Bu gün keçirilən Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan Azərbaycana qarşı böhtan xarakterli fikirlər səsləndirib.
Ednews xəbər verir ki, Y.Kirakosyan iddia edir ki, guya Azərbaycan ermənilərə qarşı milli mənsubiyyətinə görə kobud irqi ayrı-seçkilik siyasəti həyata keçirir:
“Azərbaycan övladlarına ermənilərə nifrət və onları öldürmək öyrədilir, Azərbaycanın dövlət mediası nifrət dolu nitqlər yayır, dövlət rəsmiləri erməniləri milliyyətcə tərksilah edir və erməniləri tamamilə məhv etməyə çağırırlar”.
Kirakosyan xüsusilə qeyd edib ki, bu, dövlət tərəfindən sanksiyalaşdırılan irqçilikdir.
Azərbaycan mentalitetində uşaqlara ermənilərə nifrət təbliği qəti şəkildə yoxdur. Azərbaycan insanı humanist, mərhəmətli və tolerantdır. Ermənistan tərəfinin səsləndirdiyi yalançı, təxribat dolu fikirlər beynəlxalq camiədə çaş-baş yaratmaq məqsədi daşıyır.
Y.Kirakosyan çıxışının davamında iddia edir ki, guya Azərbaycan dövlətinin ermənilərə qarşı uzunmüddətli irqi ayrı-seçkilik siyasəti 2020-ci ilin sentyabrında Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı işğalçılıq müharibəsinə başlaması ilə pik həddinə çatıb:
“Məqsəd etnik erməniləri öz doğma yurdlarından silmək və qovmaq idi. 44 gün ərzində Azərbaycan əsgərləri etnik erməniləri qətlə yetirib, onlara işgəncə verib, təhqir edib və irqi təhqirlər səsləndirməklə, etnik erməni mülki şəxslərə və erməni hərbi əsirlərə qarşı ağlasığmaz zorakılıqlar törətdiklərini qürurla lentə alıblar. Bu zorakılıq və hədə-qorxu Azərbaycan tərəfindən ən azı 30.000 ermənini Dağlıq Qarabağdan qovmaqla etnik təmizləmə həyata keçirmək üçün istifadə olunub”.
Əssasız iddiaları qəbul etmir, bir daha qeyd etmək istəyirik ki, Ermənistan tərəfinin səsləndirdiyi yalançı, təxribat dolu fikirlər beynəlxalq camiədə çaş-baş yaratmaq məqsədi daşıyır. Maraqlısı budur ki, Kirakosyan beynəlxalq ictimaiyyətdə bilinən faktları inkar edir. Hansı ki, bütün bunlar dəfələrlə, başda Azərbaycan Respublikasının Prezidenti olmaqla, hökümət nümayəndələri tərəfindən üçtərəfli, ikitərəfli görüşlərdə, beynəlxalq sammitlərdə, dünya nüfuzlu nəşrlərdə, media agentliklərində vurğulanaraq bildirilib ki, biz öz haqqımız olan ərazilərimizi geri almış, ərazidə yaşayan ermənilərə isə ərazidə yaşamaları üçün hər bir şərait yaratmışıq.
Azərbaycan öz haqq müharibəsini öz suveren torpaqları, hansı ki, ötən gün XİN müavini Elnur Məmmədovun qeyd etdiyi kimi, BMT-nin 4 qətnaməsində (822, 853, 874, 884) də qeyd edilib.
Əkbər Novruz