Moskvadan İrəvana görünməmiş hədə “Göz qırpmamız yetər ki, Qarabağ əldən getsin...”

Analitika 09:21 04.08.2018

Şimaldan Paşinyan hökumətinə qarşı təhdidlər artır; politoloq Aleksandr Duqin ermənilərə: “Ayının quyruğunu yandırmayın, yoxsa Qarabağla birgə dövlətçiliyinizi də itirərsiniz...”

Ermənistan-Rusiya müttəfiqlik münasibətləri Nikol Paşinyanın inqilab dalğasında baş nazir olmasından sonra heç vaxt olmadığı qədər ağır sınaqdan keçməkdədir. Əslində bu sınaq ən çox rəsmi İrəvana aiddir. Çünki ikitərəfli əlaqələrdə köhnə tarazlığı Qərbin xeyrinə pozmağa çalışan məhz N.Paşinyan və onun “Amerikanın uşaqları”ndan təşkil olunmuş hökumətidir.

Rusiya bəlkə də çox şeyə göz yuma bilərdi. Ancaq belə görünür ki, artıq “ayağının tapdanmasının” fərqindədir. O üzdən səbri daşmaq üzrə olan Moskva hələlik prezident Vladimir Putin səviyyəsində olmasa da, öz qəzəbini xarici işlər naziri Sergey Lavrov səviyyəsində, qismən yumşaq ifadə edib. Rusiyanın ekspert camiyəsi və KİV-lər səviyyəsində isə qat-qat sərt mövqelər sərgilənməkdədir. Bir də hələlik Rusiya Ermənistanla razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükünü dayandırıb.

*****

Moskvanı xüsusilə qəzəbləndirən ona bağlı iki şəxsin - eks-prezident Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturovun həbsidir (sonuncu girov qarşılığında müvəqqəti buraxılıb). Kremli narahat edən həm də Paşinyan iqtidarının Qarabağ məsələsi ətrafında Qərbin əli ilə yeni şərtlər sistemi yaratmağa can atmasıdır.     

“Serj Sərkisyanın prezidentliyi dövründə Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan əlaqələrinin yaxşılaşması istiqamətində ciddi razılıq əldə olunmuşdu. Qarabağ münaqişəsinin həlli ilə bağlı anlaşma var idi. Belə ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana geri qaytarılması nəzərdə tutulurdu ki, bu da iki ölkə arasında eskalasiyanı aradan qaldırmağa imkan verəcəkdi”.

“Yeni Müsavat” minval.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlə yaxın politoloq Aleksandr Duqin “Federal Xəbərlər Agentliyi”nə müsahibəsində deyib.

Aleksandr Duqin ile ilgili görsel sonucu

Onun sözlərinə görə, bu, ona görə baş vermədi ki, Serj Sərkisyan baş nazir postuna keçmək istəyərkən ölkədə qarışıqlıq başladı və hakimiyyətə gələn Nikol Paşinyan tamam fərqli kurs yürütməyə başladı: “Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın əvvəlki rəhbərliyinin Azərbaycan və Rusiya ilə əldə elədiyi anlaşmanı yerinə yetirməyə hazırlaşmır. Bununla da böyük çətinliklər yaradır. Üstəlik, Paşinyan qərbyönlü, avroatlantik yönlü ovqat sərgiləməyə başlayıb və Ermənistanın Rusiya ilə KTMT və Avrasiya Birliyi çərçivəsində qarşılıqlı əlaqələrini sual altına oyub. Yəni bizim davamlı müttəfiqlik əlaqələri əleyhinə destruktiv siyasət yürütməyə başlayıb”.

