Paşinyan Əliyevin sözünü təsdiqlədi Bakıdan İrəvana unikal fürsət

Analitika 10:27 08.06.2018

Erməni baş nazirdən yeni və acı etiraflar; Azərbaycan prezidenti: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir...”

İyunun 7-də Ermənistan parlamentində yeni hökumətin fəaliyyət proqramı müzakirə edilib. Mayın 8-də küçə etirazlarının təzyiqi altında baş nazir seçilən Nikol Paşinyan dünən öz hökumətinin prioritet istiqamətləri haqda danışıb. Eyni zamanda bir daha ölkədəki ağır sosial-iqtisadi vəziyyətə, əhalinin miskin güzəranına görə Sərkisyan-Köçəryan rejimini ittiham edib.

“Ermənistanda indiyədək keçirilmiş parlament və prezident seçkilərinin, demək olar, hamısı saxtalaşdırılıb”. “Yeni Müsavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, bu sözləri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib.

“Mən hesab edirəm ki, 1991-ci ilin prezident və 1999-cu ilin parlament seçkilərindən savayı, bütün seçkilər saxtalaşdırılıb. Bundan ötrü bütün qanunsuz vasitələr - fiziki işgəncələrdən tutmuş, seçki prosesi zamanı rüşvət verilməsinədək -  hər şey səfərbər edilib. Bunun nəticəsində Ermənistanda ”amoral atmosfer" yaranıb. Ölkədəki bütün neqativ hallar bununla birbaşa bağlıdır", - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, yeni hökumət belə proseslərin kökünü kəsməli və azad və demokratik parlament seçkiləri keçirməlidir.

*****

Paşinyan ile ilgili görsel sonucu

Ermənistanda gerçəkdən də illərdir amoral atmosfer hökm sürür. Bu atmosfer və onun ağır nəticələri - erməni xalqının səfil güzəranı, ölkədən ilbəil güclənən kütləvi köç, korrupsiya və inhisarçılıq, Qarabağ məsələsinin həll olunmamış qalması, total seçki saxtakarlıqları və xalqın iradəsinə təcavüz, şübhəsiz ki, müstəsna olaraq son 20 ildə Ermənistanda mövcud olan anormal və qəddar idarəçiliklə birbaşa bağlıdır.

Ermənistanın ardınca kriminal idarəçiliyin hökm sürdüyü Dağlıq Qarabağda da analoji etirazların başlanması göstərdi ki, 20 illik Sərkisyan-Köçəryan rejimi Qarabağ erməniləri də daxil, öz xalqına məhrumiyyətlərdən və fəlakətlərdən savayı heç nə verməyib. Yalnız varlanmaqla məşğul olub. İbrətamizdir ki, bunu indi təkcə sıravi ermənilər yox, onların rəsmiləri, yeni baş nazir də açıq şəkildə deyir, etiraf edir.

2008-ci il martın 1-də İrəvanda ile ilgili görsel sonucu

Bu yerdə “Yeni Müsavat” xatırladır ki, 2008-ci il martın 1-də İrəvanda Sərkisyan rejiminin seçki saxtakarlıqlarına etiraz edən dinc nümayişçiləri güllələtməsi nəticəsində 10 etirazçı öldürülüb. Bundan 9 il qabaq - 1999-cu il oktyabrın 27-də isə (o vaxt prezident Robert Köçəryan idi) Ermənistan parlamentinin gülləbaran edilməsi nəticəsində spiker Karen Dəmirçyan və baş nazir Vazgen Sərksiyan da daxil, 7 nəfər öldürülmüşdü. Nə mart hadisələri, nə də 27 oktyabr hadisələrinin üstü indiyədək açılıb. Bu da sizə erməni demokratiyası və hüquqi dövləti!

Ümumiyyətlə, Ermənistanın formal dövlət kimi mövcud olduğu 27 ildə orada hakimiyyət hələ bircə dəfə də olsun seçki yolu ilə dəyişməyib. 1998-ci ildə “Qarabağ klanı” Levon Ter-Petrosyanı devirərək hakimiyyəti ələ keçirib xunta rejimi qurmuşdusa, 20 il sonra - 2018-ci ilin mayında Nikol Paşinyan küçə hərəkatının təzyiqi altında “Qarabağ klanı”nı iqtidardan qovdu. Heç olmasa, hakimiyyətin bircə dəfə seçki yolu ilə dəyişmədiyi ölkələr isə demokratik hesab edilmir.            

Bu mənada Paşinyanın söylədikləri acı etiraf olmaqla yanaşı, yeni məsələ də sayılmaz.                   

*****

Ä°lgili resim

“Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev srağagün Bakıda QMİ-nin təşkil elədiyi iftar süfrəsində çıxışı zamanlı söyləyib.  

Ölkə başçısının aşağıdakı fikri də nə qədər qəribə olsa belə, hazırda Sərkisyan rejimini asıb-kəsən, onu erməni xalqını ağır duruma salmaqda suçlayan Nikol Paşinyanın, erməni KİV-lərinin, ekspert ictimaiyyətinin dedikləri və yazdıqları ilə üst-üstə düşür.

Azərbaycan prezidenti: “Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”.

İlham Əliyevdən qəzəbli ile ilgili görsel sonucu

*****

Lakin aydındır ki, Nikol Paşinyanın acı etirafları ermənilərin dərdinə məlhəm olası deyil. Əsas odur ki, onun özü hansı kursu aparacaq, enində-sonunda sələflərinin yolunu təkrarlamayacaq ki? Axı, erməni xalqının üzləşdiyi bəlaların kökündə deyildiyi kimi, ən əvvəl həlli uzanan Qarabağ ixtilafı durur. İki böyük qonşu - Azərbaycan və Türkiyə əlaqələrin dondurulması dayanır.

Bu əlaqələrin “donu” açılmadan, Ermənistanda köklü islahatlar, iqtisadi tərəqqi və rifah mümkün olmayacaq. Bəs, Qarabağ “düyünü”nü yeni baş nazir necə açmaq fikrindədir? Bu problem çözülmədən öz xalqına verdiyi vədləri o, necə tutacaq? 

Əfsus ki, baş nazir olandan sonra Paşinyanın Dağlıq Qarabağ mövzusunda açıqlamaları hələ ki, nikbinlik üçün əsas vermir. Parlamentdəki dünənki çıxışında o, öz destruktiv mövqeyini bir daha bəyan edib. Qarabağ ermənilərinin birbaşa danışıqlara qoşulmasının vacibliyini söyləyib. Odur ki, prezident İlham Əliyevin öz çıxışı zamanı bu mövzuda ona verdiyi tövsiyə əslində son xəbərdarlıq kimi də qəbul oluna bilər. Yəni bir növ, onun da, erməni xalqının da son şansı, son unikal fürsəti məsələsi.

Sitat: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək, imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik. Biz münaqişənin həllini tələb edirik. Bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı