Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Cəmiyyət 19:50 17.04.2024

Aprelin 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a bildirilib ki, komitə sədri Tahir Mirkişili iclasda birinci oxunuşda 4 qanun layihəsinin müzakirəyə çıxarıldığını bildirib. 

Əvvəlcə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunun layihəsi təqdim edilib.
Komitə sədri bildirib ki, layihə ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub. Diqqətə çatdırılıb ki, 4 fəsil və 10 maddədən ibarət olan qanun layihəsində süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb.

Layihə ilə bağlı fikirlərini açıqlayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov dənizdə tökmə torpaq üzərində tikintinin aparılması ilə əlaqədar qanunvericiliyini təkmilləşdirilməsi sahəsində görülən işləri diqqətə çatdırıb.

O, mülkiyyət məsələlərinin tənzimlənməsi, şəhərsalma, ərazi planlaşdırılması, tikinti inzibatçılığı ilə bağlı məsələlərin həllinin zəruriliyindən danışıb.

Komitənin sədr müavini Əli Məsimli, üzvləri Mahir Abbaszadə, Vahid Əhmədov, Ziyad Səmədzadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Rüfət Quliyev, Aydın Hüseynov çıxış edərək sənədin iqtisadiyyatın davamlı inkişafı, turizm potensialının genişləndirilməsi, ekoloji problemlərin qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıblar.

Sonra Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verilib.

Bildirilib ki, layihədə “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilərək tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na əlavə edilməsi təklif olunur. 

Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliyə əsasən, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Qanunla müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi operativ vergi nəzarətinin əhatə etdiyi məsələlər kimi müəyyən edilir.
“Dövlət rüsumu haqqında” Qanunda tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi ilə əlaqədar dəyişiklik planlaşdırılır.

Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbindən irəli gələrək gömrük nəzarəti zamanı Reyestrdən çıxarışın yoxlanılması ilə bağlı Gömrük Məcəlləsində müvafiq dəyişiklik edilir. 

İclasda, həmçinin “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.

Tahir Mirkişili qeyd edib ki, layihədə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsi və bununla bağlı kompensasiyanın ödənilməsi, habelə qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələləri tənzimlənir.

Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, sənəddə bir neçə istiqamətdə dəyişikliklər nəzərdə tutulub. Qeyd olunub ki, layihədə ərizə üzrə məhkəmənin qərarının ötürülməsi ilə bağlı dəyişiklikdə “3 gün müddətində” sözləri “dərhal” sözü ilə əvəz edilir.

Eyni zamanda, Azərbaycanda və ya Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumu nəzərdə tutulur.
Müzakirə olunan qanun layihələrinin hamısı birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - VİDEO

Xəbər xətti

"Laçında ermənilər evləri belə dağıdıblar" - Umud Mirzəyev - VİDEO
18:00 30.04.2024
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - VİDEO
17:55 30.04.2024
“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı ARTIRILDI
17:50 30.04.2024
FHN-dən əhaliyə MÜRACİƏT
17:46 30.04.2024
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olundu
17:34 30.04.2024
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:21 30.04.2024
Onlar imtahanda maksimum bal topladı - Fotolar
17:09 30.04.2024
Fransa rəsmisi: Azərbaycan Fransaya zərər vermək üçün - VİDEO
Fransa rəsmisi: Azərbaycan Fransaya zərər vermək üçün - VİDEO
16:49 30.04.2024
ÜST: Quş qripi virusunun ABŞ-dan digər ölkələrə keçmə riski var
ÜST: Quş qripi virusunun ABŞ-dan digər ölkələrə keçmə riski var
16:45 30.04.2024
Amerikalı professordan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
Amerikalı professordan Azərbaycanla bağlı PAYLAŞIM - FOTO
16:39 30.04.2024
İsti havada işləməyin sağlamlıq riskləri nələrdir?
İsti havada işləməyin sağlamlıq riskləri nələrdir?
16:30 30.04.2024
May ayının əvvəllərində Şuşaya 20 ailə köçürüləcək - Püşkatma keçirildi
16:22 30.04.2024
Azərbaycan XİN Fransanın daxili işlər nazirinə cavab verib
16:10 30.04.2024
Bu münaqişəni İran yox, İsrail başlatdı - Amerikalı ekspertdən İDDİA - VİDEO
16:05 30.04.2024
"Ermənistanın bütün işi hər kəsə çamur atmaqdır" - Umud Mirzəyev - VİDEO
16:00 30.04.2024
Şuşada VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
Şuşada VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
15:59 30.04.2024
İspaniyalı fotoqraf Qervasio Sançez işğaldan azad olunmuş ərazilərdə səfərdədir
15:55 30.04.2024
Növbəti köç karvanı Laçına çatdı
15:46 30.04.2024
Bu Qərb dövlətləri Ukraynaya hərbi yardım edəcək
Bu Qərb dövlətləri Ukraynaya hərbi yardım edəcək
15:45 30.04.2024
Buraxılış imtahanında 4 nəfər 300 bal topladı - SİYAHI
15:42 30.04.2024
Vyanada Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə tədbir keçirilir
15:37 30.04.2024
Doha Bəyannaməsi qəbul edildi: Azərbaycanın 4 kəndinin qaytarılması, sülh prosesi...
15:30 30.04.2024
Türk turist İsrailli polisi bıçaqladı - VİDEO
Türk turist İsrailli polisi bıçaqladı - VİDEO
15:26 30.04.2024
Aprelin 7-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
15:23 30.04.2024
ABŞ Polşa ərazisində nüvə silahları yerləşdirməyə HAZIRLAŞIR
15:20 30.04.2024
Zorakılığın ən pisi uşaqların gözünün önündə olmasıdır - Mehriban Zeynalova-VIDEO
15:15 30.04.2024
May ayında hava necə OLACAQ?
15:10 30.04.2024
KİV: Macarıstan Azərbaycana görə Aİ Sülh Fondundan Ermənistana dəstək verilməsini bloklayır
15:06 30.04.2024
Ələkbər Məmmədov Umud Mirzəyevlə qadın minaaxtaranlar layihəsinin uğurlu olmasından danışır - VİDEO
14:55 30.04.2024
XİN rəhbəri: Azərbaycan Ermənistanla ikitərəfli və birbaşa sülh danışıqlarına tərəfdardır
14:50 30.04.2024
Necə edək ki, dişlərimiz çürüməsin? - Stomatoloqla MÜSAHİBƏ
14:45 30.04.2024
Ceyhun Bayramov Qətərin xarici işlər naziri ilə görüşüb
14:26 30.04.2024
Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
14:15 30.04.2024
Yeni İpək Yolu layihəsinin perspektivləri: Azərbaycandan bundan necə yararlanacaq? - ŞƏRH
14:05 30.04.2024
“Erməni separatizmi artıq bütün dünyaya məlumdur“ – Umud Mirzəyev -VİDEO
14:01 30.04.2024
Kütləvi məzarlıqlarda cəsədlər bir-birinin üzərində basdırılıb
13:55 30.04.2024
Yaşıl enerji ya da neft-qaz? - Natiq Cəfərli ŞƏRH EDİR
13:50 30.04.2024
Mayın ilk günü hava necə olacaq?
Mayın ilk günü hava necə olacaq?
13:41 30.04.2024
Odessanın “İsgəndər” raketi ilə atəşə tutulması anı – VİDEO
Odessanın “İsgəndər” raketi ilə atəşə tutulması anı – VİDEO
13:35 30.04.2024
Xankəndidəki Qarabağ Universitetinin yataqxanasının görüntüləri - VİDEO
13:25 30.04.2024
Hamısı