İrəvan kritik seçimə sürüklənir Qərb Paşinyanı küncə sıxır

Analitika 09:18 20.06.2018

“Rusiya qılıncı”na qarşı “Amerika qalxanı”?; ABŞ və Avropa Ermənistandakı inqilabla bağlı məyus durumda – mühüm gəlişmə; Fransa prezidenti Paşinyanı hələ də təbrik eləməyib – səbəb; politoloq: “Ermənistanı yeni qarşıdurmalar gözləyir...”

Ermənistanın yeni populist baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən 40 gündən çox keçməsinə rəğmən, hələ ki öz komandasını formalaşdıra bilməyib. Paralel surətdə o, cinayətkar-terrorçuları (Jirayir Səfilyan və dəstəsi) bir-bir həbsdən azad edərək, yerinə başqa qəbildən cinayətkarları (hərbi cani Manvel Qriqoryan və s.) türməyə salmaqla məşğuldur. ABŞ və Avropa Birliyi (AB) timsalında Qərb isə ondan real islahatlar və Qərbə inteqrasiya yönündə praktik addımlar gözləyir.

Maraqlıdır ki, zaman ötdükcə Qərbin Paşinyana ümid və etimadı azalmaqdadır. Bu ovqat İrəvanda keçirilmiş və Ermənistan-AB münasibətlərinin perspektivinə həsr olunmuş konfransda bariz şəkildə özünü büruzə verib. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, həmin tədbirdə çıxış edən bir sıra avropalı diplomatlar (Avropa Birliyinin, Almaniyanın İrəvandakı səfirləri) bu xüsusda narahatlıqlarını gizlətməyiblər.

Erməni mənbələri yazır ki, diplomatlar yeni reallıqlar fonunda Ermənistandakı daxili situasiyadan və Paşinyan  hökumətinin Avropa siyasətindən həyəcanlı bir tonda danışıblar və mövcud vəziyyəti “bütövlükdə proqnoz edilməyən və hələ ki qeyri-müəyyən” adlandırıblar. Siyasi müşahidəçilər bu həyəcanı əsassız hesab eləmirlər.

*****

Göründüyü kimi, Qərb yeni hökumətdən, nəhayət, real seçim, Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını gözləyir ki, qarşılığında vəd elədiyi maliyyə və digər dəstəyi verə bilsin. İndiki məqamda böyük maliyyə isə Paşinyan hökumətinə ac-yalavac əhalinin güzəranını qismən yaxşılaşdırıb öz daxili dayaqlarını möhkəmlətmək üçün hava-su kimi lazımdır.

Ancaq başqa yandan, Rusiya ilə ənənəvi siyasi-hərbi bağları Qərbin, NATO-nun xeyrinə zəiflətmək və ya qırmaq yeni hakimiyyətdən ötrü “olum, ya ölüm” məsələsi kimidir. Çünki Rusiya yaxında, Ermənistanın içində, Qərb, Avropa isə uzaqdadır. Erməni ekspert ictimaiyyəti də etiraf edir ki, Ermənistanın rusiyayönlü kursdan hətta azacıq kənara çıxıb oriyentirləri Qərbin, Amerikanın xeyrinə dəyişməsi işğalçı ölkəyə eyni anda bir yox, bir neçə istiqamətdən böyük təhlükələr vəd edir.

Ä°lgili resim

1in.am erməni nəşri bu xüsusda maraqlı bir detala diqqət çəkib. “Yeni Müsavat”ın məlumatına görə, nəşr Fransa prezidenti Emmanuel Makronun hələ də Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməməsinin müəmmalı olduğunu yazıb.

“Avropalı diplomatların həyəcanına həm hakimiyyət, həm də cəmiyyət diqqət yetirməlidir, nədən ki, Ermənistanın Avropa siyasəti onların hər ikisinin məsuliyyət və qayğı çərçivəsində qalmalıdır. Bunu da anlamaq gərəkdir ki, narahatlıq yalnızca İrəvandakı diplomatik nümayəndələr səviyyəsində mövcuddur, yoxsa onlar Avropa paytaxtları səviyyəsindəki təlaşı ifadə edirlər? Yeri gəlmişkən, maraqlıdır ki, Ermənistanın yeni baş nazirini, 1 nömrəli məmurunu - Paşinyanı Ermənistandan ötrü, yumşaq desək, heç də təsadüfi olmayan bir dövlətin - Fransanın prezidenti bu günədək təbrik eləməyib. İrəvan yalnız Fransanın baş nazirinin təbrikini alıb. Bu kimi detalları görməzlikdən gəlmək olmaz, əks halda, mənzərə gözlənildiyindən də sürətli dəyişə bilər”.

