özü bişirmişdi. Bu da Rumıniya səfirliyinin təqdim etdiklərini xüsusilə fərqləndirirdi.
 
Latviya, həm də Litva səfirliyinin guşəsi təqdim olunan məhsulların zənginliyi ilə seçilirdi. Masanın üzərinə bir neçə növ sosika, balıq əti tərkibli yeməklər, konfetlər, qırmızı şərab, smetan, balıq konservi, hətta cipsilər düzülmüşdü. Özü də yeyəcəklər o qədər bol idi ki, boşalan sinilərə yeniləri yığılırdı. Çünki latış mətbəxi ilə tanış olmaq istəyənlərin sayı çox idi.
 
Tədbir konsert proqramı ilə davam edib. Konsert proqramında Fransanın “Nathalie National” orkestrinin çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatı fransız dili və insan hüquqlarına hörmət, qadınlar və kişilər arasında bərabərlik, ifadə azadlığı və s. kimi universal dəyərlər ilə birləşən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi) bir araya gətirir.
 
Vüsal Tağıbəyli

 

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı