“Ermənilər Lələtəpəni qaytarmaq istəsə, yeni mövqeləri itirəcəklər” keçmiş döyüşçü

Analitika 10:50 23.02.2018

Seçkilərdən sonra Qarabağda hərbi əməliyyatların başlaya biləcəyi barədə proqnozlar artır; Akif Nağı: “Ermənistanın işğalına qarşı müharibə artıq zərurətə çevrilib”

Ermənistan ordusunun işğal altındakı Azərbaycan ərazilərindəki bölmələri daha bir hərbçisini itirib. Ermənistan KİV-i xəbər verir ki, hadisə fevralın 22-də səhər saatlarında baş verib. 1998-ci il təvəllüdlü əsgər Qrigor Yeqoyanın müəmmalı şəkildə öldüyü deyilir.

Düşmən növbəti əsgərini savaş xəbərlərinin yayıldığı günlərdə itirdiyi üçün daha çox diqqət çəkib. Xatırladaq ki, ABŞ Milli Kəşfiyyatının Qarabağda irimiqyaslı, dağıdıcı müharibənin başlayacağı barədə xəbərdarlıq etməsi Ermənistanda geniş əks-səda doğurub və müzakirə predmetinə çevrilib.

Paralel olaraq işğalçı Ermənistanın apreldə itirdiyi mövqeləri geri qaytarmaq üçün təxribatlar törədəcəyi barədə ekspertlərin xəbərdarlıqları da diqqət cəlb edir. Hərbi ekspert, istefada olan polkovnik Konstantin Manuxin bildirib ki, Ermənistan tərəfi Azərbaycanda prezident seçkiləri, xüsusilə məşhur aprel döyüşlərinin 2-ci ildönümü ərəfəsində cəbhədə təxribatlar törədə, bəzi yerlərdə hücuma keçə bilər.

Ekspert milli.az-a açıqlamasında deyib ki, ona görə də həddən artıq diqqətli, ayıq-sayıq olmaq lazımdır. Təcrübəli hərbçi fikirlərini belə əsaslandırıb: "Bilirsiniz ki, bu il aprel döyüşlərinin 2-ci ildönümü olacaq. Bizim düşmənlərimiz isə təxribatlar üzrə ustadırlar. Onlar həmişə hansısa tarixi hadisələr ərəfəsində belə şeylər edirlər. Havalar da getdikcə istiləşir. Adətən fəal hərbi əməliyyatlar da belə vaxtlarda olur. Ona görə də ermənilər aprelin əvvəllərində cəbhənin istənilən istiqamətində təxribatlar törədə, hətta bəzi yerlərdə hücum əməliyyatı həyata keçirə bilərlər.  Onlar hələ də 2 il əvvəlki məğlubiyyəti, Azərbaycan ordusunun uğurlu əməliyyatını həzm edə bilməyiblər. Elə bu səbəbdən də özlərini göstərməyə, guya nəyəsə qadir olduqlarını sübut etməyə çalışacaqlar. Onlar buna çoxdan hazırlaşırlar. Hərçənd onların silahlı qüvvələrinin hansı vəziyyətdə olması, orduda mənəvi-siyasi-psixoloji durumun necə bərbad olduğunu hamı bilir. Ona görə də bunun belə olmadığını sübut etmək üçün dəridən-qabıqdan çıxırlar. Bunu nəzərə alaraq cəbhədə təxribatların, özü də ciddi şəkildə baş verə biləcəyini söyləmək olar".

Azərbaycan prezidentinin İrəvan xəbərdarlığı və müdafiə nazirimizin döyüşlərin hər an başlaya biləcəyini bəyan etməsi yayılan müharibə xəbərdarlıqlarının əsassız olmadığı qənaətini yaradır. Ermənistan parlamentində çıxış edən xarici işlər nazirinin müavini Şavarş Köçəryan növbəti dəfə həyasızlıq edərək, Azərbaycanı bölgənin təhlükəsizliyinə təhdid yaratmaqda (?!) ittiham edib. Həmçinin iddia edib ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu hücuma keçən və dinc əhalini hədəfə alan tərəf olub. XİN rəsmisi Azərbaycanın güc yoluna üstünlük verdiyi üçün Qarabağ məsələsinin həll olunmadığını iddia etməklə bir daha ölkəsinin işğalçı siyasətini gizlətməyə səy göstərib. Eyni zamanda Ermənistan rəhbərliyinin aprel zərbələrini unutmadığı bir daha təsdiqlənir. Hətta Azərbaycanda prezident seçkilərinin önə çəkilməsini də ermənilər Qarabağla bağlı hansısa proseslərin başlaya biləcəyi ilə izah edirlər.

