Paşinyan Qarabağətrafı rayonlar məsələsində Ter-Petrosyanın mövqeyinə mütləq gələcək…

Bakının gedişləri Qarabağ məsələsində yeni əlverişli vəziyyət yaradır

Analitika 11:14 08.02.2019

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın yaxın tezlikdə hansı addımlar atacağı hələ də dəqiq müəyyən olunmayıb. Əsas səbəb budur ki, İrəvan rəsmiləri konfliktlə bağlı hələ də yekdil olmayan mövqe nümayiş etdirir.

Məsələn, Almaniyaya səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə ilə bağlı yenə sərsəm açıqlamalar verdi. Halbuki, Azərbaycan və Ermənistan rəhbərlərinin Davos görüşündən sonra tamam fərqli təəssüratlar yaranmışdı. Hesab edilir ki, Ermənistan belə vəziyyətdə Dağlıq Qarabağ məsələsində  destruktiv mövqedə qalmaqda davam edərsə, Azərbaycan problemi güc yolu ilə həll etməyə məcbur olacaq.

Hər halda, proseslərin sonrakı gedişi Ermənistanın mövqeyindən əhəmiyyətli dərəcədə asılı olacaq. İrəvan konstruktiv mövqeyə gələcəksə, problem dinc müstəvidə həllini tapacaq. Əks təqdirdə yeni Qarabağ savaşı qaçılmaz olacaq və bunun nə ilə nəticələnəcəyini Paşinyan da kifayət qədər yaxşı bilir. İndilikdə isə Nikol Paşinyan Qarabağ münaqişəsinə dair mövqeyinin ondan əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edilməsini istəmir. Burada onu da qeyd etmək lazım gəlir ki, Paşinyan yenidən baş nazir seçildikdən sonra apardığı hökumət islahatlarında, əsasən sabiq kuratoru, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın kadrlarına vəzifə verməsi, həmçinin, Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən öncə Ter-Petrosyandan məsləhət alması Qarabağətrafı rayonların qaytarılması ilə bağlı Azərbaycanla gizli razılaşmanın olduğuna dair erməni politoloqların şübhələrini artırıb. 
Petrosyanın hələ hakimiyyətdə olduğu günlərdən ətraf ərazilərin geri qaytarılmasının tərəfdarı olduğunu vurğulayan erməni ekspertlər, bu mənada, Paşinyanla əvvəlki, xüsusən də Ter-Petrosyan hökumətinin Qarabağ siyasəti üzrə paralellər aparmağa başlayıblar. Onlar iddia edirlər ki, qətiyyətli çıxışlarına rəğmən, baş nazirin son davranışları Ermənistan üçün sürprizlə nəticələnə bilər. Məsələn, erməni politoloq Vigen Akopyan bu xüsusda bildirir: “Azərbaycanla danışıqların aparılmadığını elan edən Ermənistan bununla diqqəti prosesdən yayındırmağa çalışır”.

Onun sözlərinə görə, Ermənistan hər hansı şəkildə danışıqların aparıldığı məlumatlarını təkzib edir, Azərbaycan isə əksini deyir: “Buna görə də, Davosda Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilmiş görüşün təsadüfi olmadığını düşünürəm. Qarabağla bağlı gizli gedən prosesi ört-basdır etməyə çalışan Ermənistan vaxt qazanmağa çalışır. Üstəgəl, Con Boltonun “Tvitter“ mesajı maraqlı məqamları üzə çıxardı. Məlum oldu ki, Bolton Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi haqda danışdığı halda, bunu Nikol Paşinyanla müzakirə etməyib. Ehtimal etmək olar ki, supergüclər Qarabağ münaqişəsinin həlli üçün tələsir. Nə qədər ki, Paşinyanın daxildəki reytinqi yüksəkdir, məsələni həll etməyə çalışırlar. Onlar hesab edirlər ki, Ermənistanın yeni rəhbərliyi beynəlxalq təzyiqlərə məruz qalarsa, Qarabağla bağlı qərar qəbul edə bilər”.

