ABŞ oyunu tərk edir? Ekspertlərin rəyi - ÖZƏL

Analitika 15:55 21.12.2018

ABŞ "Şahmat taxtası"nı tərk edir

Son  günlərdə Trampın qəbul etdiyi qərarlardan belə bir nəticəyə gəlmək olar ki,  ABŞ Yaxın və Orta Şərq siyasətini tamamilə dəyişir. ABŞ-ın Yaxın və Orta Şərq siyasəti 1997-ci ildə formalaşmışdı. Bu gün bu siyasətin uğursuzluğu ABŞ-ı strateji dəyişikliyə məcbur edir.

ABŞ Prezidenti Tramp öz twitter hesabından açıqlama verdi və bildirdi ki, ABŞ İŞİD-i məhv edib və ABŞ ordusunun burada qalması üçün artıq heç bir səbəb yoxdur. Trampın bu fikri medalyonun sadəcə görünən üzüdür. Bu məqalədə medalyonun görünməyən tərəflərini izah edib, ABŞ-ın Suriyadan çıxmasının arxasında duran əsas məqamları analiz edəcəyik.

ABŞ-ın Suriyadan çıxması haqqında qəbul etdiyi qərar ilə İraqdan çıxması haqda qəbul etdiyi qərar arasında ciddi bənzərlik mövcuddur. Obama 2009-cu ildə İraqda Səddamın devrildiyini və burada ABŞ-ın missiyasının tamamlandığını bildirmiş və Amerika ordusunu “evə qaytarmışdı”. Bu günlərdə isə Tramp bənzər bir qərarla bu dəfə Suriyadakı ABŞ qüvvələrini evə qaytarır. Bu bənzərlik qəbul edilən qərarın səbəbini müəyyən etməyə kömək edir. Çünki səbəblər eynidir. ABŞ ordusu ona görə 2009-cu ildə İraqdan çıxmışdı ki, gələcəkdə Orta Şərqdə baş verə biləcək böhranlarda ordudan istifadə edilə bilsin. 2009-cu ildə ABŞ İraqdan çıxdı, 2010-cu ildə isə Ərəb baharı başladı.

2009-cu ildə ABŞ ordusunun çıxmasıyla İraqda genişlənən xaos radikal sünniləri ətrafına toplayan süni bir terror dövlətinin – İŞİD-in yaranmasına səbəb oldu. Bu gün ABŞ-ın Suriyadan çıxmaq istəməsinin də arxasında uzun müddətdir silahlandırdığı və təlimlər verdiyi YPG-nin regionda yeni bir terror dövləti yaratması dura bilər.

ABŞ-ın Suriyadan çıxmasının digər görünməyən səbəbi əslində onun burada 7 il ərzində öz məqsədlərinə çata bilməməsidir. ABŞ Əfqanıstanda olduğu kimi Suiyada da uzun müddətdir hərbi varlığını davam etdirməsinə rəğmən heç nəyə nail ola bilmir. Suriyada nə Əsəd devrildi, nə də Rusiya və İranın nüfuz dairəsi daraldı. ABŞ-ın burada yeganə nail olduğu məqsəd İŞİD-in nəzarətində olan torpaqların PYD-nin əlinə keçməsi idi. ABŞ bütün bunları görərək daha çox bu “bataqlıqda” ilişib qalmaq istəmir və bununla həmçinin hərbi xərcləri azaltmağı planlaşdırır.

ABŞ-ın Suriyadan çıxmasının ən önəmli və görünməyən səbəbi isə “Yeni Afrika strategiyasıdır”. Bəli, ABŞ yeni şahmat taxtası olaraq Afrikanı görür. Afrika öz təbii sərvətlərinə görə heç də Orta Şərqdən geri qalmır. ABŞ eyni zamanda Çinin mövqeyinin Afrikada hər gün bir az daha möhkəmləndiyini görür və bu cür dəyərli bir regionu dünyada iqtisadi inkişaf səviyyəsi üzrə tək rəqibi olan Çinə vermək istəmir. Ancaq Tramp çox gözəl dərk edir ki, ABŞ nə qədər güclü olsa belə eyni vaxtda iki cəbhədə savaşa bilməz. Ona görə də, ABŞ Suriya və Əfqanıstandan ordusunu çıxarır. Çünki, ABŞ ordusunun yeni “səfəri” Afrikaya olacaq. Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da istisna etmir və ötən günlərdə bildirir ki, ABŞ Afrikadakı terrorizm və qeyri-sabitlikdən olduqca narahatdır və bu regiona da öz “sülhməramlılarını” göndərə bilər.

