Paşinyanın hakimiyyətini bitirəcək tək səbəb Azərbaycan, Qarabağ...

Analitika 09:30 30.06.2018

Erməni baş nazir həm qorxur, həm də qorxudur, çünki...; İrəvan üçün SOS siqnalı gəldi: “Qarabağ problemi həll olunmasa, ermənilər yenidən küçələrə töküləcək”; erməni nəşri: “Azərbaycan “müharibə siyasəti”nə keçidi tamamladı...”

Ermənistanda az qala, hər keçən gün qalmaqallı həbslər və ya sensasiyalı hadisə ilə yadda qalır. Yeni hakimiyyət, baş nazir Nikol Paşinyan xüsusilə də cəmiyyətin həssas olduğu korrupsiya məsələsində sərtlik göstərməklə öz reytinqini normalda saxlamağa çalışır. Gələn xəbərlərə görə, Ermənistanda bütün sahələrdə - ordudan tutmuş, mədəni-humanitar sferalara, xidmət sektoruna kimi, - korrupsiya mexanizmləri dərin kök salıb.

Beləcə, hələ ki dərin, sistemli islahatlara risk eləməyən  N.Paşinyan onu iqtidar etmiş narazı xalqda təəssürat yaratmağa çalışır ki, guya əhalinin acınacaqlı durumunun tək səbəbi məhz oliqarxlardır. Ancaq əlbəttə ki, tək səbəb bu deyil. Daha doğrusu, korrupsiya, oliqarxiya səbəb yox, nəticələrdir. Səbəb isə ilk növbədə həll edilməmiş qalan Dağlıq Qarabağ problemi və bu problem vasitəsilə Ermənistanı girov durumda saxlayan Rusiyadır.

*****        

Pashinian ile ilgili görsel sonucu        

Yerli və əcnəbi siyasi təhlilçilərin bu xüsusda şərhləri diqqət çəkir. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, İrəvandan siyasi icmalçı Susanna Petrosyan “Vestnik Kavkaza” nəşrindəki məqaləsində uzun illər ölkədə mövcud olmuş qanunsuzluqlar, bu qanunsuzluqlar sayəsində varlanmış şəxslərdən yazıb və iqtisadçı ekspert Vaaqn Xaçatryandan sitat gətirib: “Bu gün həmin iş adamlarının qanun çərçivəsində işləyə biləcəklərini söyləmək çətindir. Çünki onlar öz işgüzar düşüncələri və intellektləri, bacarıq və innovasiyalar hesabına deyil, hakimiyyətlə yaxın əlaqələri hesabına iş görüb, varlanıblar”.

Müəllifə görə, korrupsiya bəlası Ermənistanda sistemli xarakter daşıdığı üçün onunla mübarizəni sərtləşdirmək vacibdir: “Amma analitikləri təəccübləndirən odur ki, hazırda ölkədəki ən iri korrupsionerlər ifşa olunmaqdan yayına biliblər. Onlarin əksəriyyəti keçmiş hakimiyyət eşelonunun nümayəndələridir. İstisna deyil ki, baş nazir Paşinyan klan-oliqarxiya rejiminin ən parlaq simalarının ifşa edilməsinin yaradacağı potensial riskləri nəzərə aldığı üçün, bu prosesə daha yaxşı hazırlaşmağa çalışır. Ola bilsin, bu üzdən hazırda hüquq-mühafizə orqanları silah-sursat axtarışları ilə daha fəal məşğul olur. Bununla da keçmiş hakim rejimin təmsilçiləri və kriminal avtoritetlər də daxil, müxtəlif qruplaşmaları zərərsizləşdirmək məqsədi güdülür”.

Pashinian ile ilgili görsel sonucu

Yəni qənaət hasil olur ki, N.Paşinyan qorxutmaqla yanaşı, özü də daxili-xarici revanşdan, sui-qəsdlərdən qorxur.  

*****

Bu arada baş nazir Paşinyan yeni hökumətin iştirakı ilə Təhlükəsizlik Şurasının ilk iclasını keçirib. Yada salaq ki, Ermənistanda konstitusiyaya edilmiş düzəlişlərdən sonra təhlükəsizlik şurası məsləhətverici orqandan məcburi qüvvəyə malik qərarlar qəbul edən struktura çevrilib.

Musavat.com-un məlumatına görə, 1in.am saytı iclasın Azərbaycanın aktivliyi sayəsində Ermənistanın başı üstündə yaranan yeni təhdidlərin fonunda keçdiyinə diqqət yönəldib. “Bakı son dövrlərdə Qarabağ cəbhəsində deyil, həm də Naxçıvan istiqamətində də aktiv hərəkətlilik nümayiş etdirir. Bundan başqa, Azərbaycan Belarus, İsrail və Türkiyədən uzaq məsafəni vura bilən raketlər alıb. Beləliklə, Azərbaycan bir yandan, sərhəddə intensiv fəaliyyət göstərir, digər yandan isə uzaq məsafədən Ermənistana təhdid yaratmağı bacarır”, - deyə yazıda qeyd olunur.

