Ermənistanın yeni prezidenti MƏLUM OLDU - YENİLƏNİB

Analitika 12:35 02.03.2018
Ermənistanda prezident seçkilərinin nəticələri məlum oldu. Səsvermənin nəticələrinə görə, Armen Sarkisyan Ermənistanın yeni prezidenti seçilib.
 
"Sarkisyana 90 deputat səs verib, 10-u onun namizədliyinə qarşı çıxıb. Beləliklə, o, Ermənistan prezidenti seçildi. Səsvermədə 101 deputat iştirak edib. Bir bülleten etibarsız tanınıb", - qanunverici orqanının hesablama komissiyasının başçısı Qaqik Melikyan plenar iclasın gedişatında bildirib.
 
x x x
 
Ermənistan parlamentində prezidentin seçilməsi ilə bağlı səsvermə başa çatıb.
 
Səsvermədə parlamentin 100-dən çox deputatı iştirak edib.
 
Tək namizəd Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyandır. Onun namizədliyi hakim Respublikaçılar Partiyasının adından indiki dövlət başçısı Serj Sarkisyan tərəfindən təklif edilmişdi. Rəsmi olaraq isə Armen Sarkiyanın namizədliyi Respublika Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının 65 deputatı tərəfindən irəli sürülüb.
 
Prezidentin seçilməsi üçün səslərin dörddə üçün və deputatların 79 səsi lazımdır. Lakin hakim fraksiya onu dəstəkləyən “Daşnaksütyun” ilə birlikdə 65 səs malikdir. Armen Sarkisyanın qələbəsi üçün daha 14 səs lazımdır. Bu dəstəyi parlamentdə sayca ikinci “Tsarukyan” fraksiyası təmin edə bilər. Parlamentdə 31 deputatla təmsil olunan “Tsarukyan” Armen Sarkisyanın namizədliyini dəstəkləyəcəyinə söz vermişdi.

x x x

Böyük ehtimalla Armen Sərkisyan ikinci tur olmadan qalib gələcək

Bu gün Ermənistan parlamenti ölkənin yeni prezidentini seçir. Hakim Respublikaçılar Partiyasının lideri, prezident Serj Sərkisyanın “vəlihəd” gözü ilə baxdığı, ölkənin Böyük Britaniyadakı səfiri Armen Sərkisyan əsas namizəddir.

Armen Sərkisyanın 65 yaşı var. Nəzəri fizika və riyaziyyat ixtisası üzrə İrəvan Dövlət Universitetini bitirib. 1976-1984-cü illərdə YDU-da fizika üzrə dərs deyib, universitetdə kompleks nəzəri fizika sistemlərinin kompüter modelləşdirilməsi şöbəsini təsis edib. 1984-1995-ci illərdə gənc alim kimi Cambridge Universitetində dərs deyib. ASərkisyan Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun və Britaniya Astronomiya Cəmiyyətinin üzvüdür. Nəzəri fizika, astrofizika və kompüter modelləşdirilməsi üzrə 50-də çox elmi məqalə və 3 dərslik vasitəsinin müəllifidir. 1992-ci ildən bu günədək, qısamüddətli fasilələrlə, diplomatik sahədə çalışıb. Müxtəlif illərdə Ermənistanın Böyük Britaniya, Avropa İttifaqı, Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri olub. 1996-cı ilin noyabr ayından 1997-ci ilin fevral ayına kimi Ermənistanın baş naziri vəzifəsində olub. A.Sərkisyan 2001-2013-cü illərdə “British Petroleum”, “Alcatel”, “Telefonica”, “Merrill Lynch” və bir sıra başqa transmilli şirkətlərin baş müşaviri vəzifəsində çalışıb. Onun həmçinin bizneslə məşğul olduğu bildirilir. Yerli mətbuatda onun Ermənistanda və xaricdə bir neçə şirkətə malik olduğu deyilir.

Ekspertlər A.Sərkisyanın qarşıdakı prezidentlik dönəminin hazırkı rəhbərin fəaliyyətindən heç nə ilə fərqlənməyəcəyini bildirirlər.

