Qarabağda savaş ssenarisi dinc həll imkanları tükənir

Analitika 11:38 12.09.2019
Separatçı rejim və onun əsas himayədarı olan işğalçı Ermənistan onsuz da neçə vaxtdır dalanda olan Qarabağ danışıqlarını daha mənasız edən addımları davam etdirir. Sentyabrın 8-də işğal altındakı bölgəmizdə növbəti saxta seçkilərin keçirilməsi buna bariz sübutdur.
 
“Yerli seçkilər” adı ilə düzənlənən bu siyasi tamaşaya artıq ATƏT-in Minsk Qrupu həmsədrlərindən adekvat reaksiya gəlib. “Seçkilər” qanunsuz elan edilib. Həmçinin qardaş Türkiyə və qonşu Gürcüstan xarici siyasət idarələri, gözlənildiyi kimi, ermənilərin seçki şousunu pisləyən bəyanat yayıb. Rəsmi Bakının reaksiyası da öz yerində. 
 
Qondarma seçkilərin Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının nəzərdə tutulan görüşü ərəfəsində reallaşması xüsusi diqqət çəkir. Xəbər verildiyi kimi, ABŞ-a səfərə hazırlaşan Ermənistan baş naziri Nikol Paşinyan bu “seçkilər” münasibətilə separatçıları təbrik edib. İşğalçı tərəfin bu təxribatçı və absurd davranışı fonunda formal danışıqların belə aparılmasının anlamı qalmır. Ona görə ki, bütün bunlar faktiki surətdə işğal rejiminin uzanmasına xidmət edir. Heç şübhəsiz ki, Paşinyanın ABŞ səfəri, onun BMT Baş Məclisində edəcəyi çıxış və bunun ardınca Los-Ancelesdə erməni icması ilə görüşü buna bir daha əminlik yaradacaq.
 
Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu
 
Eurasia Diary-nin verdiyi xəbərə görə, politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyan 2018-ci ildəki çıxışı kimi, böyük ehtimalla, bu dəfə də BMT-də Azərbaycanı guya sülh istəməməkdə ittiham edəcək. “O  zaman Paşinyan demişdi ki, Azərbaycan separatçıların keçirdiyi ”referendum"un nəticələri ilə razılaşmalıdır. Yəqin ki, o, “Qarabağ - Ermənistandır” tezisini həm Nyu-Yorkdakı çıxışı zamanı, həm də Los-Ancelesdə erməni diasporu ilə görüşdə səsləndirəcək. Ona görə də mən Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün anlamını görmürəm. Nədən ki, Zoqrab Mnatsakanyan da Nikol Paşinyanın təxribatçı sözlərini təkrarlayıb. Bu, danışıqların imitasiyasıdır və bizə lazım deyil. Bizə konfliktin həlli lazımdır", - deyə politoloq qeyd edib. 
 
*****
Qarabağ konflikti ətrafında son gəlişmələr bir daha münaqişənin həllində hərb variantını gündəmə gətirir. Bir çox təhlilçilərə görə, düşmən tərəfin radikal davranışı və mövqeyi bu xüsusda Bakının əlinə işləyir, Azərbaycanın hərbi gücə əl atması üçün əlavə əsaslar yaradır, Bakının məsələdə manevr imkanlarını artırır. Bunu iki gün öncə ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində verdiyi məlum təxribatçı bəyanatına (“Dağlıq Qarabağ Ermənistanındır”) neqativ reaksiyası da təsdiqləyir.
 
Tsereteli haqlı olaraq, Paşinyanın sözlərini danışıqlar prosesinə zərər vuran hadisə kimi dəyərləndirib. Sitat: “Hesab edirəm ki, sülhün yaranmasına xidmət etməyən və tərəflər arasında danışıqlara dəstək verməyən bu tip bəyanatlar həmişə sülh danışıqlarına zərər vurur. Biz daha çox konstruktiv bəyanat və konkret addımlar eşitmək istəyirik. Ziddiyyətləri həll etmək və ümumi dil tapmaq lazımdır. Təəssüf ki, fikir ayrılıqlarına və nizamlanma prosesinə zərər vuran bu cür açıqlamalar problem olaraq qalır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq olar”.
 
Beynəlxalq hüququn reallaşması isə ilk növbədə böyük güclərin iradəsindən asılı durumdadır. Hər halda, Qarabağ ixtilafının həllində Rusiya və ABŞ vasitəçiliyi öz üzərinə götürüb. Əfsus ki, bu vasitəçilik on illər ərzində heç bir ciddi pozitiv nəticəyə gətirməyib. Əsas səbəb də Moskva və Vaşinqtonun Cənubi Qafqazda toqquşan geosiyasi maraqlarıdır. Qarabağ məsələsi ən əvvəl bu toqquşan maraqların girovuna çevrilib.
 
Ya da Azərbaycan “qızıl fürsət” yaranan kimi, yəni regionda uyğun geosiyasi şərtlər yetişən kimi, hərbi güc amili hesabına işğal rejiminə qısa zamanda son qoyub məsələni bitirməlidir. Sözsüz ki, bu variant həmişə Bakının masası üzərindədir. Belə görünür ki, hadisələr məhz buna doğru inkişaf etməkdədir. Azərbaycan rəhbərliyinin Nikol Paşinyana tanıdığı unikal şansdan sonuncunun yararlanmaması, əksinə, daha radikal xətt seçməsi bu qənaəti günbəgün gücləndirməkdədir.(musavat.com)
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Hamısı