ABŞ-ın Suriyadan çıxması nə Türkiyəyə bir jest, nə də Türkiyənin zəfəridir. ABŞ gec və ya tez buranı tərk edəcəkdi. Əgər diqqət yetirsək görərik ki, Trampla Ərdoğan daha öncədən razılaşmışdılar və Tramp tez bir zamanda ordunu Suriyadan çıxaracağını Ərdoğana demişdi. Ərdoğanın meydandan hayqıraraq əməliyyata başlayacağıq demesi Trampa sadəcə olaraq mesaj idi. “Biz gəlirik siz çıxın”. Ərdoğanın hərbi əməliyyat barədə çıxışı isə əslində bir növ “diplomatik əməliyyat” idi. Əgər Türkiyə doğurdan da Şərqi Fərata doğru hücum etmək isətəsəydi bunu biz ekranlarda Ərdoğandan deyil, cəbhədə “mehmetcikdən” eşidərdik. Əks təqdirdə bu çıxış “terroristlərə biz gəlirik, özünüzü qoruyun” deməkdən başqa bir mənaya yozula bilməz.

Ancaq məhz indi, Ərdoğanın “əməliyyata başlayacağıq” deməsindən sonra Trampın Suriyadan çıxmaq haqda qərarı elan etməsi (Tramp əslində çoxdan belə bir qərar qəbul etmişdi) Türkiyə ilə müttəfiqliyin davam etdirilməsi məqsədini özündə ehtiva edən bir taktiki gedişdir. ABŞ bu gedişlə keşiş Bransonun qaytarılmasından sonra Türkiyəyə ilk “təşəkkürünü” etdi. Bu “təşəkkür” ən çox ABŞ-ın özünə lazım idi. ABŞ bununla Türkiyənin mesajına cavab verdi və bildirdi ki, “biz terroristləri deyil, NATO müttəfiqimiz Türkiyəni seçirik”. Bir reallıq da mövcuddur ki, ABŞ ordusunu Suriyadan çıxarır, amma Suriyanı tam şəkildə itirmir. Hələ də Suriyanın şimal-şərq hissəsi ABŞ əsgərlərinin “yetişdirdiyi” PYD terrorçularının əlindədir.

PYD-nin isə taleyi müəmmalıdır. ABŞ dəstəyi olmadan PYD-nin regionda nəinki bir dövlət qurması, öz nüfuz dairəsini qoruyub saxlaması belə mümkün deyil. PYD Fəratın Şərqindən çəkiləcək, ancaq Suriyada varlığını bir gündə bitirməyəcək. PYD-ni Rusiya hələ də terror təşkilatı kimi tanımır. Ona görə də eyni zamanda Suriyanın, Türkiyənin və İranın təhlükəsizliyinə bir təhdid olaraq görünən PYD-nin gələcəyi Suriyada əsas söz sahibi olan Rusiyanın verəcəyi qərardan daha çox asılıdır.

Mövzu ilə bağlı siyasi ekspert Dr. Bruno Surdel Eurasia Diary-ə verdiyi müsahibədə çox maraqlı fikirlər səsləndirib.

Surdel qeyd edir ki, Amerika ictimaiyyətinə ABŞ-ın öz ordularını Suriya və Əfqanıstandan geri çəkməsi əvvəlcədən məlum idi. Yəni Trampın bu qərarı təəccüb doğurmadı. Tramp öz twitter hesabında dəfələrlə qeyd etmişdi ki, “biz niyə görə başqa ölkələrin ərazisində öz gənclərimizi itiririk”.

