Azərbaycan və İran arasında nə baş verir? İran cəsuslarının həbs edilməsi...

Analitika 16:47 09.10.2019

Son aylarda İran və Azərbaycan münasibətlərində müəyyən soyuma, hətta gərginlik müşahidə edilir. Bu gərginlik müxtəlif müstəvilərdə özünü biruzə verib. Ən son Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovla Təbrizdə ölkənin ali rəhbəri ayətullah Əli Xamneyinin Şərqi Azərbaycan nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli əl-Haşim ilə də görüşündə gərginlik özünün pik səviyyəsinə çatıb.

Belə ki, görüşdə Xamneyinin nümayəndəsi Azərbaycan səfirini şiələrin matəm ayı olan məhərrəmlikdə Bakıda niyə mahnı festivalları keçirildiyinə görə qınayıb. Səfirin bu qınağa cavabı isə sərrast olub. Məlumatda deyilir:

“Bünyad Hüseynov xatırladıb ki, Azərbaycan xalqı məhərrəm ayındakı mərasimləri özünün dini inancına əsaslanaraq keçirir: “Bu mərasimlərin hansı ölkədə necə qarşılanması Azərbaycan xalqı üçün o qədər də maraqlı deyil. Həmin günlərdə ölkəmizdə musiqili tədbirlərin keçirilməsinə dair söylədikləriniz həqiqəti əks etdirmir. Ümumiyyətlə isə mədəni tədbirləri məhərrəm ayının mərasimləri ilə əlaqələndirmək düzgün deyil. Əslində bu il Azərbaycan Respublikasında yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəcübləndirən və təəssüfləndirən hadisə baş verib. Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik ki, gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq»”.

Azərbaycanlı diplomatın bu sərt və bir o qədər də gərəkli, tutarlı cavabına rəsmi Tehran mövqe bildirməyib. Lakin bu hadisədən əvvəl də tərəflər arasında problem hesab edilə biləcəyimiz hadisələr baş verib. Bu problemlərin içərisində ən ciddi hadisə isə PUA (pilotsuz uçan aparat) olayı oldu. Ardıcıl olaraq Livan, İraq, İran və İsrail mətbuatlarında İsrailə məxsus PUA-ların Azərbaycan üzərindən havalanaraq İraq və İrandakı stateji hərbi mövqelərdə çəkiliş apardığı iddiaları yer aldı. Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri bu xəbəri inkar etsələr də artıq bu xəbərlərə İraq və İrandan reaksiyalar gəlməyə başlamışdı. İraqda İranın formalaşdırdığı Həşdi Şabi ordusu liderindən tutmuş, İran mollarına qədər bir çox şəxs Azərbaycanı təhdid etmiş, xəyantədə günahlandırmışdı.

Bütün bunların fonunda Azərbaycan-İran münasibətlərinin hazırkı durumunu ekspertlərlə müzakirə etdik.

Azərbaycanlı politoloq Əhməd Əlili İran-Azərbaycan münasibətlərindəki gərginliyin bir il əvvəlki olaylarla birbaşa bağlı olduğunu bildirib:

Görüntünün olası içeriği: 1 kişi

“Son dövrlərdə İranla Azərbaycan arasında gərginliyin kökü bir il əvvələ gedib çıxır. Oktyabr-noyabr aylarında İrandan çox yüksək çinli hərbi və yarım-hərbi təşkilatların rəhbərləri Azərbaycana səfər etdi və burada yüksək səviyyəli görüşlər keçirildi. Onun ardınca Azərbaycanda bir çox şəxslərin xarici kəşfiyyat orqanlarına çalışması ilə bağlı faktlar aşkar edildi və həbslər başladı. Bəlli məsələ idi ki, bu İranla əlaqəli idi, yəni, İranın xüsusi xidmət orqanlarına xidmət edən cəsuslar həbs edilmişdi. Gərginlikdə elə bu hadisədən sonra başladı.

 Təxminən iki ay əvvəl İran elan etdi ki, Urmiya gölü ətrafında, Çaldıran yaxınlığında, təxribatla məşğul olan qrup müəyyən edilib. Bu elə bir ərazidir ki, təxribatçlılar buraya həm İraqdan, həm Türkiyədən, həm kürdlərin kompakt yaşadığı vilayətlərdən, həm də Azərbaycandan gələ bilərdi. Təxribatçı qrup üzvlərinin aşkarlanmasından sonra İran tərəfi təxribatçıların məhz Azərbaycandan gəldiyinə eyham vurdu. Daha sonra isə İran bəyan etdi ki, Azərbaycan ərazisindən PUA-lar qalxıb, İraqı bombalayıblar. Bir müddət əvvəlsə İran rəsmiləri Azərbaycanla sərhəddə gəlmişdilər.

Bütün bunlar onu göstərir ki, İranın Azərbaycana qarşı mövqeyi  sərtləşib. Məlumdur ki, İran siyasəti iki mərkəzli siyasətdir. Yəni, burada realist qüvvələr və dini qüvvələrə məxsus kəsimlər var. Sivil idarədə iştirak edənlər Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olsalar da, dini çevrələrdən tez-tez Azərbaycan əlehinə mesajlar gəlir. Bu Azərbaycan və İran arasında əlaqələrin stabil inkişafına mane olan əsas amildir”.

Bununla birlikdə politoloq İran-Azərbaycan münasibətlərində gərginliyin zamanla aradan qalxacağını və iki dövlət arasında münasibətlərin stabilləşəcəyi proqnozunu verib: “Hər iki ölkənin maraqları əməkdaşlıq etməyə daha uyğundur. Maraqlar tərəfləri əməkdaşlığa məcbur edir. Azərbaycan tərəfi İranla problemi uğurla neytrallaşdıra bilib. Azərbaycan və İranın yerləşdikləri region həm iqtisadi, həm də siyasi baxımdan tərəfləri əməkdaşlığa vadar edir.  Ona görə də qeyd edə bilərik ki, gec və ya tez iki övlət arasında münasibətlər istiləşməlidir, başqa yolu yoxdur”.

Yaxın Şərq üzrə politoloq, Rusiya Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzinin sədr müavini İqor Pankratenko Eurasia Diary-ə verdiyi açıqlamada İran və Azərbaycan arasındakı münasibətləri pisləşdirən üçüncü bir qüvvənin olduğuna işarə edib:

“Öncədən bildirmək istəyirəm ki, İsrailin Azərbaycan ərazisindən istifadə edərək Livan və İraqdakı hərbi obyektləri müşahidə etməsi açıq-aşkar yalandır. Və iraqdakı şiə hökumətinin üzvləri bu açıqlamanı düşünmədən veriblər. İran və Azərbaycan əlaqələrində gərginlik yaratmaq üçün bu məlumatlardan istifadə edilir və bu siyasi etikaya uyğun deyil. Iranda və kənarda müəyyən siyasi qüvvələr İran-Azərbaycan arasındakı bu gərginlikdən yararlanacaqlar. Ancaq mən bu gərginliyin daha da artacağını gözləmirəm.

Zaman-zaman Tehran və Bakı arasında fikir ayrılıqları olur. Burda tənqid ediləsi bir şey yoxdur. Tarix boyu qonşuluq münasibətlərini qoruyub saxlayan iki dövlət arasında belə halların yaşanması normaldır, mən Azərbaycanla İranın mövcud problemləri diplomatik kanallarla həll etməsinin mümkün olduğunu hesab edirəm”.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
Hamısı