Məqalə müəllifi Aram Amatuni hesab edir ki, Bakı bununla hərbi diplomatiyanın yeni mərhələsinə və ya sadəcə olaraq “müharibə siyasəti”nə keçidi tamamlayıb: “Doğrudur, bu, Azərbaycanın yaxın müddətdə müharibəyə başlamaq planlarından xəbər vermir, daha çox Azərbaycanın keyfiyyətcə yeni müharibəyə hazırlığını göstərir. Bu taktika təkcə hərbi məsələləri deyil, həm də hərbi-siyasi və hərbi təbliğat sahələrini də əhatə edərək ən incə ictimai parçalara təsir etməyə cəhd edir”.

Erməni şərhçinin fikrincə, mövcud situasiyada Ermənistan Azərbaycanın bu siyasətinə adekvat ola biləcək yeni müdafiə taktikasına keçməlidir. “Bu taktikada əsas diqqət Azərbaycanı durdurmağın hərbi imkanlarının təmin edilməsinə, digər yandan isə Azərbaycanı siyasi yollarla dayandırmağın yollarının tapılmasına yönəlməlidir. Belə bir mürəkkəb vəzifə Ermənistandan öz resurslarını, o cümlədən insan ehtiyatlarını maksimal şəkildə səfərbər etməsini, habelə ölkədə hər hansı panika və təşviş dolu əhval-ruhiyyənin yayılmasına yol verməməsini tələb edir” - müəllif yekunda bildirir.

*****

Əslində təlaş mövzusundan yazmağın özü də artıq təlaşın varlığına dəlalət edir. Göründüyü kimi, Ermənistanda guya demokratik inqilab baş versə də, cəmiyyət hələ ki bunun nə iqtisadi faydasını öz üzərində hiss edib, nə də Azərbaycanla müharibə riski azalıb. Əksinə, erməni xalqı və onun hakimiyyətində gələcəklə bağlı panik ovqatın gücləndiyi müşahidə edilir. Bunun bir mühüm səbəbi də hakimiyyət dəyişikliyindən sonra Rusiya ilə münasibətlərdə yaşanan qeyri-müəyyənlik, Moskvanın N. Paşinyan başda olmaqla, yeni “qərbyönlü” hökumətə ehtiyatlı yanaşmasıdır.

Pashinian ile ilgili görsel sonucu

“Moskvada qəti şübhə eləmirlər ki, Ermənistan Rusiyanın nüfuz dairəsində qalacaq və Kreml inqilaba qədərki kimi, yenə də Ermənistanın gələcəyinə təsir edə biləcək”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri erməni portalına açıqlamasında tanınmış ukraynalı siyasi analitik və publisist Vitali Portnikov deyib.

Politoloq ardınca təəssüflə bildirir ki, Ermənistan hələ xarici siyasətin subyekti yox, obyektidir: “Ermənistan öz qonşuları ilə - ilk növbədə də Azərbaycan və Türkiyə ilə problemlər yaşayır. Bu problemlərin də həlli ən əvvəl onun Rusiya ilə münasibətlərinə bağlıdır. Reallıq budur və onu qulaqardı eləmək və ya unutmaq olmaz”.

Ukraynadan fərqli olaraq, Ermənistandakı inqilaba Moskvanın sakit reaksiya verməsini isə analitik belə izah edib: “O səbəbə fərqli reaksiya oldu ki, rəsmi Kreml Ermənistana öz müstəmləkəsi kimi baxmaqda davam edir və əmindir ki, orada hakimiyyətdə kim olur-olsun, o, Moskvanın əmrlərini yerinə yetirəcək. Əgər Ermənistan hakimiyyəti özünü ayrı cür aparsa, siz (ermənilər - ”YM") dərhal Rusiyanın siyasi və hərbi müdaxiləsinin şahidi olacaqsınız. Bir daha əminlik hasil edəcəksiniz: əgər Ermənistan özünü ayrı cür aparsa, o zaman erməni cəmiyyətinin məyusluğu o qədər güclü olacaq ki, indiki bütlər tənqid predmeti olacaq".

Politoloq sonda ermənilərə Qarabağ xəbərdarlığı da edib: “Ermənistan dalandadır. Ona görə ki, korrupsiyadan, klan təsirlərindən və bütün başqa problemlərdən qurtuluş iki məqamla bağlıdır: Rusiyadan asılılıq və Dağlıq Qarabağ konfliktinin həll zəruriliyi - hansı konflikt ki, Ermənistanı dalana salır. Bu problemlər həll olunmasa, Ermənistan cəmiyyəti yenidən küçəyə çıxacaq”.

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO

Xəbər xətti

Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Hamısı