Fikrimcə, əksər sadə amerikalılar üçün ABŞ-ın strateji hədəfləri maraqlı deyil. Onları daha çox şəxsi maraqları düşündürür. Tramp hələ prezident seçkilərindən əvvəl bu amili çox gözəl bilir və bundan məharətlə istifadə edirdi. Bu gün də Tramp bu amildən istifadə edərək öz elektoratına mesaj verir. Tramp qeyd edir ki, “Mən sizə söz vermişdim ki, canınızı və pulunuzu ekzotik müharibələrə sərf etməyəcəm. Mənə 2020-ci il prezident seçkilərində səs verin. Mən verdiyim sözləri tutan siyasətçiyəm.”

YPG məsələsinə gəldikdə isə belə hesab edirəm ki, bu barədə Tramp Ərdoğanla razılaşıb. Türkiyənın Afrin əməliyyatında gördüklərimizi yaxın günlərdə Fərat çayının şərqində yenidən görə bilərik. Fəratın Şərqi YPG-dən təmizlənəcək.

Ancaq bütün bu məsələləri araşdırdığım zaman məni də düşündürən bir neçə sual var. Bunlardan birincisi odur ki, ABŞ-ın Suriyadan çıxması İranın regiondakı vəziyyətinə necə təsir edəcək? Əlbətdə ki, müsbət. İran burada və regionda təsir gücünü daha da artıracaq. Bəs bu ABŞ-ın xeyrinədir? Əlbətdə ki xeyir, əleyhinə olan bir vəziyyətdir. Suriya ABŞ-ın buradan çıxması ilə Rusiya, İran və Türkiyənin təsir dairəsinə çevriləcək. Bu hal İsrailin də birbaşa əleyhinədir. Ona görə də belə hesab edirəm ki, ABŞ nə vaxtsa yenidən Suriyaya qayıdacaq.

Əfqanıstan məsələsində isə Tramp fikirləşir ki, Talibanla razılığa gələ bilər. Çünki, bunun üçün hazırda əlverişli şərait var. Bu razılaşmanın əldə edilməsi üçün Talibanın yeganə şərti var. O da ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsidir. Əslində Tramp Əfqanıstandan ordunu çıxarmaqla Talibanla razılaşmanın şərtini yerinə yetirir.

Mövzuyla bağlı siyasi ekspert, Dr. Selin Şenocak da öz fikirlərini Eurasia Diary-ə bildirib.

Image result for selin şenocak

O, qeyd edir ki, ABŞ əslində regionu tərk etmir, regionda varlığını terror-dövlət vasitəsilə davam etdirəcək.

YPG bir terror-dövlət layihəsidir və bu layihənin müəllifi ABŞ-dır. ABŞ bu gün Suriyadan çıxaraq sadəcə fikirləri başqa yönə çəkir. Əslində isə ABŞ burada YPG vasitəsilə mövqelərini qoruyacaq.

Dr. Şenocak bildirir ki, ABŞ illərdir milyonlarla dollar xərclədiyi Böyük Orta Şərq siyasətini davam etdirir və bu siyasətin təməlində duran hədəflərdən biri də bu regionda Amerika maraqlarına xidmət edən bir terror dövləti yaratmaqdır.

ABŞ-ın onsuz da Suriyada böyük bir ordusu yox idi. Burada 5 hərbi baza və 2 minə yaxın dəniz piyadası yerləşdirilmişdi. ABŞ qoşunlarının əsas missiyası isə YPG silahlılarının hərbi təchizatını təmin etmək və onlara təlimlər keçməkdən ibarət idi. Onlar missiyalarını tamamladılar və indi gedirlər. Növbəti missiyaları isə ABŞ adına YPG həyata keçirəcək.

Professor Şenocak həmçinin qeyd edir ki, ABŞ-ın qəbul etdiyi bu qərarın əsas hədəfi YPG vasitəsilə Türkiyə-İran-Rusiya münasibətlərində ziddiyətlər yaratmaq, Türkiyənin YPG-yə qarşı atacağı addımlarda onu Əsəd rejimi və ya İran rejimi ilə birlikdə “kürdlərə qarşı kütləvi zorakılıqda” ittiham edib, onun beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaqdan ibarətdir.

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı