"ABŞ-ın birtərəfli hərəkətləri Qərb üçün ölümcül nəticələr törədir" “Le Figaro”

Analitika 18:28 17.01.2018

“Konsensuslar diplomatiyası bitib. Bunun yerinə Donald Tramp ultimatumlar diplomatiyasına üstünlük verib. Özü də bu siyasətdə ABŞ boynuna heç bir öhdəlik götürmədən özü üçün ancaq hüquqlar tələb edir”.

Fransanın “Le Figaro” qəzetinin yazarı Reno Jirarın analitik yazısı bu sətirlərlə başlayır.

Eurasia Diary həmin yazını təqdim edir:

Müəllifin fikrincə, Obamanın iki prezidentlik dövrü ən çox siyasi münasibətlərdə konsensuslarla yadda qalmışdı. Bu bir çox uğurlu diplomatik layihəni həyata keçirməyə imkan yaratmışdı. Bunların içində 2015-ci ilin iyulunda İranla imzalanan “Birgə hərtərəfli fəaliyyət planı”nı (BHFP- ən çox “İranla bağlanmış nüvə anlaşması” kimi tanınır) və ya 2015-ci ilin dekabrında bağlanan “İnsan faəliyyəti nəticəsində əmələ gələn qlobal istiləşmənin azaldılması üzrə Paris sazişi”ni qeyd etmək olar.

Lakin Tramp administrasiyasının fəaliyyətindən bir il ötdükdən sonra ABŞ diplomatiyasının tamamilə başqa yol seçdiyi açıq-aşkar göründü. Böyük beynəlxalq işlərə və vəzifələrə çoxtərəfli yanaşma üsulu yerinə birtərəfli qaydada hərəkət tərzi gəlib. Diplomatik konsensuslar ultimatumlar diplomatiyası ilə əvəzlənib. Ən son ultimatum isə 2018-ci ilin yanvarın ayının 12-də, İranla nüvə sazişini imzalayan Fransa, Böyük Britaniya və Almaniyaya verilib. D.Tramp gözündə fəlakət kimi görünən bu müqavilənin zərərli nəticələrini aradan qaldırılması üçün həmin ölkələrə 120 gün vaxt verib.

Картинки по запросу iran nuclear deal

Müəllifin fikrincə, Donald Trampın İranla bağlanan sazişi ləğv etmək arzusu 39 ildir düşmən kimi təqdim olunan bir ölkə ilə bağlı olduğu üçün həm respublikaçı, həm də demokrat elektorat tərəfindən anlayışla qarşılana bilər. Lakin o, sazişlə əlaqədar 2 əsas faktı öz vətəndaşlarının diqqətindən qaçırır:

Birincisi, BHFP “Nüvə silahının yayılmasının qarşısının alınması haqqında” 1968-ci il sazişindən bu yana ən güclü beynəlxalq təftişi həyata keçirməyə imkan verir.
İkincisi, artıq avropalılar da 2 ildən çox davam edən danışıqlardan sonra əldə olunan bu cür qiymətli sazişin bircə sətirinə də düzəliş etməyəcəklərini Vaşinqtonun diqqətinə çatdırıb. Bundan başqa, sazişin digər iştirakçıları, İran, Çin və Rusiya ümumiyyətlə bu barədə bir söz də eşitmək istəmirlər.

“Əgər ABŞ İranda islahatçıları zəiflətmək və İslam keşikçiləri korpusunu atom bombası yaratmaq kursuna geri dönməsini istəyirsə, bundan (Trampın yeni siyasəti-red.) daha gözəl vasitə tapa bilməzdi”, -Jirar qeyd edir.

Картинки по запросу trump iran

Müəllifin rəyinə görə, 2-ci dünya müharibəsindən sonra ABŞ həmişə xarici siyasətdə ardıcıllıq prinsipini rəhbər tutub. Ayrı-ayrı prezidentlər müəyyən yeniliklər gətirsələr belə, onlar heç vaxt sələflərinin çəkdiyi xətdən kənara çıxmayıblar. Tramp bu miras prinsipi kökündən dəyişib:

“Trampın birtərəfli yanaşma tərzi zərərli və fəlakətli nəticələrə gətirib çıxarır.O, ABŞ üçün ancaq hüquqlar tələb edir, bunun əvəzində isə üzərinə heç bir öhdəlik götürmək istəmir”.

Avropada ona olan inam sarsılıb. Burada onun İqlim üzrə Paris sazişindən çıxmasının, habelə NATO xartyasının 5-ci maddəsi (kollektiv müdafiə-red) ilə bağlı ziddiyyətli fikirlərinin rolu böyükdür.

Картинки по запросу trump european union

Miqrasiya problemlərinə çoxtərəfli həll prinsipindən imtina etməsinə görə Latın Amerikasının ondan zəhləsi gedir. Ərəb-müsəlman dünyası və Afrikada isə onun ayrı-ayrı xalqları təhqir etməsi, habelə İsrail-Fələstin münaqişəsində ənənəvi neytrallıqdan vaz keçməsi nəticəsində özünə qarşı hər kəsdə nifrət oyadıb.

Asiyada isə 2016-cı ilin fevralında Oklenddə imzalanan “Sakit okean ticarət tərəfdaşlığı”ndan çıxmaqla özü də istəmədən Çinin güclənməsinə yol açıb.
“Ruzvelt dövründən bu yana hamı ABŞ-ın beynəlxalq münasibətlərdə pis və ya yaxşı nüfuz etdiyinə alışmışdı. İndi işlər əsla bu cür deyil”, -müəllif qeyd edir.
Nüfuzlu Yel universitetinin professoru, Şərqi Avropa tarixi üzrə ekspertlərdən sayılan Timoti Snayderin fikrincə, Trampın dövründə ABŞ-ın xarici siyasəti yox dərəcəsindədir.

Картинки по запросу state department budget cuts

“Donald Tramp Dövlət Departamentini zəiflətməklə məşğuldur. O, büdcəni olduqca qısaldıb. Bir çox aparıcı diplomat istefa verməyə məcbur olub.Tramp qoy hər yerdə ABŞ-ın necə güclü və möhtəşəm olduğunu bəyan etsin. Lakin Yeni Zelandiya və ya Avstrlaliya, Vyetnam və ya Cənubi Koreyanın gözündə vəziyyət artıq tamam başqa cürdür. Onlar hər gün Çinin nə etdiyinə baxırlar”, - ekspert qeyd edib.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı