Bölgəni çalxalayan Bərzani kimdir?

Analitika 17:30 26.09.2017

Türkiyə arxivlərində hazırda İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin nəsli haqda bir-birindən təzadlı çox maraqlı məlumatlar var.

Bərzani əşirətinin son 300 ildə nələr etdiyi haqda türk araşdırmaçısı Murad Bardakçı arxiv materialları əsasında araşdırma aparıb. Həmin araşdırmanı təqdim edirik: 

****

Türkiyə arxivlərində Bərzan əşirəti haqda yüzlərə sənəd var. Bu sənədlərin, demək olar ki, hamısında 19-cu əsrdən bu günə qədər bərzanilərin dövlətə qarşı heç də xoş olmayan üsyanlarından bəhs edilir.

Adını son illər daha çox eşitdiyimiz Məsud Bərzaninin ailəsi haqqında sənədlər Osmanlı haqda arxivlərdə hamıya açıqdır.

Kimdir bərzanilər?

Bərzanilər Bərzan əşirətinin təmsilçiləri kimi 1800-cü illərin əvvəlindən başlayaraq dövlətə baş qaldırmaqla bölgə tarixinə düşüblər. Bu əşirətin liderləri, adətən, Osmanlı İmperatorluğu, Rusiya və İran arasında manevr etmək, xarici diplomatlarla gizli təmaslar, digər əşirət və hərbi birliklərlə tez-tez savaşa girmək, həmçinin həbs, basqın və s. kimi qarışıq və xoşagəlməz hadisələrlə tarixə həkk olunublar.

O zamanlar “müstəqillik” ifadəsi bölgədə dəb olmadığından arxiv sənədlərində Bərzan əşirətinin ancaq və ancaq Osmanlıya – türklərə qarşı illərlə həyata keçirdiyi üsyanlar haqda çox diqqətçəkən faktlar var.  Məsələn, 1914-cü ilin noyabr ayında bərzanilərin niyə edam edilməsi haqda maraqlı məlumatlar.

Güclənən əşirətdə bir-birini əvəzləyən bərzanilər…

Qısa olaraq 1914-cü ilin noyabrında Osmanlı sultanın əmri ilə icra edilən əşirət iderinin edam tarixçəsinə nəzər salaq.

1900-cü illərdə Bərzan əşirətinin başına Şeyx Əbdüssalam geçib. Əbdüssalamın babası Şeyx Məhəmməd dövlətə qarşı baş qaldırdığı üçün Osmanlı şahı Sultan Əbdülhəmidin əmri ilə bugünkü Şimali İraqda yaşadığı ərazidə həbs edilib. O, Türkiyənin Bitlis şəhərinə sürgün olunub. Sürgün həyatı bitdikdən sonra əşirətə dönsə də, qısa müddət sonra vəfat edib. 

Şeyx Məhəmmədin Əbdüssalam, Əhməd, Babo, Məhəmməd Siddiq və Mustafa adlarında beş oğlu olub.

Əbdüssalam əşirət lideri seçiləndən sonra Bərzan əşirətinin gücü bölgədə sürətlə böyüyüb. Bərzanilər daha çox silahlanmaya gedərək bölgəyə ciddi ağırlıq qoyublar. Və daha sonra isə Osmanlı dövlətinə yenidən başağırısı yaratmağa başlayıblar. O zamandan başlayan güc toparlama bugünkü Bərzanî ailəsinin də önə çıxmasında müstəsna rol oynayıb. 

Əbdüssalam Bərzani (soldan ikinci)

Rəsmi dil tələbi

Əbdüssalam əşirət lideri olduqdan sonra sələflərindən fərqli olaraq, siyasi müstəvidə fəaliyyət göstərən kürd cəmiyyətləri və partiyaları ilə təmas qurub. O, 1907-ci ildə kürd dilinin bölgədə rəsmi dil kimi qəbul edilməsi, vəzifələrə ancaq kürd dilini bilənlərin təyin olunması, məhkəmə qərarlarının şəriət hökmləri əsasında verilməsi, həmçinin bölgədən toplanan vergilərin ancaq bölgəyə xərclənməsi kimi tələblər irəi sürüb. Bununla kifayətlənməyən Bərzan əşirətinin yeni lideri silahlı basqın və digər əməlləri ilə Osmanlı dövlətinə qarşı problemlər yaratmağa başlayıb. Vəziyyəti belə görən dövlət bölgəyə Dağıstanlı Mehmed Paşanın komandanlığı ilə hərbi birlik göndərib.

Osmanlının hərbi birlik göndərməyindən qorxuya düşən Əbdüssalam sahib olduğu əşirət və torpaqları buraxaraq bölgədən qaçıb. Bərzan əşirətinin nəzarət etdiyi torpaqlara girən Dağıstanlı Mehmed Paşa və əsgərləri Əbdüssalamın ailəsi və qardaşı Mustafanı da həbs edərək Mosula aparıblar. Həmin vaxt üç yaşında olan Mustafa sonraki illərdə “Molla Mustafa Bərzani” kimi tanınıb…

Molla Mustafa Barzani

Xarici "emissarlar"larla gizi təmaslar…

Dağıstanlı Mehmed Paşanın bölgədəki əməliyyatından düz bir il sonra Əbdüssalam Bərzan əşirətinə geri dönüb. Onun dönüşü ilə bölgədə yenidən gərginlik, silahlı döyüşlər başlanıb. Nəhayət, bölgədə sabitliyi uzun müddətli qorumaq üçün Osmanlı hökuməti əşirətlə danışıqlar apararaq keçmişdə baş verənləri unudub, daimi sülhü bərqərar etməyə çalışıb.

