Ermənistanda gedən siyasi proseslər Məxməri inqilab (Birinci Yazı) - ÖZƏL

Analitika 13:29 02.10.2018

İnqilabın başlanması

Ermənistanda gərgin sosial vəziyyət, rüşvətxorluq hallarının artması ölkədə sosial partlayış yaratdı. Biz bura 2016-cı il Aprel döyüşlərindəki məğlubiyyəti də əlavə edə bilərik.

Aprel ayının 13-də Nikol Paşinyan iqtidarda olan hakimiyyətə qarşı etiraz aksiyalarına başladı. Aksiyalar sakit halda başlasa da daha sonra polislə toqquşmalar yarandı. 16 Apreldə parlament binasına yürüş edən minlərlə Paşinyan tərəfdarları polisin təzyiqi ilə üzləşdi və bir çox insanlar Paşinyan da daxil omaqla yaralandı.

Ermənistan parlamenti 17 Apreldə 77 səs çoxluğu ilə Serj Sarkisyanı baş nazir seçdi. Qeyd edək ki, yalnız 17 deputat bu qərarın əleyhinə səs vermişdir. Sarkisyan iqtidarda olan Respublikaçı partiyası və Daşnaksütyundan səs toplamışdı. Sarkisyanın baş nazirliyinin əleyhinə isə Yelk partiyası səs vermişdir.

Yelk partiyası isə Nikol Paşinyanın baş nazir postuna layiq bilirdi. Sarkisyan hakimiyyətə gəldikdən sonra Paşinyan tərəfdarlarına hökumət binaları və küçələri tamamilə tutmaq göstərişi verdi.

22 Apreldə Nikol Paşinyan və Serj Sarkisyan Mariot otelində görüşdülər. Onlar media qarşısında sadəcə 3 dəqiqə danışdılar.

Paşinyan: “Mən bura sənin istefasını və sakit tərzdə hakimiyyəti tərk etməyini müzakirə etməyə gəlmişəm”.

Sarkisyan: “Bu danışıq deyil, belə dialoq olmur”, “Sən Mart 1 hadisələrindən heç bir dərs almamısan”.

Bu görüşdə Sarkisyan Paşinyana təzyiqlər etsə də Paşinyan bu hədələri rədd etdi. Nümayişlər isə davam edirdi. 23 Apreldə hətta 2016-cı il Aprel döyüşünün iştirakçıları da daxil olmaqla bir neçə hərbçi mitinqlərə qoşulmuşdu.

Serj Sarkisyanın istefası

23 Apreldə gözlənilməz şəkildə Serj Sarkisyan geri addım atdı. O hakimiyyətdən istefa verdi və Karen Karapetyan baş nazir kürsüsünə gətirildi. Qeyd edək ki, Karapetyan Rusiya və Ermənistanın birgə şirkəti ArmRosGazpromun rəhbəridir. Bu qərar da Paşinyanı razı salmadı və nümayişlər davam etdi. Karapetyan ilə Paşinyan arasında planlaşdırılan dialoq isə baş tutmadı.

Ən maraqlı hadisələrdən biri isə Ermənistan parlamentinin ikinci böyük partiyası Qaqik Tsakuryanın başçılıq etdiyi Çiçəklənən Ermənistan partiyasının üzvləri də küçələrə axışdı, lakin bunun Paşinyana dəstək olub olmaması açıqlanmadı.

Belə bir sual ortaya çıxır ki, niyə Serj Sarkisyan bu addımı 2008-ci il Mart hadisələrində yox məhz indi atıb. Bu suala erməni tədqiqatçı Aleksandr İskəndəryanın belə bir açıqlaması mövcuddur. O, bildirir ki, 2008-ci ildə situasiya bu qədər gərgin deyildi. Düzdür həmin dövrdə də sosial-iqtisadi vəziyyət pis idi, lakin Sarkisyan siyasi karyerasını başlamadan bitirə bilməzdi.

2015-ci ildə konstitusiya dəyişikliyi baş verdi və baş nazir vəzifəsinin səlahiyyətləri artırıldı. Sarkisyan 2 dəfə prezident olduqdan sonra baş nazir olmayacağını söyləmişdi. Bu səhv siyasi gediş idi və birdən məhşurlaşmış nümayiş lideri Paşinyan ortaya çıxdı. Qocalar, cavanlar da daxil olmaqla xalq Sarkisyana etiraz aksiyalarına başladı. Bütün bunlar xalqın yüksək etirazı və sosial partlayış Sarkisyanı istefa verməyə məcbur elədi.

O, istefa verdikdə “Paşinyan haqlı idi, mən isə yanlış. İndiki vəziyyəti düzəldəcək şəxs mən deyiləm” sözlərini söyləyib. 2017-ci il hökumət formasının parlamentli respublikaya çevrilməsi Sarkisyanın gənc liderlərə yol açması gözlənilməli idi, lakin onun yenidən hakimiyyəti zəbt etməsi xalqın qəzəbinə səbəb oldu.

Paşinyan baş nazir postunu qazandı

May ayının 1-də yeni seçkilər keçirildi. Müxalifətdə yalnız bir namizəd vardı, bu isə Nikol Paşinyan idi. Nikol Paşinyan 59 səslə qalib gəldi, onun əleyhinə isə 42 səs verilişdi və bu Respublikaçı partiyasının üzvləri idi. Lakin 13 üzv isə onun lehinə səs vermişdi. Mayın 8-də Paşinyan rəsmi olaraq Ermənistanın baş naziri postunu qazandı.

Onun populist çıxışları xalqı özünə cəlb etmişdi. Təmiz demokratik hakimiyyət qurmaq və inkişaf etmiş Ermənistan yaratmaq ideyaları xalqı özünə çəkirdi. Qan tökülmədən keçən bu nümayişlər mediyada “Məxməri İnqilab” kimi qeyd olundu.

İnqilab bitsə də hakimiyyətin dəyişməsi və hakimiyyət uğrunda mübarizə indi başlayır.

Ülvi Əhmədli

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı