Təhsil ekspertindən Aqil Abbasa orijinal cavab “Bunun banisi gedib oturub…”

Analitika 10:30 13.06.2018

Milli Məclisin dünən keçirilən növbədənkənar plenar iclasında “Təhsil haqqında”qanuna dəyişikliyin müzakirəsi zamanl deputat Aqil Abbas Təhsil Nazirliyinin fəaliyyətilə bağlı bir sıra tənqidi fikirlər səsləndirib. Deputat ali məktəblərdə Boloniya sisteminini tətbiqinin,  orta məktəblərdə isə dərslərin 15 iyuna qədər uzadılmasının doğru olmadığını, bu qərarların əks-effekt verdiyini bildirib. Eyni zamanda 1-ci sinifə gedən uşaqların çantasının çəkisinin 7 kq-a çatmasına görə də Təhsil Nazirliyini ittiham edib.  Aqil Abbas deyib ki, əvvəllər dərslər sentyabrın 1- i başlayıb, mayın axırında bitirdi: “Bu da cəhənnəmə olsun. Dərslərin 15 iyunda başa çatması nə deməkdi? Məktəbdə bu uşaqları niyə süründürürlər? Bu nə deməkdir? İsa müəllim (İsa Həbibbəyli-red) bundan danışın e. Bu gün hər kəs deyir ki, 1-ci sinifə gedən uşağın çantasının çəkisi 7 kq-dır. Ştanqist yetişdirirlər? 15 sentyabrı başa düşdük. 15 iyun nə deməkdir? Çox xahiş edirəm ki, bu məsələni qaldırsınlar. Bir də bu 7 kq-lıq çanta məsələsinə baxılsın.

“AzPolitika.info” deputatın bu açıqlamaları ilə bağlı təhsil eksperti, “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin  münasibətini öyrənib. Məsələyə  Etibar Əliyevin cavabı orijinal olub:  

aqilabbas3

“Deputat Aqil Abbas dərslərin 15 gün uzadılmasına etiraz etməklə Mirzə Ələkbər Sabiri yadımıza salıb. Sağ olsun… “Oxutmuram, əl çəkin!” dövrünə qayıdırıq! Zamanı ifadə edə bilmək istedadı təkcə poeziya və mətn yaratmır, dövrün ictimai məziyyətlərini elə ustalıqla rəsmə çevirir ki, zamandan daş kimi asılanlar da öz əməllərinin mahiyyətini görə bilir. Sabirin satirası əslində zamanın rəsmidir, matın qurumuş kimi tamaşa edirsən, heyrətin susmur. Biz kimik, kim olmuşuq, hara gedirik.

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Təəssüf ki, bu misraların aktuallığı bütünlükdə itməyib. Azərbaycan parlamentində uşaqları oxutmaqdan qoruyanları hələ də tapmaq olur. Böyük Sabirin təzə qəhrəmanlarıdır bunlar! Motivlər əvvəlki deyil, amma oxutmağı əbəs, mənasız sayanlar var-onlar elə hesab edir ki, uğur qapılarını bunsuz da açmaq mümkün olacaq. İndi məktəblə birlikdə çalışan, bütün səylərini əsirgəməyən, tələb edən, kömək edən, bu sahədə nə etməyin lazım olduğunu deyən insanların sayı (bura deputatlar da daxildir) azdır.

Dünyanın inkişaf etmiş ölkələrində uşaqların daha çox məktəbdə olmalırına çalışırlar. Bu həm də sosiallaşma üçün əhəmiyyətlidir. Uşaqlar hətta yay tətillərində də oxuyurlar. Biz isə uşaqları məktəblərdən ayırmağı təbliğ edirik. Məktəb proqramının normal mənimsənilməməsinin bir səbəbi də tətil müddətinin çox olmasıdır. Əslində bu gün bizim hamımız məktəblərimizdə proqramların mənimsənilməsi məsələsinə cavabdehlik daşımalıyıq. Bu təkcə Təhsil nazirliyinin işi olmamalıdır. Məhz həmən 15 gün bu məqsədlə tətbiq olunur, Aqil müəllim! Nə zamandan 15 gün artıq oxutmaq süründürməçilik olub?