Vigen Akopyan qeyd edib ki, xalqların sülhə hazırlaşdırılması ilə bağlı ortaya atılmış informasiyanın detalları hələ məlum deyil: “Bu məsələ də naməlumdur. Müvafiq sənədin olub-olmadığı bəlli deyil. Nəzərə alsaq ki, Paşinyan və bir çox tərəfdarı Levon Ter-Petrosyanın “Qarabağı qaytaraq” tezisinin tərəfdarıdır, bu, Ermənistanın xeyrinə ola bilməz”. Digər erməni politoloq Ervand Bozoyan da eyni mövqedən çıxış edir: “Vəziyyət dəyişməsə, Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq. Davos görüşü və Boltonun zəngindən sonra münaqişə ətrafında prosesin getdiyi təəssüratı yaranıb. Ermənistan ictimaiyyətində narahatlıq var. Paşinyanın "sülh qarşılığında ərazi formulu" üzrə danışıqlar aparmamasına dair bəyanatı Azərbaycanı ciddi şəkildə təəccübləndirib. Həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində nələrin baş verməsinə dair təsəvvür yoxdur. Hazırda kifayət qədər ziddiyyətli proses gedir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinə gəldikdə isə, hər bir həmsədr ölkə əsas vasitəçi missiyanı öz üzərinə götürmək istəyib. Vaşinqton, Paris və Moskva daim bu məsələ də bir-birini əvəzləyib. Ermənistanda hakimiyyət dəyişdikdən sonra “Bolton modeli” formalaşdı. O, regiona səfərindən sonra münaqişənin tezliklə həllinin vacibliyini vurğulayaraq danışıqlar prosesində aktiv şəkildə iştirak etməyə başladı. Bu mərhələdə ABŞ-ın aktivliyi Rusiyada narahatlıq yaratdı. Lakin nə Moskva, nə də Vaşinqton İrəvanın mövqeyini anlayır ki, Ermənistanın güzəştlər məsələsində “qırmızı xətti” hansıdır. Hər iki ölkə ərazilərin Azərbaycana qaytarılmasını tələb edir və Ermənistan sonda yəqin ki, bunu etməyə məcbur olacaq”.

Rusiyalı ekspert, Müasir Türkiyəni Araşdırmalar Mərkəzinin rəhbəri Yuri Mavaşev isə hesab edir ki, işğala son qoyulması bu gün Ermənistanın özü üçün çox vacibdir. O hesab edir ki, Paşinyan Ermənistanda Qarabağ məsələsində bütün müqavimətləri qırıb işğal faktına son qoysa, ölkəsini inkişaf etdirə biləcək: “Əslində, verdiyi bütün ziddiyyətli açıqlamalara baxmayaraq, Paşinyanın başqa yolu da yoxdur. Aydın məsələdir ki, bu gün müzakirə olunan bütün mövzuların sonu Dağlıq Qarabağın işğalının başa çatması ilə bağlıdır. Torpaqların işğaldan necə azad olunması üzrə müxtəlif variantlar axtarılır. İstisna deyil ki, torpaqların işğaldan azad olunmasına başlandığı andan rəsmi Bakı və Ankara İrəvanla iqtisadi və siyasi münasibətləri ən geniş formada bərpa edəcək”.  

Türkiyənin hazırda qonşu ölkələrlə əlaqələrin saxlanmasında və inkişaf etdirilməsində maraqlı olduğunu deyən ekspert bunun müəyyən müsbət nəticələrin əldə olunmasına yönəldiyini nəzərə çatdırıb: “Türkiyə qonşularla bağlı müəyyən addımlar atır. Məqsəd isə müsbət nəticələrin əldə olunmasıdır. Qeyd etmək lazımdır ki, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə sanki durğunluq aradan götürülüb. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi kimi beynəlxalq çətin məsələlərin həll onunması üçün daxili və ictimai-siyasi dinamika lazımdır”. Y.Mavaşev rəsmi Ankaranın həmişə Bakının yanında olduğunu nümayiş etdirdiyini deyib: “Rəsmi Ankara hər zaman Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycan xalqı ilə qardaşlığını heç vaxt qurban verməyəcək. Sadəcə, çevik siyasi xətti və konformizmi bir-birindən ayırmağı bacarmaq lazımdır”. O, bu vəziyyətdən Ermənistan rəhbərlyinin lazımi nəticələr çıxarmasının da mühüm önəm kəsb etdyini qeyd edir. Onun sözlərinə görə, Paşinyan anlamalıdır ki, münaqişənin həlli ilk növbədə Ermənistan əhalisi üçün böyük iqtisadi imkanlar açacaq.