Politoloq Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova Ermənistanın siyasi kursunun dəyişməyəcəyini düşünür: “Prezidentliyə hakim Respublika Partiyasının və koalisiyadakı Erməni İnqilabi Federasiyası Daşnaksütyun Partiyasının vahid namizədi bu ölkənin Böyük Britaniyadakı səfiri, 1996-1997-ci illərdə baş naziri olmuş Armen Sərkisyandır. Adını çəkdiyimiz hakim partiyalardan başqa parlamentdə deputatların sayına görə ikinci yerdəki müxalifətçi ”Tsarukyan" partiyası da ona səs verəcəyini bildirib. Armen Sərkisyanın dünənki parlament müzakirələrində vahid namizəd olması lehinə 65 nəfər səs verib. Parlamentdə cəmi 9 deputat yerinə malik “Yelk” müxalifət partiyası isə Sərkisyanın əleyhinə səs verəcəyini bildirib.

Prezident vəzifəsinə seçilmək üçün namizəd parlamentdəki 105 mümkün səsdən 79-nu almalıdır. Lakin indiki prezidentin səlahiyyət müddəti 9 apreldə başa çatır. Bu seçkilərlə də ölkə parlament üsul-idarəsinə keçir və artıq prezident yalnız təmsilçilik funksiyalarına malik olacaq, əsas səlahiyyətlər isə baş nazirdə olacaqdır. Lakin hesab olunur ki, Armen Sərkisyan diplomat, biznesmen kimi həm Rusiya, həm də Qərblə sıx əlaqələrə malikdir. Onun biznes və siyasi dairələrdəki əlaqələri ölkəsinə investisiya cəlb olunmasına şərait yarada bilər. O, artıq Ermənistanı texnoloji mərkəzə çevirmək planlarını açıqlayıb. Eyni zamanda həm Avrasiya İqtisadi Birliyi, həm də Avropa İttifaqı ilə sazişlər imzalanmasını düzgün addım hesab etdiyini və bu kursu davam etdirəcəyini bildirib.

armen sarkissian ile ilgili görsel sonucu

Bir ay əvvəl o, Moskvaya, Milana, Londona səfər etmişdi. Adıçəkilən siyasi və maliyyə mərkəzlərinə səfərin məqsədlərindən birinin işgüzar və siyasi dairələrin razılığını almaq ola bilərdi. Qeyd edim ki, nə siyasi sistem dəyişikliyinin, nə yeni prezident seçilməsinin ölkənin siyasi kursunun dəyişməsinə təsiri olmayacaqdır. Regiondakı siyasi proseslərə də təsiri gözlənilmir. Ötən ilin aprelində baş tutmuş parlament seçkiləri qüvvələr balansını artıq müəyyən edib. Ölkədə səlahiyyətlərin baş nazirə keçməsi, parlamentli respublika üsul-idarəsinə keçirməsini nəzərə alaraq demək olar ki, Ermənistandakı siyasi qüvvələr nisbəti artıq çoxdan müəyyənləşib. Hazırkı prezident seçkiləri isə nə daxili, nə xarici siyasətə həlledici təsir göstərməyən bir prosesdir. Əgər Serj Sərkisyan bu dəfə baş nazir qismində bütün səlahiyyətləri əlində saxlayaraq ölkənin faktiki idarəçiliyini davam etdirəcəksə, parlament də ötən ildən fəaliyyətini davam etdirirsə, yeni prezident seçkilərindən nəsə gözləmək mənasızdır".

Politoloq düşmən ölkədə güc nisbətinin illər öncədən dəyişdiyini də söylədi: “Ermənistandakı güc nisbətinin əsası bu gün yox, 2015-ci ilin 6 dekabrında ölkə konstitusiyasının referendum yolu ilə dəyişilməsi zamanı qoyulub. Məhz həmin vaxt konstitusiya islahatlarının təşəbbüskarı hakim Respublika Partiyası ölkədəki güc mərkəzini Prezident Administrasiyasından parlamentə keçirməyi bacardı və bununla da özünün hakimiyyətinin davamlılığını təmin etmiş oldu. Biz bu gün Ermənistanda 2015-ci ilin dekabr ayında yazılmış ssenarinin son tamaşasının oynandığını görürük. Bu, Serj Sərkisyanın prezidentliyinin son dönəmi ilə eyni vaxta salındı. Gördüyümüz kimi, real olaraq hakimiyyəti Serj Sərkisyan özü ilə parlamentə və baş nazirliyə transfer etməyi bacardı. Hazırkı prezident vəzifəsi isə artıq formal səciyyə daşıyacaqdır”. (musavat.com)


BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Hamısı