Duqin daha sonra deyib: “Rusiya Ermənistanla əlaqələri inkişaf etdirirdi. Rusiya bu zaman regional ittifaqların və Azərbaycanın maraqlarını nəzərə alırdı. Paşinyan isə bu modeli dağıdır, hamını təhdid edir. Mən anlayıram ki, ermənilər Ermənistanın əvvəlki rəhbərliyinə çox mənfi münasibət bəsləyiblər. Amma bu, o demək deyil ki, geosiyasi konstruksiyanı dağıtmaq lazımdır. Bu, çox təhlükəlidir”.

lavrov ile ilgili görsel sonucu

Ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana geosiyasi razılıqları pozmamaqla bağlı xəbərdarlıq etdiyini də xatırladıb (Lavrov az öncə KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açılmasına görə Ermənistan hakimiyyətini tənqid edib). “Lavrov olduqca mülayim adamdır. Gör indi Vladimir Putinin reaksiyası necə olardı? Təsəvvür edin, Lavrovun çıxışı - bizim prezidentin yüz dəfə yumşaldılmış formasıdır. Paşinyanın hərəkətlərinin Moskvada hansı narazılığı doğurduğunu təsəvvür eləmək olar” - deyə politoloq əlavə edib.

paşinyan ile ilgili görsel sonucu

Onun sözlərinə görə, erməni baş nazirin addımları Qarabağ cəbhəsindəki situasiyaya da birbaşa təsir edə bilər: “Bu yaxınlarda Qarabağda oldum (Cocuq Mərcanlı - red). Mən gözəl anlayıram ki, Qarabağda sülh çox kövrəkdir və onu qorumaq çətindir. Xaçaturovun həbsi - qaydalar və anlaşmalar sistemindən çıxmaq, hərbi alyansın dağılması deməkdir. Düşüncəmə görə, bu, misli görünməmiş hərəkətlərdir”.

KTMT ile ilgili görsel sonucu

Duqin hesab edir ki, Ermənistan hakimiyyəti Xaçaturovu tam azad eləməli və öz hərəkətlərinə görə üzr istəməlidir. O, əks prosesin Ermənistana fəlakət vəd elədiyi haqda xəbərdarlıq edib: “Belə getsə, onda Rusiya erməni dövlətinin qarantı kimi, sadəcə, deyəcək ki, daha ona cavabdeh deyil. Moskvaya bunu demək yetər ki, situasiya gözlənilməz şəkil alsın. Əgər biz yalnız bir anlığa, bir saniyəlik unutsaq ki, bizim KTMT və Avrasiya Birliyi üzrə müttəfiqlərimizi qorumaq lazımdır, o zaman düşünürəm ki, Ermənistanın ərazi bütövlüyünün, xüsusən də Qarabağ məsələsinin sonu gələcək - bir neçə dəqiqə sonra hər şey gözlənilməz fazaya girəcək. Rusiyanın göz qırpması kifayətdir”.

Rusiyalı analitik vəziyyətdən yalnız bir çıxış yolu görür: “Ya Paşinyan özünə gəlib dövlətinin və xalqının strateji maraqlarını nəzərə almalıdır, avantüraya, xəyanətə getməməlidir. Ya da ermənilər anlamalıdırlar ki, növbəti dəfə səhv ediblər. Buna görə də yenidən inqilab  edib başqasını hakimiyyətə gətirməlidirlər... Ruslar nəhəng gücdür, ayı kimi. Ermənistan onu qəzəbləndirməməlidir. Yaxşı, ayı qab-qacaq dükanına girib. Daha onun quyruğunu yandırmaq niyə? Yandırarsan, ondan sonra nə qab-qacaq qalar, nə dükan, nə də dükançı”.

*****

Xatırladaq ki, İrəvan məhkəməsi iyulun 26-da Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək Ermənistanın sabiq prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Məhkəmənin daha bir qərarı ilə KTMT baş katibi, general-polkovnik Yuri Xaçaturov barəsində də eyni maddə üzrə ittihamla həbs cəza tədbiri seçilib. Lakin Yuri Xaçaturov 10 min dollar girov qarşılığında azadlığa buraxılıb. Köçəryan və Xaçaturov 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Bu maddə üzrə onları 10 ildən 15 ilədək həbs cəzası gözləyir.

Politoloq Duqinin müsahibəsindən isə aydın olur ki, bu iki fakt Moskvanı xüsusilə qəzəbləndirib. Əslində onun Paşinyan hökumətinin ünvanına səsləndirdiyi fikirlər və şantaj qarışıq xəbərdarlıqları bütünlüklə rəsmi Kremlin hazırkı ovqatını ifadə edir. Sadəcə, ekspertlər daha müstəqil olduqları üçün fikirlərini qat-qat sərt və açıq ritorika ilə bəyan edə bilirlər... 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı