Paşinyan-Qarabağ klanı savaşı pik həddə erməni baş naziri nə gözləyir?

Analitika 10:28 04.07.2019

Əhəd Məmmədli: “Ermənistan hakimiyyət böhranına yuvarlanmaqdadır...”

Ermənistanın baş naziri Nikol Paşinyan özünə təhlükə saydığı Qarabağ klanından əl çəkmir. Son olaraq, bu klanın lideri, sabiq prezident Robert Köçəryanın yenidən həbs edilməsi Paşinyanın niyyətini həyata keçirməkdə israrlı olduğunu göstərdi. Bundan əlavə, Paşinyanın Konstitusiya Məhkəməsinin sədrini dəyişdirmək cəhdləri və məhkəmənin hakimi Vaqe Qriqoryanın öz-özünü sədr elan etməsi savaşın pik həddə çatdığının başqa bariz  təsdiqidir.

Erməni baş nazirin əsas rəqiblərinə qarşı mübarizədə uğur qazanıb-qazanmayacağı yönündə fərqli mövqelər səslənməkdədir. Məsələn, politoloq Əhəd Məmmədli Paşinyan-Qarabağ mübarizəsinin getdikcə dərinləşdiyi qənaətindədir: “Açdığınız mövzu erməni ictimaiyyətinin əsas gündəm məsələsidir. Son günlərdə baş verən hadisələr erməni cəmiyyətini çalxalandırır. İrəvan-Xankəndi qarşıdurması dərinləşməkdədir. Kremlin təbliğat ruporlarından olan, həmişə erməni yönümü ilə seçilən reqnum.ru saytının rəhbərliyi Modest Kalerov və politoloq Stanislav Tarasovun ”Xankəndi Dövlət Universiteti"ndə bu yaxınlardakı açıqlamaları Ermənistanda narahatlığa səbəb olub. Həmişə erməni yönümlülüyü ilə seçilən reqnum.ru saytının rəhbərliyinin açıqlaması nəticəsində ermənilərin narahat olmasından heç də sevinməyək. Kolerov-Tarasov ikiliyi “artsax”ın erməni dünyasının (!) bir hissəsi olduğunu, amma fərqli bir identikliyə malik olduğunu bildirmələri və Dağlıq Qarabağın Rusiya patronajlığına verilməsi vacibliyindən danışmaları İrəvanda heç də birmənalı qarşılamayıb. Ələlxüsus da İrəvan-Xankəndi qarşıdurması vəziyyətində Kremlə yaxınlığı ilə seçilən Modest Kalerovun bu tip açıqlamalarını Ermənistanda təsadüfi saymırlar. İrəvanda Dağlıq Qarabağın Abxaziya, Osetiya, Krımın aqibətini yaşayacağı təhlükəsinə eyham vururlar. Əgər Moskva erməni iqtidarını ram edə bilməsə, onları cəzalandırmaq qərarına gələ bilər. Və bu cəzalandırma da heç də Azərbaycanın xeyrinə olmayacaq.

Ä°lgili resim

Ermənistandan fərqli olaraq Kreml ruporlarının Qarabağın Rusiyaya verilməsi ilə bağlı həyasız açıqlamasına rəsmi Bakı təəssüf ki, heç bir reaksiya vermədi. Situasiyanın hansı məcraya yönəlməsindən fərqli olmayaraq Rusiya Ermənistanı cəzalandırmaq qərarına gəlsə belə, Qarabağı qaytarmaq üçün Azərbaycana imkan tanımayacaq. Ermənistanın cəzalandırılması bu cür ola bilər. Qondarma rejimdə Krımvari referendum ola və bu separatçı bölgə “könüllü” Rusiyaya birləşmək qərarını verə bilər. Kalerov-Tarasovun mövqeyini rəsmi Bakıda ciddi izləməli və bundan gərəkli nəticələr çıxarmalıdır. Çünki rus ordusu Qarabağa rəsmi şəkildə gəlsə, bu birdəfəlik növbəti ərazimizin itirilməsi deməkdir. Günü-gündən gərginləşən İrəvan-Xankəndi qarşıdurmasını passiv şəkildə izləməməliyik. Bu gün İrəvanın əlindən Qarabağı almasaq, sabah torpaqlarımızı Moskvanın əlində görəcəyik və heç nə edə bilməyəcəyik. Hər il Rusiya günü ilə bağlı erməni iqtidarı şəxsən rus səfirliyinə təşrif buyurub təbrik edir. İrəvan bununla Moskvaya vassal öhdəliyini göstərir. Amma bu il belə olmadı. Bu il rəsmi İrəvan rus səfirliyinə Rusiya günü münasibətilə yalnız təbrik məktubu göndərməklə kifayətləndi. Moskvada İrəvanın bu de-marşını gördülər və nəzərə aldılar. Rus səfiri Köçəryanla görüşdü. Bu görüşdən dərhal sonra səfir Ermənistan XİN-ə çağırıldı. Moskvada bunu da gördülər. Ermənistan Konstitusiya Məhkəməsinin sədri Köçəryanın işi ilə bağlı avqust ayına məhkəmə iclası çağırıb. Erməni mediası güman edir ki, avqusta təyin edilən məhkəmə iclasında Köçəryandan nəinki bütün ittihamlar götürüləcək, ümumiyyətlə, onun haqqında “daha istintaqa cəlb edilə bilməz” qərarı veriləcək. Hələlik Putin Paşinyanla yumşaq davranır. Sonda İrəvan-Xankəndi qarşıdurması Azərbaycanın xeyrinə olmayan yekunda Qarabağın başında çatlaya bilər".

Politoloq onu da qeyd etdi ki, Ermənistan Konstitusiya Məhkəməsi böhran yaşayır: “Ermənistanda baş verən indiki hadisələr mənə 1993-cü ilin iyun ayında Azərbaycanda, oktyabr ayında Rusiyada baş verən hakimiyyət böhranını xatırlatmağa başlayıb. Ermənistan Konstitusiya Məhkəməsində ikitirəlik baş verib. Yuxarıda qeyd etdiyim kimi, avqust ayında Konstitusiya Məhkəməsi iclas təyin edib. Paşinyan bunu əngəlləməyə çalışır. Paşinyan-Köçəryan, İrəvan-Xankəndi qarşıdurması dərinləşdikcə Ermənistan hakimiyyət böhranına yuvarlanır. Paşinyan hakimiyyətə gələndən Qarabağ klanı ilə mübarizə aparır. Yeni iqtidar hücum edir, köhnə hakimiyyət cavab verir. Proseslər bu şəkildə davam edir. Arxasında Kremlin dayandığı bir klanı kasıb Paşinyan iqtidarı üçün bitirmək çox çətindir. Üstəlik, nəzərə alsaq ki, Ermənistanda rus ordusu var, bu, ümumiyyətlə, mümkünsüz görünür. Paşinyan iqtidarının Qarabağ klanını tam bitirməsi üçün gərək Qarabağa tam nəzarət etsinlər. Buna da ruslar imkan verməyəcək. Bütün bu proseslərin sonda Paşinyanın hakimiyyətdən gedəcəyi ilə sonuclanacağını düşünürəm”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat

NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Hamısı