Niyə Azərbaycan xarici siyasətdə Rusiyaya yönəlir? Balanslı siyasət dövrü bitdi...

Analitika 10:30 03.12.2019
Tarix gözümüzün qarşısında yazılır...
 
22 noyabrda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində birinci xanım Rusiya prezidenti Vladimir Putinlə və digər rəsmilərlə görüşdü. Görüş zamanı Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif etdi. Azərbaycan tarixində ilk dəfə bir vitse-prezident Rusiyaya rəsmi səfər etdi və Putinlə görüşdü.
 
Daha bir ilk 28 noyabrda baş verdi, YAP  parlamentdəki nümayəndələrinə “parlamenti buraxmağı” tövsiyyə etdi. 
 
29 noyabr tarixində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT - ODKB) Bişkekdə növbəti zirvə görüşü keçirildi. Putin bu görüşdə açıq bir şəkildə KTMT-nin genişlənəcəyini, yeni dost, əməkdaş dövlətlərin bu quruma cəlb ediləcəyini və bunun üçün ötən il müşahidəçi və tərəfdaşlıq statusunun formalaşdığını bildirdi.
 
2 dekabr, yəni dünən, Azərbaycan üçün daha bir tarixi hadisə yaşandı. Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması üçün Prezidentə müraciət etdi. Bu gün eyni zamanda Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfər edib.
 
Daxili siyasətdəki qeyd olunan dəyişikliklər xarici siyasətdə də müəyyən dəyişikliklərin baş verməsini qaçılmaz edir.

Xarici Siyasətdə "Rus Şərqi" nə inteqrasiya...

Azərbaycan həm Heydər Əliyevin, həm də İlham Əliyevin iqtidarı dövründə “balanslaşdırılmış” xarici siyasət yürütmüş, yaxın və böyük qonşularının xətrinə dəyməmək şərtilə Qərblə, xüsusilə də enerji və iqtisadiyyat sektorlarında sıx əməkdaşlıq etmişdi. Bu illər ərzində dəfələrlə Azərbaycana NATO-ya (qeyri-rəsmi şəkildə) və KTMT-yə qoşulmaq təklifləri gəlib. Lakin Azərbaycan “Qoşulmama hərəkatına” “qoşularaq”, strateji cəhətdən nə Qərbin, nə də Rus Şərqinin bir ünsürü olmayacağını vurğulayıb. Qeyd edək ki, sözügedən balansın qorunub saxlanmasında iki dövlət, Türkiyə və İsrail Azərbaycana dəstək olub...

Lakin regionda qüvvələr balansının dəyişməsi və müttəfiq dövlətlərin xarici siyasətlərində baş tutan dəyişimlər Azərbaycan xarici siyasətində yeni bir dövrün başlanmasına səbəb oldu. Azərbaycan Qərblə ortaq iqtisadi layihələrini genişləndirərkən, Şərqlə hərbi-siyasi əlaqələrini gücləndirdi, beləliklə, əslində balans pozuldu. Dövlət başçısı İlham Əliyev xarici siyasətdəki dəyişimləri ilk dəfə fevral ayında Mirşahin Ağayevə verdiyi eksklüziv müsahibədə qeyd etdi, Artıq Azərbaycan siyasətini balanslaşdırmayacaqdı:

Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik. Deyə bilərəm ki, buna müvəffəq olmuşuq”.

Azərbaycan prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki çıxışında açıq bir şəkildə Azərbaycanın Qərbə inteqrasiya etməcəyini bildirib.

Balanslı siyasətdən imtina edən Azərbaycanın son bir ildə Rusiya ilə əməkdaşlığı xeyli genişlənib:

Azərbaycan bir illik fasilədən sonra yenidən rus silahlarının alışına start verir, Azərbaycanda rusdili məktəblərin sayı 400-ü ötüb və bu say daha da artacaq, Rusiyada hərbi məktəb və kurslara göndərilən Azərbaycan zabitlərinin sayı günü-gündən artır.

