Moskvadan Paşinyana həbs hədəsi gəldi “Rusiya bunu unutmayacaq!..”

Analitika 10:40 30.06.2019

İrəvan Moskva ilə yanaşı, Tiflisə də “əlcək” tulladı - Cavaxetiya “kartı” yenidən ortaya atıldı; Gürcüstanın mərkəzi hakimiyyəti iki işğalçının təhdidləri ilə üz-üzə...

Azərbaycanın da yerləşdiyi region və onun ətrafında maraqlı və yetərincə həssas proseslər gedir. Bu proseslərin episentri indilikdə Gürcüstandır. Orada hakimiyyətə qarşı etirazlar hələ ki öz məntiqi sonluğuna çatmayıb. Ancaq bir şey aydındır ki, məlum hadisələrdən sonra Gürcüstan-Rusiya münasibətləri daha da pisləşib.

Diqqətçəkəndir ki, hazırda Rusiyanın satellit Ermənistanla müttəfiqliyi də sonuncunun hərəkətləri üzündən rəvan dövrünü yaşamır. Baş nazir Nikol Paşinyan vaxtaşırı V.Putinin “ayağını” tapdayır, bu fonda özünü Qərb üçün əlverişli qiymətə “bazarlığa” çıxarmağa çalışır. Ötən ay BMT Baş Məclisində Gürcüstanla bağlı qətnamənin səsverməsi zamanı erməni təmsilçinin son 11 ildə ilk dəfə Rusiyanın əleyhinə mövqe sərgiləməsi, bir neçə gün öncə isə AŞ PA-da Ermənistan deputatlarının Rusiyanın xeyrinə olan sənədin əleyhinə səs verməsi buna bariz sübutdur.

Baş verənlər fonunda, üstəlik, İrəvanda sabiq prezident, Putinin şəxsi dostu, Xocalı hərbi canisi Robert Köçəryan Paşinyanın təkidi ilə yenidən zindana salınıb. Siyasi müşahidəçilərə görə, bütün bunlar Moskvada izsiz ötüşməyəcək və cavabı bir qədər gec də olsa, mütləq veriləcək.

*****

Putinlə Köçəryan ile ilgili görsel sonucu

“Putinlə Köçəryan arasında şəxsi, isti münasibətlər var. Köçəryanın təzədən həbsi İrəvanın Moskva ilə hazırkı münasibətlərinə neqativ təsir edəcək”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri 1 in.am-a açıqlamasında ermənipərəst rusiyalı politoloq Stanislav Tarasov olayı şərh edərkən deyib.

Onun  sözlərinə görə, Nikol Paşinyan problemli siyasət yürüdür: “Ermənistanın inqilabçı hakimiyyəti qabağa baxmaq əvəzinə, nədənsə daim geri boylanır. Köçəryanı türməyə salmaqla ölkənin vəziyyəti yaxşılaşmayacaq. Nəzərə almaq lazımdır ki, Köçəryan Qarabağın birinci ”prezidenti" (dırnaqlar bizimdir - “YM”), Ermənistanın isə ikinci prezidentidir. Bunun sonu nə olacaq? Belə çıxır, nə vaxtsa başqa hakimiyyətlər də vəziyyəti Paşinyana qarşı ittihamlar səviyyəsinə gətirəcəklər? Bu, çox pis presedentdir. Moskvada İrəvana qarşı şəksiz ki, neqativ münasibət formalaşır".

Rusiyalı politoloq qeyd edib ki, Moskvada gözləntilər olub ki, Ermənistanın yeni rəhbərliyi ölkəni sivil və demokratik edəcək. “Ermənistan konstitusiyasına görə, prezident toxunulmazdır. Hər yerdə bu qaydanı gözləyirlər. Bu, pis presedentdir və Ermənistan ondan qazanmayacaq. Ola bilsin, Moskvadan rəsmi mövqe bildirilsin, amma istənilən halda, bu münasibətlərə neqativ təsir göstərəcək”, - deyə o, əlavə edib.

*****

kreml ile ilgili görsel sonucu

Putinin Köçəryanla dostluğu şübhəsiz ki, boş yerdən yaranmayıb. Moskva erməni eks-prezidentə ilk növbədə Qarabağ klanının ən odioz siması, separatçı rejimə mühüm təsir rıçaqı olan vasitə kimi baxır. Təbii ki, Köçəryanın içəridə olması Kremlə “Qarabağ kartı” vasitəsilə manevr eləmək və Paşinyana təzyiq göstərmək şansını azaldır. Eyni zamanda Paşinyan üçün separatçı bölgədə özünə loyal “hökumət” qurmaq fürsəti yaradır. Köçəryanın təzədən həbsinə Moskvanın qəzəbli reaksiyasının kökündə ilk növbədə bu durur.

Bu arada Ermənistan, deyəsən Tiflisdəki qarışıqlığı fürsət bilib Gürcüstana qarşı da köhnə silahını işə salmağa çalışır. Söhbət Cavaxetiya separatçılarını altdan-altdan şirnikləndirməkdən gedir. Bu da növbəti fakt.

“Yeni Musavat”ın erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, Cavaxetiyadakı erməni millətçiləri ölkədə növbədənkənar parlament seçkilərinin proporsional qaydada (partiya siyahısı üzrə) keçirilməsinin əleyhinə çıxış ediblər. Gürcüstan parlamentinin erməni deputatı Genzel Mkoyan səbəbi belə izah edib: “Hakim partiya növbəti seçkilərin proporsional qaydada keçəcəyini açıqlayıb. Bu, bizim region üçün məqbul deyil. Ona görə ki, majoritar deputat bizim milli azlığın lideri - mərkəzi hakimiyyətdə öz xalqının nümayəndəsi idi. Bizim xalq proporsional sistemi istəmir. O özünün problemlərini mərkəzi hökumətə çatdırmaq üçün öz liderini istəyir”.

Paşinyan ile ilgili görsel sonucu

Sadə dilə çevirsək, Mkoyanın sözlərindən belə anlaşılır ki, Cavaxetiya məhz öz “regional avtoriteti”nin parlamentdə təmsil olunmasını istəyir, proporsional seçki isə bu imkanı əldən ala, bölgədə ermənilərin, İrəvanın separatçı planlara zərbə vura bilər - hansı bölgə ki, vaxtaşırı mərkəzi hakimiyyətin mövqeyini nəzərə almadan özbaşına, birtərəfli addımlar atır. Bu ilin yanvarında Qarabağ döyüşlərində iştirak eləmiş erməni canisi Mixail Avakyana büstün qoyulmasını yada salmaq olar.

Rəsmi Tiflisin etirazına rəğmən, həmin büst hələ də öz yerindədir və şübhə yox ki, ilk növbədə Azərbaycanla Gürcüstanın arasını vurmağa hesablanıb. Görək, Gürcüstan hökuməti bu dəfə öz iradəsini Cavaxetiya bölgəsində yeridə biləcəkmi? Başqa sözlə, Tiflis İrəvanın atdığı “əlcəyi” götürəcəkmi? Nəhayət, iki işğalçının - Rusiya və Ermənistanın təhdidlərini necə dəf edəcək?.. 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Hamısı