Elə Ermənistanın “İrates” qəzeti də yazır ki, ölkə əhalisini maraqlandıran əsas məsələ artıq sosial-iqtisadi problemlərin həllidir və bu məsələ Paşiynan üçün getdikcə əsas çətinliyə çevrilir. Çünki sosial-iqtisadi problemlərin həlli üçün ölkə lazımi resurslara malik deyil. Yalnız Azərbaycan və Türkiyə ilə əməkdaşlıq, həmçinin  regional layihələrdə iştirak vəziyyəti dəyişdirə bilər: “Ermənistanın daxili siyasi həyatında heç bir ciddi irəliləyiş yoxdur, məyus olan insanların sayı getdikcə artır, bundan istifadə edən müxalifət isə öz proqramını səssizcə və planlı şəkildə təkmilləşdirir”. Etibarlı mənbələrinə istinad edən “İrates” qəzeti bildirib ki, hazırda ölkənin əsas müxalif cəbhəsinin Paşinyana qarşı ciddi işə keçməməsinin səbəbi hökumətin daha çox səhvlər buraxmasına və hakimiyyətdə olduğu bir il müddətində, verdiyi vədlərin əksinə olaraq, dövlətin borcunu 7 milyard dollara yaxınlaşdıran baş nazirə mayda sarsıdıcı sürpriz etməyə hazırlaşmaları ilə əlaqədardır. Və müxalif cəhbədə birləşib bu sürprizə hazırlaşanlar təkcə Paşinyana görə istefaya məcbur edilən Serj Sarkisyan və onun Respublikaçılar partiyası yox, həm də həbsdəki Robert Köçəryanın komandası və yeni hökumətin yoxlamalarından narazı oliqarxlardır: “Sosial-iqtisadi həyatda nəzərəçarpan nəticələr olmasa, Nikol Paşinyan hakimiyyəti günbəgün öz mövqelərini və sosial dayaqlarını itirməyə başlayacaq. Belə vəziyyətdə kifayət qədər güclü təbliğat kampaniyası və savadlı addımların köməyilə parlamentdənkənar müxalifət hakimiyyətin mövqelərini düşündüyümüzdən daha sürətlə sıradan çıxaracaq. Məlumata görə, əvvəlki rəhbərliyin nümayəndələri – söhbət təkcə Respublikaçılardan yox, həm də Köçəryan qanadından gedir – mayda hakimiyyətə gəlməsinin bir ili tamam olacaq Paşinyana ciddi sürprizlər etməyi planlaşdırırlar. Lakin bu sürprizin hansı format və növdə olacağını öyrənə bilmədik, çünki proses hələ müzakirə mərhələsindədir və ciddi hazırlıq davam edir. Belə vəziyyətdə hər şey Paşinyandan asılıdır: əgər o, ciddi islahatlar apara və məyusluq çarxını dayandıra bilsə, müxalifət istəyinə çatmayacaq. Əks təqdirdə, biz Ermənistanda növbəti sarsıntılar və siyasi özbaşınalığın şahidi olacağıq”. Qəzet yazır ki, Paşinyan sosial-iqtisadi həyatda istədiyi nəticələri əldə edə bilsə, rəqiblərinin mövqeyini sarsıda bilər. Məhz bu amil də onu Azərbaycanla razılığa gəlməyə sövq edən başlıca faktorlardan sayılır. Hesab edilir ki, sosial-iqtisadi həyatında dəyişikliklər görəcəyi təqdirdə, erməni cəmiyyəti Qarabağ məsələsində İrəvanın atacağı addımlara hansısa ciddi müqavimət göstərməyəcək. Hər halda, bunları Paşinyan da yaxşı bilir və belə vəziyyətdə yeganə çıxış yolunun Azərbaycanla razılıqdan keçdiyini aydın dərk edir. Bu mənada istisna deyil ki, verdiyi ziddiyyətli açıqlamalara rəğmən, Paşinyan Qarabağ məsələsində reallıqda işğala son qoyan addımlar atsın. Əks təqdirdə Qarabağ münaqişəsinin hərbi həlli qaçılmaz olacaq ki, bu zaman Ermənistanın aldığı zərbələr Paşinyanın mövqelərini daha sürətlə laxladacaq.

Tahir TAĞIYEV     

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Hamısı