Rusiya Cənubi Qafqazda nüfuz dairəsinin zəiflədiyini anlayır ÖZƏL

Analitika 17:16 01.09.2018

Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Vladimir Putinlə rəsmi görüş keçirib. Putinin də qeyd etdiyi kimi bu görüşlər mütəmadi xarakter daşıyır və əslində hər iki dövlət üçün münasibətlərin inkişafı baxımından çox önəmlidir. Lakin, istənilən halda Azərbaycan prezidenti Rusiyaya səfər edirsə müzakirə olunacaq əsas məsələnin Dağlıq Qarabağ problemi olacağını müəyyən etmək çətin deyil.

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan-Rusiya və Rusiya-Ermənistan üçlüyü arasında münasibətlərdə bir çox dəyişikliklər baş vermişdir. Belə ki, xüsusən Ermənistanda “məxməri inqilabdan” sonra hakimiyyətə gələn Paşinyan və onun komandasının loru dildə desək “gah nala, gah mıxa vurması” və Rusiyaya verdiyi vədləri yerinə yetirməməsi, Azərbaycanın isə siyasi və geopolitik nüfuzunun günü-gündən artması və bu artımın regional siyasətdə hiss edilməsi ilə bağlıdır. Bütün bu dəyişikliklər Azərbaycan və Rusiya arasında münasibətlərin getdikcə daha da möhkəmlənməsinə və yüksələn xətlə inkişafına səbəb olmuşdur. Azərbaycan-Rusiya münasibətlərində formalaşan bu halın digər bir səbəbi isə Azərbaycanın müttəfiqi olan, qardaş ölkə Türkiyə ilə Rusiya arasında baş verən yaxınlaşmadır.

Azərbaycan və Rusiya arasındakı münasibətlərin demək olar ki, ideal səviyyədə olması Qarabağ probleminin həllinə böyük ümidlər yaratsa da təssüflər olsun ki, bu ümidləri doğruldacaq heç bir siyasi və ya hərbi fakta şahid olmuruq. Bəs Qarabağ probleminin həllində “açar ölkə” və ya mediatr rolunu oynayan Rusiya nə üçün regionda ən önəmli müttəfiqinin bu problemini həll edə bilmir və həll etməkdən boyun qaçırır? Əslində Rusiya günü-gündən Cənubi Qafqaz regionunda öz nüfuz dairəsinin zəiflədiyini anlayır. “Qızılgül inqilabında” Gürcüstanı itirən Rusiya “məxməri inqilabdan” sonra Ermənistanı itirməsə də buraya birbaşa təsir imkanlarını itirib. Və belə olan halda Dağlıq Qarabağ probleminin həlli Rusiya üçün bəlkə də bütövlükdə Cənubi Qafqazın bir növ “əldən çıxması” deməkdir. Lakin Qarabağ probleminin donmuş münaqişə şəklində varlığını davam etdirməsi Rusiyanın regionda əsas strateji müttəfiqi olan Azərbaycanın maraqlarına ziddir. Rəsmi Moskva Azərbaycan maraqlarına qarşı da diqqətli və həssasdır. Çünki Putin yaxşı bilir ki, siyasətdə belə bir deyim var “müttəfiqinin maraqlarını təmin etmirsənsə axı niyə müttəfiqin olaraq qalsın?“

Bütün bunlara rəğmən Azərbaycan və Rusiya müttəfiqdir. Və Rusiya Azərbaycan üçün çox önəmli hərbi-strateji əməkdaşdır. Bu fakta sübut kimi Azərbaycan və Rusiya prezidentlərinin Soçidə imzaladığı 5 milyard dollar dəyərində hərbi təchizat ticarəti haqqında müqaviləni göstərə bilərik. Azərbaycan bu müqavilə ilə öz hərbi arsenalını daha da zənginləşdirəcək və qeyd etmək lazımdır ki, Rusiya silah istehsal edən ölkələr arasında iqtisadi baxımdan ən sərfəli alternativdir.

Nicat İsmayılov

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı