ABŞ-ın gizli Suriya planı TƏHLİL

Analitika 15:59 07.01.2019

ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl gözlənilmədən Amerika qoşunlarının Suriyanı qısa bir zamanda tərk edəcəyini bildirmişdi. Lakin ABŞ Konqresinin, Baş Qərargahın və MKİ-nin təzyiqlərindən sonra Tramp ötən günlərdə bu açıqlamasını bir qədər dəqiqləşdirməyə vadar oldu: “Suriyadan çıxacağıq, amma bir ay müddətində deyil. Bizim burada görməli olduğumuz bəzi işlər var. Ona görə də Suriyadan təxminən 4 ay sonra çıxa biləcəyimizi deyə bilərəm”.

 

Trampın ziddiyətli bəyanatları dünya mətbuatının gündəmini zəbt etdi. Bəzi eskpertlər Trampın geri addım atdığını, bəziləri isə sadəcə onun səriştəsiz siyasətçi olduğunu qeyd etsələr də əslində Tramp elə əvvəldən belə ziddiyətli bəyanatlarla dünya ictimaiyyətinin diqqətini özünə çəkməkdədir. Reallıqda isə müşahidələr onu göstərir ki, ABŞ Suriya ilə bağlı gizli bir plan üzərində çalışır.

 

Planın birinci mərhələsi Türkiyə ilə bağlıdır. Belə ki, Tramp Suriyadan çəkilmə haqqında bəyanat verdikdən sonra Türkiyə ilə təmaslar artdı. Və prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İsrailə səfər etdi. Bu gün isə Türkiyəyə səfər edəcək. Boltonun Türkiyə səfərindəki əsas gündəm Patriot raket kompleksi və Menbiç məsələsidir. Bu səfərin çox gərgin və yorucu keçəcəyi indidən bəllidir. Çünki Bolton Ankaraya “Türkiyəni inandırmaq üçün” gedir…

 

Bolton hələ İsraildə olarkən Türkiyəylə bağlı gözlənilməz açıqlamalar verdi. O, qeyd etdi ki, “ABŞ-ın Suriyadan çıxması Türkiyənin “kürd döyüşçüləri”nin təhlükəsizliyinə təminat verməsi ilə birbaşa bağlıdır”. Eyni zamanda Bolton açıq şəkildə Ankaraya xəbərdarlıq etdi ki, Türkiyə ABŞ-la razılaşmadan heç bir hərbi əməliyyat həyata keçirməməlidir.

 

Yəni, Bolton hələ Türkiyəyə gəlmədən ABŞ-ın mövqeyini ortaya qoydu. ABŞ ondan xəbərsiz heç bir əməliyyata imkan verməyəcək və YPG-nin burada təhlükəsizliyi tam təmin edilməlidir.

 

Beləliklə, planın ilkin mərhələsində ABŞ Türkiyəni dayandırmağa çalışır. Eyni zamanda, Türkiyəni təhdid edir və bildirir ki, mənim icazəm olmadan döyüşə başlasan Amerika qoşunları ilə qarşı-qarşıya gəlməli olacaqsan. Türkiyə isə bu riskə getməz, gedə bilməz. Ona görə də, Trampın ziddiyətli bəyanatları əslində Türkiyəni dayandırmaq üçün bir avantüra idi.

 

Planın ikinci mərhələsində nələrin olacağını isə ABŞ Xarici İşlər naziri Mayk Pompeonun ərəb ölkələrinə ardıcıl rəsmi səfərlər qrafikindən öyrənmək olar. Yayılan rəsmi məlumatlara görə, Pompeo 8-15 yanvar tarixlərində ardıcıl olaraq İordaniya, Misir, Bəhreyn, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Kuveyt və Omanda səfərdə olacaq.

 

Bu ölkələr Ərəb Liqasının və ABŞ-ın uzun müddətdir qurmağa çalışdığı, “Böyük Orta Şərq planı”nın bir hissəsi olan “Ərəb NATO-su”nun potensial üzvləridir. Bildiyimiz kimi, “Ərəb NATO-su” “Ərəb baharı”ndan sonra Yaxın və Orta Şərq regionunda xarici qüvvələr olmadan regional təhlükəsizliyi təmin etmək və ərəb dövlətləri arasında hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə irəli sürülən Amerika layihəsidir.

 

ABŞ bir müddət əvvəl ərəb dövlətlərini belə bir qurumun zəruriliyinə inandıra bilmişdi, lakin Körfəz problemi və İrana embarqo məsələsindən sonra bu layihə təxirə salınmışdı. Pompeonun bu səfərlərindən və siyasi situasiyanın gedişatından asılı olaraq qeyd edə bilərik ki, bu gün “Ərəb NATO-su” ABŞ-a hava və su qədər vacibdir.

 

Beləliklə, ABŞ-ın gizlin planının ikinci mərhələsində sözügedən qeyri-rəsmi “Ərəb NATO-su”nun tez bir zamanda formalaşdırılması və onun bazasında yaradılacaq “sülhməramlı qoşunların” ABŞ-ın yerinə Suriyaya daxil olması nəzərdə tutulur.

 

ABŞ prezidentinin Suriyadan çıxmağı təxirə salması da bu planla birbaşa bağlıdır. ABŞ ərəb dövlətləri tərəfindən formalaşdırılacaq sülhməramlıların Suriyaya daxil olmasından sonra buradan çıxacaq. Beləliklə, indi YPG və digər muxaliflərin əlində olan ərazilər “Ərəb NATO-su”nun nəzarətinə veriləcək…

Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Hamısı