 Azərbaycan və Rusiya arasında əmtəə dövrüyyəsi 26% artıb. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 606 996,85 min ABŞ dolları təşkil edib. Qeyd edək ki, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 302 919,97 min dollar və ya 23,23% çoxdur.

Rusiya ilə genişlənən əlaqələr Azərbaycanın KTMT-yə üzv olmasına gətirib çıxara bilərmi?

Bu uzun müddətdir müzakirə edilən bir mövzudur. Bəllidir ki, Putin KTMT-nin daha da genişlənməsini arzulayır. Lakin Azərbaycanın KTMT-yə hətta müşahidəçi statusla üzv olmasına Ermənistan qarşıdır. KTMT-də isə qərarlar konsensus yolu ilə, yəni, mütləq səs çoxluğu əsasında qəbul edilir. Moskva Paşinyanı razı salmağa məcbur etsə belə Azərbaycan nə üçün öz torpaqlarını işğal etmiş bir dövlətlə eyni təhlükəsizlik təşkilatında olmağa razılıq versin? Bu sual ritorik sual olsa da əslində cavabı var. Azərbaycan KTMT-yə üzv olsa da olmasa da, Rusiya geosiyasi sistemi Azərbaycanın xarici siyasətindəki əsas inteqrasiya qütbü olmağa davam edəcək. Əgər müxalifətin qeyd etdiyi dəyişikliklər baş tutarsa KTMT-yə Azərbaycanın müşahidəçi statuslu üzv olması reallaşacaq.

Niyə Azərbaycan xarici siyasətdə Rusiyaya yönəlir?

Yuxarıda da qeyd ediliyi kimi Azərbaycanı balansı qorumaqda iki dövlət, İsrail və Türkiyə yardım edirdi. Qeyd edək ki, bu dövlətlərin hər ikisinin Rusiya ilə münasibətləri gərgin idi. Dəqiq desək, Rusiya 2007-ci ildə ABŞ-a meydan oxuyanda Türkiyə və İsrail yeni və qısamüddətli “soyuq müharibə”də ABŞ tərəfində durmuşdu. Bu vəziyyət ən çox Azərbaycanın işinə yaradı. Azərbaycan hər iki qütbə həm geostrateji, həm də iqtisadi cəhətdən lazım idi. Azərbaycanın NATO üzvü olması Rusiyanın, KTMT üzvü olması İsrailin, Türkiyənin, yəni, Qərbin maraqlarının əlehinə idi.

Lakin Suriya münaqişəsindən sonra beynəlxalq münasibətlərdəki “qütblər nizamı” iflasa uğradı. Hazırda NATO üzvü olan Türkiyə, Rusiya ilə həm hərbi, həm iqtisadi, həm də enerji sketorunda sıx əməkdaşlıq edir. ABŞ-ın müttəfiqi İsrail Putinin sözü ilə desək,  “Rusiya ilə münasibətlərdə yeni bir eranı” başladır.  Qarşı qütbdəki müttəfiqlərinin Rusiya ilə münasibətlərinin genişləndiyini görən Azərbaycan da xarici siyasətdə”axına qarşı gələ bilməz”, Rusiyadan imtina edə bilməz və etmir də. Həmçinin Azərbaycandakı rusdilli siyasi elita üçün Qərbə inteqrasiya parçalanmanın, işğalın, ixtişaşın səbəbkarı ola bilər, onlar təbii ki, Rus Şərqinə inteqrasiyanın qızğın tərəfdarıdır.

Uzun sözün qısası, Azərbaycanın “geopolitik fərari”liyi sona çatıb. Balanslı siyasət dövrü bitdi, artıq Azərbaycan Qərblə tərəfdaş olsa da, Şərqlə əməkdaşdır, Şərq sisteminin daxili elementidir, həm də “Rus Şərqinin”...

Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
Hamısı