Aqil müəllim uşaqların çantasının çəkisinin neçə 7 kiloqrama (7,2 kiloqram da ola bilər) çatmasının səbəbini bilməmiş deyil. Bunun və dərslərin 15 sentyabrda başlamısının banisi gedib oturub Riyaziyyat İnstitutunda, indi də Cümhuriyyət dövründən kitab yazır. Bu məsələlərə “Epitemey” təfəkkürü ilə yanaşmaq doğru deyil. Çanta ağırlaşmağa başlayanda hörmətli Aqil müəllim elə indiki kimi deputat idi və indiki fikirləri o dövr üçün daha çox aktuallıq kəsb edərdi.

Dərs müddətinin müəyyənləşirilməsi və dərs ləvazimatları barədə məsələlər Elmlər Akademiyası və universitetlərin işi ola bilməz. Bu müzakirələr Təhsil nazirliyində aparılmalı və rasional qərarlar qəbul olunmalıdır. Və yenə də təkrar edirəm, dərs ilinin 15 gün uzadılması uşaqların xeyrinə düşünülmüş addımdır. Sabirin məşhur şerinin bu hissəsi də hələ aktualığını itirməyib…
Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram əl çəkin!”

Məşhur ispaniyalı fotoqraf Beynəlxalq Avrasiya Mətbuat Fondundan danışdı - VİDEO

Xəbər xətti

Qonşu ölkələrdə baş verən proseslər Azərbaycana necə təsir edəcək? – Umud Mirzəyev ŞƏRH EDİR
11:34 16.05.2024
Britaniyanın yeni viza tələbləri hər kəsi şoka saldı
Britaniyanın yeni viza tələbləri hər kəsi şoka saldı
11:30 16.05.2024
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
11:24 16.05.2024
Azərbaycanın su ehtiyyatları 15 faizədək azalıb - RƏSMİ
11:20 16.05.2024
Lukaşenkonun rəsmi qarşılanma mərasimi OLDU - FOTO
11:18 16.05.2024
Ruben Vardanyanla bağlı məhkəməyə müraciət edildi
11:15 16.05.2024
Tesla Çində ikinci fabrikini tikir!
Tesla Çində ikinci fabrikini tikir!
11:05 16.05.2024
Məşhur ispaniyalı fotoqraf Beynəlxalq Avrasiya Mətbuat Fondundan danışdı - VİDEO
11:00 16.05.2024
İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən YAXALANDI
10:55 16.05.2024
"Dayazlaşma problemi kənd təsərrüfatına mənfi təsir göstərir" - ADA Universitetinin prorektoru
"Dayazlaşma problemi kənd təsərrüfatına mənfi təsir göstərir" - ADA Universitetinin prorektoru
10:34 16.05.2024
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
10:30 16.05.2024
Türkiyədə tarixi portret görənləri heyrətə gətirir - VİDEO
10:18 16.05.2024
Rusiya-Çin görüşünün iqtisadi məqsədləri nədir?
Rusiya-Çin görüşünün iqtisadi məqsədləri nədir?
10:15 16.05.2024
Bu yolda sürət həddi ENDİRİLDİ
10:10 16.05.2024
Yaponiyadan ABŞ-a atom bombası reaksiyası
Yaponiyadan ABŞ-a atom bombası reaksiyası
10:05 16.05.2024
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
10:00 16.05.2024
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
09:56 16.05.2024
ABŞ Hindistan-a İranla əməkdaşlıq etdiyi üçün xəbərdarlıq edib
ABŞ Hindistan-a İranla əməkdaşlıq etdiyi üçün xəbərdarlıq edib
09:45 16.05.2024
DİN Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var
09:40 16.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
09:33 16.05.2024
Yaponiyada sirli virus rekord sürətlə yayılır
Yaponiyada sirli virus rekord sürətlə yayılır
09:25 16.05.2024
Hərbçimiz vəfat etdi
09:16 16.05.2024
Bakıda yanğına görə bağlanan yollar açıldı
09:12 16.05.2024
Bakıda mağazada baş verən yanğın tam söndürüldü
09:00 16.05.2024
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
06:18 16.05.2024
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
05:34 16.05.2024
Çin hələ də ABŞ-ın silahlara nəzarət təkliflərinə cavab verməyib
04:59 16.05.2024
Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
03:49 16.05.2024
İsveçrədə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib
02:56 16.05.2024
Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib
01:00 16.05.2024
Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib
00:10 16.05.2024
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Hamısı