Musavat.com erməni mediasına istinadən onu da bildirir ki, Ermənistan prezidenti Serj Sərkisyan Livan prezidenti Mişel Aunla birgə keçirdiyi brifinqdə növbəti dəfə iddia edib ki, Qarabağ münaqişəsi ancaq “Qarabağ xalqı”nın müstəqil yaşaması halında mümkün ola bilər. Bütün bunlar, düşmənin aqressiv, şantajla dolu bəyanatları fonunda məsələnin sülhlə tənzimlənməsi inandırıcı görünmür.

Amma qəribəsi həm də budur ki, son günlər həmsədr ölkələrin paytaxtları Bakını qıcıqlandıran davranışlara yol verir. Belə ki, Azərbaycan XİN məhz buna görə son həftə ərzində Rusiya və Fransaya rəsmi etiraz etdi. Qeyd etdiyimiz kimi, ABŞ kəşfiyyatının müharibə xəbərdarlığına ermənilər ciddi reaksiya verib, işğalçı ölkədə qızğın müzakirələr gedir. ATƏT sədrinin səhra köməkçisi Anji Kasprşik də erməni mətbuatına deyib ki, monitorinqləri artırmaq istəyirlər. Ortaya çıxan qənaət budur: ermənilər qorxur ki, seçkilərdən sonra Azərbaycan hücuma keçə bilər. Amma eyni zamanda qarşı tərəf strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini almaq üçün əks-hücuma keçmək üçün fürsət gəzir. Xatırladaq ki, S.Sərkisyan xalqına tezliklə əvvəlki mövqelərə qayıdacağı barədə vəd vermişdi. Amma prezidentliyin son ayını yaşayır, vəd yerinə yetirilməyib. İndiki situasiya nə deyir, aprel döyüşləri apreldə təkrarlana bilərmi, ümumən seçkidən sonra?

“Seçkilərdən sonra vəziyyətin dəyişəcəyi ilə bağlı müxtəlif mənbələrdən proqnozlar verilir, dəyişikliklərin baş verəcəyini göstərən müəyyən əlamətlər də müşahidə olunur. Mən hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra işğalçı Ermənistanın işğalına qarşı müharibənin başlanması artıq zərurətə çevrilib”.

Akif Nağı ile ilgili görsel sonucu

QAT sədri Akif Nağı bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. O qeyd etdi ki,  Ermənistan ictimaiyyətinin təşviş keçirməsi bu reallıqla bağlıdır: “Onlar başa düşürlər ki, Azərbaycanın müharibədən başqa yolu qalmayıb, daha doğrusu, Ermənistan və beynəlxalq təşkilatlar Azərbaycana başqa yol qoymayıblar. Azərbaycanda müharibəni başlamaq üçün hər şey var, çatışmayan siyasi qərardır. Ümid edirik ki, o qərar da olacaq”.

Bəs Ermənistanın Lələtəpəni, digər yüksəklikləri azad etmək üçün əks-həmləyə keçməsi mümkündürmü? QAT sədri belə bir perspektivi Azərbaycanın şansı sayır: “Ermənistanda bəzi populistlər Azərbaycanın apreldə azad etdiyi ərazilərlə bağlı dəfələrlə tələblər səsləndiriblər. Amma hakimiyyət bu məsələdə israrlı görsənmir, çünki gücləri yoxdur. Ona görə də Ermənistanın bu istiqamətdə cəhd göstərəcəyi inandırıcı deyil. Cəhd etsələr, Azərbaycana əks-hücum üçün yaxşı şans vermiş olacaqlar”.

Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu da hərbi toqquşmaları istisna etmir: “Əlbəttə, ermənilər 2016-nın aprelində itirdikləri strateji mövqeləri geri qaytarmaq istəyirlər. Amma buna nail ola bilməyəcəklər. Əksinə, yeni mövqelər itirəcəklər. Ordumuz çox sürətli, çevik əks-hücum taktikasına malikdir. Aprel döyüşləri də bunu sübut etdi”.

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Hamısı