50 manatı ödəməsək, nə qədər cərimə yığılacaq?

Analitika 16:21 09.01.2020

Son günlər daşınmaz əmlakın icbari sığortalanması haqda xəbərlər vətəndaşları narahat edən əsas məsələlər sırasına daxil olub. 

Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortalanması 2011-ci ildə qəbul edilmiş qanuna əsasən icbari hesab edilsə də, bu ildən etibarən gündəmə gətirilib. Buna əsas səbəb kimi isə artıq bu sahədə elektronlaşmanın həyata keçirilməsinin nəzərdə tutulması göstərilir.

Eurasia Diary qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Sığorta Şirkəti ötən 9 il ərzində daşınmaz əmlakın (yaşayış evləri və mənzillərin) icbari sığortası işinin respublikanın bütün rayonlarında zəif təşkil edildiyini bildirib. Belə ki, yaşayış yerləri ilə əlaqədar nəzarəti həyata keçirən qurum qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyətləri orqanlarıdır. Bu günə kimi hər hansı mərkəzləşdirilmiş sistem olmadığından icra nümayəndələri hansı mənzilin sığortalı, hansının isə sığortasız olduğunu müəyyən etməkdə çəkinlik çəkib. Bu səbəbdən də proses xeyli ləngidilib və ya bir çox rayonlarda ümumiyyətlə həyata keçirilməyib. 

İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədovun sözlərinə görə, bunun üçün də sözügedən sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası ilə inteqrasiya yaradılmalı, elektron qaydaya keçid olmalıdır:

“Artıq icra hakimiyyətlərinin sığortalı yaşayış yerini sığortasızdan ayıra bilmələri üçün fiziki olaraq yerində araşdırma aparmalarına ehtiyac qalmayacaq. İnformasiya sistemi ilə öz ərazilərində olan hansı evin sığortalı, hansının isə sığortasız olduğunu görə biləcəklər. Sığortasız yaşayış evləri və mənzil isə elektron qaydada 30 (otuz) manat məbləğində cərimə olunacaq. Bir neçə həftədən sonra həmin mənzil yenə də sığortalanmazsa, onun sahibi yenə cərimələnəcək.      
 
Hazırda yaşayış evləri və mənzillər Bakı şəhəri üzrə 25000 manat sığorta məbləği olmaqla sığorta haqqı 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20000 manat sığorta məbləği olmaqla sığorta haqqı 40 manat, digər şəhər və rayonlarda 15000 manat sığorta məbləği olmaqla sığorta haqqı 30 manat təşkil edir”.

Artıq bu ilin əvvəllərindən etibarən evlərə cərimələrlə bağlı bildirişlər də paylanmağa başlayıb ki, bu da vətəndaşlar arasında narahatlığa səbəb olub. Çox insan bu yolla sığorta şirkətləri tərəfindən süni ajiotaj yaradıldığını və “pul tələsi” olduğunu düşünsə də, cərimələrin ödənmədiyi təqdirdə məbləğin artacağını düşünənlər də az deyil. 

Yaşayış evləri və mənzillərin icbari sığortalanması nə dərəcədə vacibdir?

İqtisadçı ekspert Samir Əliyev məsələyə münasibət bildirən zaman bu addımın vətəndaşların Konstitusiya hüququna zidd olduğunu bildirib:

“Birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir. Azərbaycanda icrası icbari olan digər qanunları (məsələn, Mənzil Məcəlləsi) yada salan yoxdur, amma mənzillərin icbari sığortası məsələsi gündəmi zəbt edib. Öncədən deyim ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. 

İkincisi, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir. Bu da mülkiyyətçinin seçim hüququnu pozmaqdır. 

Üçüncüsü, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? 

Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq”. 

İcbari sığorta vətəndaşları nə dərəcədə bədbəxt hadisə zamanı yaranmış vəziyyətdən çıxara bilir?

Yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif şəhərlər, eləcə də paytaxt ərazisində tikilmiş mənzillər üçün müxtəlif sığorta məbləği təyin olunub. Əgər Bakı şəhərində 100 minlik əmlakını icbari sığorta etdirmiş şəxsin evində hər hansı bədbəxt hadisə olsa, bu zaman sığorta şirkəti sadəcə 25 min manatını ödəyəcək. Digər 75 min manatlıq zərəri isə vətəndaş özü ödəməlidir.

Elə buna görə də sığorta mütəxəssisi Xəyal Məmmədxanlı qanunda xeyli boşluqlar olduğunu və yenidən təkmilləşdirilməsi gərəkdiyini düşünür:

“Qanun olduqca primitivdir və başlanğıc olaraq atılmış addım idi. Ən qısa müddətdə yenidən təkmilləşdirilməsi lazımdır. Diferensiallıq məsələsi nəzərə alınmadığı üçün milyonluq ev də eyni məbləği ödəyir, 30 minlik ev də”. 

Bəs hansı mənzillər icbari sığorta olunmur?

Qanuna əsasən özbaşına tikililər, çıxarışı olmayan mənzillər, qəzalı vəziyyətdə olan və ya tikilisi yekunlaşmamış evlər icbari sığorta olunmur. Bundan başqa, dövlətdən ünvanlı sosial yardım alan ailələrin sığorta haqqı dövlət büdcəsi tərəfindən ödənilməlidir.

Bəs cərimə mexanizmi necə işləyəcək?

X. Məmmədxanlının sözlərinə görə, burada cərimə mexanizminin tətbiq olunması mümkün deyil:

“Hüquqi baxımdan mümkündür ki, cərimə yazılmış vətəndaş məbləği ödəmədiyi təqdirdə cərimanin üzərinə müəyyən peniya gəlir və məhkəmə qaydası ilə ölkə xaricinə çıxışına stop qoyulsun. Ancaq bu günə kimi edilibmi? Yox. 

Qanuna əsasən, könüllü sığorta müqaviləsinin olub-olmamasından asılı olmayaraq vətəndaşla icbari sığorta müqaviləsi mütləq bağlanmalıdır. Ancaq bu günə kimi icbari sığorta mexanizmi işləmədiyi üçün banklar ipotekaya verdikləri əmlakları özləri sığortalamağa məcbur idilər. Yəqin ki, bu məsələ ilə bağlı da müəyyən dəyişiklər düşünürlər”.

Vətəndaş cəriməni ödəmədiyi təqdirdə məbləğ nə qədər artacaq?

Qeyd etdiyimiz kimi, vətəndaşların çoxu 30 manatlıq cəriməni ödəmədiyi təqdirdə məbləğin yüksələcəyindən narahatdır. Çünki xəbərdarlıqlarda bir neçə həftədən sonra cərimələnmiş mənzil sığortalanmazsa, onun sahibinin yenə də cərimələnəcəyi bildirilir.       

Ekspert Natiq Cəfərli qeyd edib ki, bu, absurd yanaşmadır. Çünki hansısa qanun pozuntusuna görə cərimə il ərzində 1 dəfə yazıla bilər. Amma eyni əmələ görə hər 20 gündən bir cərimə yazılması mümkün deyil.

Son olaraq qeyd edək ki, əslində evlərin sığortalanması vətəndaşın marağında olmalıdır. Belə ki, paytaxtda əmlakın icbari sığortası üçün illik 50 manatlıq bir ödəniş edilir və sahibkar bunun qarşılığında yanğın, ildırım, partlayış, subasma, qısaqapanma kimi qəfil hadisələrdən sığortalanmış olur. Ancaq sığorta şirkətlərinə qarşı olan inamsızlıq və ya yaranmış suallara tam cavab ala bilməmək vətəndaşlarda şübhə yaradır.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı