Venesuela böhranı - ikinci Suriya problemi? AKTUAL ŞƏRH

Analitika 16:10 28.01.2019

Venesueladakı inqilabi dəyişikliklər dünya mətbuatının gündəmində ilk mövzulardandır. Bir yanda ABŞ və digər “kapitalist” güclər qarşısında əyilməyən “solçu” Maduro, digər tərəfdə iqtisadi, sosial və demoqrafik problemlərdən bezmiş, dövlətin total nəzərindən “boğulan”, demokratik dəyişiklik istəyən vətəndaşlar, üçüncü tərəfdə isə dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkənin – Venesuelanın gələcəyini öz xeyrinə dəyişdirməyə çalışan “böyük güclər” – ABŞ, Rusiya və Çin...

 

Belə vəziyyətdə əvvəl başlayaq Venesueladakı xalq üsyanın səbəblərindən. Əslində səbəb aydındır: xalqın rifah səviyyəsi, xüsusən ABŞ və Avropa ittifaqının sanksiyalarından sonra, olduqca pisləşən Venesuelada anti-demokratik bir hakimiyyətin formalaşması xalqın səbr kasasını çoxdan doldurmuşdu. Yəni xalq təbii sərvətlərlə zəngin bir ölkədə inflyasiya və işsizliklə çapışır, bir yandan da öz siyasi iradəsini sərbəst şəkildə ifadə etməkdən məhrumdur. Əlbətdə ki, belə bir stuatsiyada aqressiya daha da artır.

 

Venesuelada əsas problem, zənnimizcə, vətəndaşların sosial vəziyyətləri arasındakı kəskin uçurumdur. Bir tərəfdə çörək almağa imkanı çatmayan venesuelalı, digər tərəfdə isə milyonlara sahib oliqarxlar. Bununla da yanaşı səriştəsiz məmurlar və “birokratik korrupsiya”.

 

Hər bir venesuelalı üzləşdiyi yoxsulluğun yeganə səbəbinin hökumətin yürütdüyü xarici siyasət xəttiylə bağlı olduğundan xəbərdar idi. Bütün bunlar xalqın Maduro iqtidarına olan inamını azaltdı və 2018-ci il prezident seçkilərində milyonlar Maduronun əleyhinə səs verdi. Lakin Maduro “seçki sandığından dovşan çıxarmağı bacardı”. Nəticə aydın idi - o, hələ 6 il hakimiyyətdə qalacaqdı.

 

Maduronun yenidən hakimiyyətdə qalması ABŞ-ın Venesuela siyasətini daha da radikallaşdırdı. Venesuela getdikcə daha çox Çin və Rusiyadan gələn yardımlardan və investisiyalardan asılı hala düşdü. Maduronun ən böyük ümidi “Bir kəmər bir yol” layihəsi idi. Lakin ABŞ-Çin ticarət savaşının yaşanması və bunun Çin iqtisadiyyatına ağır zərbə vurması Maduronun ümidlərini puç etdi. Çünki Çin bu ilin əvvəlindən başlayaraq neft ixracını azaldacağını elan etmişdi. Maduro hökumətinə ən böyük zərbə də məhz neft birjalarında yaşananlar oldu. Neftin qiymətinin kəskin ucuzlaşması cəmi bir neçə dövlətə neft ixrac edə bilən Venesuela iqtisadiyyatını iflic hala saldı.

 

Nəticədə Venesuela iqtisadiyyatı tarixinin ən böyük inflyasiya səviyyəsiylə üzləşdi. Hiper səviyyədə müşahidə edilən inflyasiya faizinin nə az, nə çox - düz 2 milyon faiz olduğu açıqlandı. Bu, artıq böhran deyil, iqtisadi çöküş demək idi.

 

Bütün bunlar milyonları küçələrə çıxıb, Maduronu devirməyə vadar etdi. Hazırda Maduro tam şəkildə iqtidar deyil. Onu parlamentin bir palatası - Qurucu Məclis dəstəkləyir. Parlamentin ikinci palatası olan Milli Məclis isə Xuan Quaydonun lideri olduğu müxalif hərəkatı dəstəkləyir. Xalq da bu şəkildə ikiyə bölünmüş durumdadır. Hələ də əhalinin kasıb və yoxsul təbəqəsinin Maduroya olan ümidləri davam edir. Ancaq mədəni elita və ortaq təbəqə Guayidonu dəstəkləyir.

Image result for venezuela

 

Eynən Suriya problemində olduğu kimi - həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Venesuleadakı hakimiyyət böhranına yanaşma birmənalı deyil. Avropa İttifaqı və ABŞ Venesuelada dövlət başçısı kimi Guayidonu tandıqlarını rəsmi şəkildə bəyan ediblər. Çin, Rusiya, Türkiyə, Meksika və digər dövlətlərsə Maduro hökumətini dəstəkləyir. Venesueladaysa gərginlik artır. 26-dan çox dinc sakin ixtişaşlar zamanı həlak olub.

 

ABŞ hökuməti Venesuelaya hərbi müdaxiləylə bağlı müzakirələrə başlayıb. Trampın müdaxilə tərəfdarı olduğu, lakin ölkədəki vəziyyəti daha da qarışdırmaqdan çəkindiyi deyilir. Rusiya da öz növbəsində Maduroya hələ bundan bir ay öncə Venesualada birgə hərbi bazalar formalaşdırmağı təklif etmişdi. Xarici qüvvələrin Maduro və müxaliflərə hərbi dəstəyə başlaması artıq hakimiyyət böhranını vətəndaş müharibəsi səviyyəsinə çatdıra bilər. Ona görə də qısa zamanda Maduro devrilməsə “Böyük güclərin” savaşının növbəti qurbanı Venesuela ola bilər.

Related image

 

Venesueladaki hadisələrdə ABŞ-ın əlinin olması şüphəsizdir. ABŞ hazırda bütün diqqətini burada Maduronun devrilməsinə və ABŞ-la uzlaşa biləcək bir liderin hakimiyyətə gəlməsinə yönəldib. ABŞ-ın əsas məqsədi Venesuela neftini ələ keçirmək və burada neft istehsalı və ixracında Exxon Mobile və Chevron kimi neft şirkətlərinin pay sahibi olmasını təmin etməkdir.

 

Venesueladaki hadisələrin gedişi onu göstərir ki, ABŞ niyyətinə çatacaq. Venesueladakı siyasi dəyişiklik isə hər şeydən çox Çinə və İrana böyük zərbə vuracaq. Maduronun devrilməsindən sonra ABŞ Venesuela nefti üzərində pay sahibi olacaq və Çinin Venesuela neftini ucuz qiymətə almasına iman verməyəcək. Bu, dünyanın ən çox neft itxal edən dövlətlərindən biri olan Çin üçün böyük uğursuzluq deməkdir.

 

İrana gəldikdə, ABŞ “Venesuela işindən” sonra İran məsələsiylə məşğul olacaq. Hazırda İrana qarşı yönələn sanksiyalar “soft” (yumşaq) xarakterlidir. Sanksiyaların ikinci mərhələsində İrana qarşı daha ciddi addımlar atılacaq. Bu məsələnin Venesuelayla bağlılığı ondan ibarətdir ki, ABŞ dünya bazarında neftin qiymətini sabit saxlamaq məqsədilə bir tərəfdən İranı neft bazarından vurub çıxardacaq, lakin digər tərəfdən balansı qorumaq üçün Venesuela neftinin uzun illər sonra dünya bazarına çıxarılmasını təmin edəcək.

 

Nicat İsmayılov

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO

Xəbər xətti

Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Hamısı