Azərbaycan prezidenti Ermənistanı təşvişə salan silahlara baxış keçirdi

Analitika 09:54 12.06.2018

Bakının “Rus NATO”sundan silah alması İrəvanı ciddi şəkildə narahat edib; işğalçıya “POLONEZ” və “LORA” xəbərdarlığı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib. Dövlət başçısı döyüş texnikası parkında hərbi texnikaya baxıb. Ali Baş Komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verilib. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur. Musavat.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın özünün hərbi arsenalını gücləndirməsi Ermənistanda narahatlıq yaradıb. Düşmən ölkənin mediası Azərbaycan prezidentinin Rusiya səfəri öncəsi hərbi hissəyə baş. çəkməsinin, alınan hərbi texnika və silahlara baxış keçirməsini məqsədli hesab edib. İddia olunub ki, Azərbaycan bu yolla Rusiya görüşləri ərəfəsində psixoloji və siyasi təzyiq etməyə çalışır. Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Rusiya və Belorusun Azərbaycana silah satmasından da ciddi şəkildə narahat olduqlarını biruzə verməkdədirlər. Bu mənada Belorusdan alınan “POLONEZ” və Rusiya ilə aparılan “Terminator”dan xüsusi bəhs olunub. “Şübhə etmirəm ki, Azərbaycan lazımi məbləği təklif etsə, alış baş tutacaq” erməni müəllif yazır. “Ən ağrılısı budur ki, bizim düşmənimizi ən yaxın müttəfiqimiz silahlandırır”-Arkadiy Qriqoryan əlavə edib. 

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın siyasi-hərbi rəhbərliyinin müxtəlif tədbirlərdə və görüşlərdə dəfələrlə açıq şəkildə bəyan etdiyi fikirlərini xatırlatdı: “Bildirilib ki, nə qədər ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməyib, biz ən müasir silah-sursatın alınmasını davam etdirəcəyik. Ali Baş Komandan kimi İlham Əliyevin əməliyyat-taktiki raket (ƏTR) kompleksi olan ”POLONEZ" və digər müasir silahlarla təchiz olunmuş hərbi hissəyə baş çəkməsi də bir daha onu sübut etdi ki, bu proses davamlıdır. İnşallah yaxın günlərdə həm işğalçı Ermənistan, həm də havadarları hərbi paradda digər daha yeni və müasir avadanlıqlarla qismən də olsa, tanış olmaq imkanı əldə edəcəklər".

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

Ü.Cəfərov hesab edir ki, hərbi arsenalımıza yeni silahların daxil edilməsi həm də işğalçıya xəbərdarlıqdır: “Artıq bu silahlar Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir və istənilən an döyüş tapşırığını yerinə yetirmək üçün hazır vəziyyətdədirlər. Atış uzaqlığı 300 kilometr olan bu ƏTR kompleksi yəqin ki, onsuz da böyük təşviş içində olan Ermənistanın və havadarlarının yuxusuna haram qatmış olacaq. Biz bu tip silahları sadəcə təlimlər və məşqlər üçün əldə etməmişik. Onlardan mütləq istifadə olunacaq. Sözsüz ki, buna zərurət yaranacağı təqdirdə. Bildiyim qədər mütəxəssislərimiz artıq bu kompleksi ən yüksək səviyyədə mənimsəyib, bəzi test sınaqlarını da həyata keçiriblər. Özü də, bu kompleksdən bir neçəsi alınıb və inanıram ki, bu müasir silah da ordumuzun döyüş qabiliyyətinə daha da çox təsir göstərəcək. Yəqin ki, dünənə kimi öz mifik ”İskəndər-M"-ləri ilə bizə az qala gecə-gündüz hədyanlar səsləndirən ermənilərin “qazı” bir qədər azalacaq. Əslində isə, rəsmi İrəvanın istifadəsində adını çəkdiyim raket kompleksindən yoxdur. Onun daha zəif, daha köhnə “E” modeli var, onları da rus mütəxəssislər idarə edirlər".

Hərbi ekspert İrəvanın bu prosesi təşvişlə müşahidə etdiyinə şübhə etmir: “Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi bundan sonra Rusiya və Belorusun müxtəlif hərbi-sənaye idarələrin qapısına düşəcək ki, heç olmasa, o silahdan bir neçəsini təcili əldə edə bilsinlər. Ötən günlərdə, Belorus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin görüşündə, bu məsələ də müzakirə edilmişdi. Amma hələ ki, konkret bir nəticə yoxdur, ola bilsin ilin sonuna hansısa razılaşma əldə edilsin. Bu isə xeyli vaxt deməkdir. Hazırda isə, bütün parametrlər üzrə Silahlı Qüvvələrimiz düşmən ölkənin ordu birləşmələrini həm say baxımından, həm də keyfiyyət, müasirlik baxımından geridə qoyur”.

Ü.Cəfərov qeyd etdi ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı savaş ehtimalı günbəgün daha da artır: “Ona görə də biz silahlanma istiqamətində növbəti addımlar atmağa məcburuq. Bu il daha bir neçə müasir silah və sursatın ordunun arsenalına daxil edilməsi planlaşdırılır. Bu, artıq Belorusun deyil, daha uzaq və inkişaf etmiş ölkələrin modern və müasir hərbi avadanlığı olacaq”.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Hamısı