Merkel Cənubi Qafqaz səfəri ilə mükəmməl bir siyasi manevr etdi ÖZƏL

Analitika 10:37 01.09.2018

Məlum olduğu kimi Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel 23 avqust 2018-ci ildə Cənubi Qafqaz səfəri etmişdir. O, ard-arda Gürcüstan, Ermənistan və Azərbaycana rəsmi səfər etdi. Merkelin Cənubi Qafqaz səfərinin əsas hədəfi Qərb mediasına görə, Avropa ilə Cənubi Qafqaz dövlətləri arasında yeni bir enerji layihəsinin yaradılması və iqtisadi əlaqələrin inkişaf etdirilməsi idi.

Merkelin Gürcüstan səfəri iki gün davam etdi. Merkelin Gürcüstanda iki gün boyunca baş nazir, prezident, bəzi müxalifət liderləri və ictimai fəallarla görüşməsi “Merkeldən demokratik yoxlama” kimi qiymətləndirilməlidir. Bunun əsas səbəbi isə Gürcüstanın NATO və AB-yə inteqrasiya prosesində verdiyi sözlərdir. Merkel baş nazir Mamuka Baxtadze və prezident Georgi Marqvelaşvili ilə görüşlərində 2008-ci ildəki mövqeyindən fərqli olaraq Gürcüstanın NATO və AB-yə üzv kimi qəbul edilməsi məsələsində açıq şəkildə rəsmi Tiflisi dəstəklədiyini bəyan etdi. Merkelin Gürcüstsan səfərində ən diqqətçəkici məqam onun Cənubi Osetiya ilə təmas xəttini şəxsən incələməsi hesab edilə bilər. Çünki bu Almaniyanın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsini simvolizə etməkdən əlavə, Rusiyaya verilən bir mesaj xarakteri daşıyır: “Almaniya buradadır”.

Beləliklə, Merkelin Gürcüstan səfəri Gürcüstan siyasi dairələrində sevinc və ümid yaratdı. Kanslerin İrəvana səfəri isə “diplomatik nəzakət prinsipləri” xətrinə idi. “Erməni soyqırımı” ifadəsini işlətmədi, potensial layihələrdən danışmadı. Mətbuat konfransında Almaniya-Ermənistan əlaqələri ilə bağlı verilən bir suala “hesab edirəm ki, iqtisadi əlaqələrimiz inkişaf edəcəkdir” deyərək cavab verdi. Bu siyasi dildə “iki dövlət arasında münasibətlərin necə olacağının Almaniyanın oponentinin yürüdəcəyi siyasətdən asılıdır” mənasını ifadə edirdi.

Və nəhayət, 25 avqustda Merkelin Azərbaycana rəsmi səfəri başladı. Merkelin Cənubi Qafqaz səfəri hələ başlamadan əvvəl Qərb mediası səfərin əsas prioritetlərinin Azərbaycan ilə bağlı olacağını bildirmişdi. Çünki məsələ regionda enerji ixracatıdırsa bu sahədə tək enerji istehsalçısı məhz Azərbaycandır. Ama Merkel bu proqnozları doğruldacaq bir siyasi gediş etmədi. O, qeyd etdi ki, “Azərbaycan Avropanın əsas enerji mənbəyinə çevrilməkdədir və “TANAP” həmçinin, “Şahdəniz 2” layihələri Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyətə malikdir”. Lakin gözlənilənin əksinə tərəflər arasında heç bir yeni enerji razışaması əldə edilmədi. Bunun bir çox səbəbləri var. Əvvəla xanım kansler hələ Tiflisdə olarkən rus qazının öz ölkəsi üçün daha ucuz və sərfəli olması barədə bəyanat vermişdi. Həmçinin Almaniyanın uzun illərdi ABŞ təzyiqlərinə rəğmən Rusiya ilə qurduğu münasibətlərə alternativ qaz ixracatı amili mənfi təsir göstərə bilərdi.

Əslində isə Merkelin Cənubi Qafqaz səfərinin əsas məqsədi üzərində ABŞ-ın yaratdığı təzyiqin zəiflədilməsi idi. Belə ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edərkən müttəfiqi olan Almaniyanın da bu sanksiyalara qoşulmasını tələb etmiş, Almaniya isə rəsmi olaraq deyil, şifahi üsulla ABŞ-a dəstəyini ifadə etmişdi. Yəni Almaniya ABŞ sanksiyalarına rəğmən hələ də Rusiyadan qaz ixracatına dəvam edirdi və bu Tramp tərəfindən xoş qarşılanmırdı. Merkel Cənubi Qafqaz səfəri ilə mükəmməl bir siyasi manevr etdi.  O, Gürcüstanda təmas xəttinə qədər gedib Rusiyaya sərt mesaj verdi və həm Gürcüstan, həmdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək Rusiyanı tənqid etdi. Sonra isə Azərbaycana gəlməklə ABŞ-a və digər müttəfiqlərinə “alternativ enerji mənbəyi” axtarışında olduğunu göstərdi. Reallıqda isə Almaniya Rusiya ilə olan əməkdaşlıqdan çox məmnun idi və gələcəkdə də qüvvələr balansını qorumaq üçün Rusiya ilə əlaqələri inkişaf etdirməyi planlaşdırırdı.

Beləliklə, Merkel Cənubi Qafqaz səfərində Qərb mediasının dəstəyi ilə qisməndə olsa hədəflərinə çatdı. Gözlənilməz heç bir bəyanat vermədi, siyasi polemikalara girmədi, Gürcüstanın ərazi bütövlüyünə dəstək olarkən Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində bitərəf oldu və “Almaniya regionda sadəcə sülhdən tərəfdi” deyərək Azərbaycanın ərazi bütövlüyünə laqeydlik göstərdi.

Nicat İsmayılov

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Hamısı