*****

Putin Paşinyan ile ilgili görsel sonucu

Bəs Paşinyan düşdüyü, daha doğrusu, özü özünü saldığı  bu qəliz vəziyyətdən necə çıxacaq? Başı üstündə asılmış “Rusiya qılıncı”na qarşı “Amerika qalxanı” əldə edə biləcəkmi? Ən əsası, daxildə konsensusa nail olub, öz xalqına və Qərbə vəd elədiyi köklü islahatları necə reallaşdıracaq?

“Ermənistanı qarşıda daha ciddi qarşıdurmalar gözləyir, proseslərin daha da dərinləşəcəyi istisna edilmir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri axar.az-a Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri, politoloq Eldar Namazov Ermənistan və onun ətrafındakı hazırkı situasiyanı şərh edərkən bildirib.

Paşinyanın idarəçilik sahəsində heç bir təcrübəsinin olmadığına xüsusi diqqət çəkən politoloq daha sonra deyib:“Paşinyanın parlamentdə hazırladığı proqramın təsdiq olunması zamanı çıxışından da görmək olur ki, bu insan populist, real idarəçilik təcrübəsinə malik olmayan, məsələlərə inqilabi əhval-ruhiyyə prizmasından baxan bir siyasətçidir. Paşinyan yaxşı məqalələr yaza, mitinqlərin aparıcısı kimi məşhurlaşa və öz populist çıxışlarını elə mitinq meydanlarında davam etdirə bilərdi. Ancaq hər kəs yaxşı bilir ki, mitinqləri idarə etməklə dövləti idarə etmək eyni məsələ deyil. Bu mənada Paşinyanın son dövrdə atdığı addımlar, bəzi kadr təyinatları hətta onu dəstəkləyən insanlar arasında çaşqınlıq yaradıb. Artıq onun təyin etdiyi nazirlərdən istefa verənlər də var”.

Eldar Namazov ile ilgili görsel sonucu

E.Namazov Paşinyanın həyata keçirdiyi siyasəti nəzərə alaraq, onun hakimiyyətinin növbədənkənar seçkilərin keçirilməsinə qədər davam etməmə ehtimalının çox olduğunu vurğulayıb: “O cümlədən siyasi terrordan istifadə edən insanları həbsdən azad etmək Paşinyanın tərəfdarları arasında birmənalı qarşılanmadı. Çünki həmin hadisələr zamanı polis alayının binasına hücum təşkil olunmuşdu və orada bir neçə polis işçisi qətlə yetirilmişdi. Bu günlərdə keçirilmiş məhkəmə proseslərində bu hücumları həyata keçirənlərin azadlığa buraxılması həlak olan polis işçilərinin ailə üzvləri tərəfindən də etirazla qarşılanıb. Məsələlərə inqilabi prizmadan baxıb bu cür şəxsləri öz adamları kimi azad etmək heç bir hüquq normasına sığmır. Bundan əlavə, Paşinyana müxalifətdə olan Sərkisyan, Köçəryan, hətta üçüncü böyük fraksiyaya sahib Çarukyanın əlində milyardlarla dollar vəsait cəmləşib. Müxalifətin pulu hazırda iqtidarda olanların pulundan qat-qat çoxdur. Digər tərəfdən, iqtidarda olanların təcrübəsi də çox azdır. Bu isə hakimiyyətlə bağlı ciddi hadisələrin olacağından xəbər verir”.

*****

Proseslərin gedişatı göstərir ki, ciddi hadisələr çox uzaqda deyil. Bunu indi hər şeydən öncə İrəvanın Qərb tərəfindən seçimə sürüklənməsi diktə edir...    

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı