2040-cı ilə qədər dünyada prostat xərçəngi hallarının iki dəfə artacağı ehtimal edilir.
Ednews xəbər verir ki, bu barədə məlumat Lancet jurnalının son araşdırmalarında qeyd edilib.
Belə ki, araşdırmaya görə prostat xərçəngi diaqnozu qoyulan kişilərin sayının 2040-cı ilə qədər ildə iki dəfə artaraq 2,9 milyona çatacağı və illik ölümlərin 85% artacağı proqnozlaşdırılır.
Araşdırmaların yekun nəticələri Parisdə Avropa Urologiya Assosiasiyasının illik konqresində təqdim olunacaq.
Qeyd edək ki, jurnalda bu ehtimalın artma ehtimalı dünyada yaşayan yaşlı əhalinin çoxluq təşkil etməsi olaraq göstərilir.
Əkbər