Sultan Rəşad

Hətta sülhün daimi olması, əşirətə dövlətin hər hansı bir düşmənliyinin olmamasını göstərmək üçün 17 avqust 1913-cü ildə Sultan Rəşad sonradan “Tələt Paşa” kimi tanınacaq daxili işlər naziri Tələt bəylə Səid Həlim Paşanın istəyi ilə Əbdüssalam Bərzanini "Dördüncü rütbə Osmanlı Nişanı"yla mükafatlandırıb. Amma padşah tərəfindən  Əbdüssalama medal verilməsi də bölgədəki gərginliyi yumşaltmayıb. Əksinə, bir az da dərinləşdirib.

Əbdüssalam Bərzaniyə medal verilməsi haqqında Sultan Rəşadın fərmanı

 

Türk ədəbiyyatının çox önəmli simalarından biri olan Süleyman Nazif Mosul valisi təyin edildikdən sonra bölgədə yenidən silah səsləri, basqın hadisələri çoxalmağa başlayıb.

Süleyman Nazif İstanbula göndərdiyi şifrəli teleqramda “Üsyançılara medal verilməsi dövlətə baş qaldıranlarda bir ümid doğurur", – deyə bəhs edib.  

Bundan sonra dövlət yenidən bölgəyə əsgər yeridib. Bu dəfə də əşirətini buraxıb qaçan Şeyx  Əbdüssalam müxtəlif ərazilərdə gizlənərək dövlətə qarşı iş aparıb. O, hətta bir ara Ermənistanda da gizlənib. Orada Rusiya çarı  Nikolayın təmsilçiləri ilə görüşüb, sonra gizli şəkildə geri qayıdarkən qonaq qaldığı kənddəki evin sahibinin məlumatı əsasında hərbi birlik tərəfindən həbs edilərək Mosula götürülüb.

Süleyman Nazif

 

"Unutduq, bunları da asın…"

Mosuldakı 16-ci Hərbi Məhkəmə Əbdüssalamla adamlarını 15 noyabr 1914-cü ildə edama məhkum edib. Sultan Rəşad hərbi nazir Ənvər paşanın 24 noyabr tarixində göndərdiyi məhkəmə qərarını iki gün sonra təqsdiq edib. Beləliklə, 26 noyabr 1914-cü ildə Əbdüssalam və adamları Mosulda dar ağacından asılıblar. 

Arxiv sənədlərinə görə, bu edam zamanı qəribə olay da yaşanıb. Belə ki, Hərbi Nazirlikdən Mosula göndərilən məktubda “Daha öncə yollanan edam qərarına bəzı adların yazılmasının unudulduğu fərq edilib”, – deyə bildirilib və Bərzani əşirətinin daha bir neçə nəfər fəalının edam olunması əmr edilib. Əmr dərhal yerinə yetirilib.

Mosul Hərbi Məhkəməsinin Əbdüssalam Bərzani və adamları haqqındakı edam qərarının ilk səhifəsi

 

Beləliklə, Əbdüssalamın edamından sonra Bərzan əşirətinin başına 18 yaşlı qardaşı Əhməd geçib. Ondan illər sonra isə Mustafa Bərzani əşirətə lider gətirilib. Mustafa Bərzaninin oğlu Məsud Barzani isə atasının ölümündən sonra Bərzan əşirətinin lideri olub…

Sultan Rəşadın Əbdüssalam Bərzani və adamları haqqndakı edam fərmanı.

 

Medal əvəzinə diplomatik pasport…

Dövlətlə Bərzan əşirəti arasında 1800-cü ildən bu günə kimi yaşanan gərginiyin qısa xülasəsi belədir. Və göründüyü kimi, dəyişən ciddi bir şey də yoxdur.

Osmanlı dövründə Bərzanilərin liderinə əvvəl medal verilib, sonra asılıb. İllər sonra, yəni 20-ci əsrin sonunda isə Osmanlının varisi olan Türkiyənin mərhum prezidenti Turqut Özalın təlimatı ilə Məsud Bərzaniyə diplomatik pasportverilib…

Məsud Bərzani

İndi də 21-ci əsrdir.  2017-ci ildə dövlət yenə də baş qaldıran Bərzani əşirətini cəzalandırmaq üçün hərəkətə keçir.

25 sentyabr 2017-ci ildə  İraq Kürd Muxtariyyətinin lideri olan Məsud Bərzaninin referendum keçirib, bölgədə yeni dövlət –  "Kürdüstan" dövləti elan etmək cəhdinə qarşı dünən Türkiyə Böyük Millət Məclisi toplanaraq qərar qəbul edib. Bəli, 21-ci əsrdə məclis dövlət və onun qollarına yenə bu əşirətin liderini ağır cəzalandırmaq səlahiyyəti verib…

Bəs bundan sonra nələr baş verəcək? Növbəti Bərzanini dar ağacından asmaq mümkün olacaqmı?

Önümüzdəki günlər və ya aylarda proseslərin hansı istiqamətdə cərəyan edəcəyini görəcəyik…

Sonda isə Osmanlı dönəmində Mosul valisi olmuş Süleyman Nazifin hələ o zaman dövlətin sultanına yazdığı öngörmənin günümüzdə də nə qədər doğru olduğunu bir daha təkrarlamağa ehtiyac var: bəli, medal vermək, təltif və iltifatlar üsyançılarda ancaq baş qaldırmaq ümidi yaradır, başqa heç nəyə yaramır… (Strateq.az)

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı