Çin Mərkəzi Asiyaya göz dikib

Analitika 13:11 13.08.2020

Koronavirusun Çində peyda olması və dünyaya yayılması mövzusu əvvəlki aylarla müqayisədə sanki bir qədər arxa plana keçib. Bəzi dövlətlərin virusun peyda olmasıyla bağlı beynəlxalq komissiyanın yaradılması və fəaliyyətə başlaması ideyası da əvvəlki kimi gündəmdə ağırlığını qorumur. Çünki, hazırda bütün dövlətlər güclərini və enerjilərini virusla mübarizəyə yönəldiblər. Ancaq virusla mübarizə uğurla başa çatdıqdan sonra virusun necə meydana gəlməsi mövzusu yenidən aktuallaşacaq. Bu məsələni ona görə tədqiq etmək vacibdir ki, gələcəkdə bəşəriyyət oxşar problemlə üzləşməsin və ya əvvəlcədən lazımi tədbirlər görsün.

Virus Çinin geostrateji planlarını əsla arxa plana atmayıb. Çin dünyanın virusla mübarizə apardığı aylarda belə böyük dövlətlərin bir qismi ilə, o cümlədən ABŞ, Avstraliya, Hindistan və digərləriylə gərginlik yaratmaqda davam edir. Son vaxtlar Çinin Mərkəzi Asiyadakı qonşusu Qazaxıstanla da münasibətlərində sualların sayı artır. Doğrudur, Astana böyük qonşusuyla birbaşa münaqişədə maraqlı deyil, ancaq Pekinin siyasəti Qazaxıstanı da ciddi narahat etməyə başlayıb.

Bu ilin aprel ayında Qazaxıstan Xarici İşlər Nazirliyi Pekinə nota verib. Notaya səbəb Çin mediasında yayınlanan yazılardır. Həmin yazılarda Qazaxıstanın heç zaman dövlət kimi formalaşmadığı və tarixən Çinə məxsus olmasını iddia edilib. Astanaya bəllidir ki, Çində müstəqil media yoxdur. Ona görə qonşu ölkənin mediasında nə yayınlanırsa, bu Çinin rəsmi strukturların birbaşa himayəsi və sifarişi ilə həyata keçirilir. Deməli, Çinin rəsmi strukturlarında qonşu Qazaxıstana ərazi iddiası kimi fikirlər müzakirə olunur. Halbuki, iki ölkə liderinin 11 sentyabr 2019-cu ildə imzaladıqları ortaq bəyannamədə bir-birlərinin ərazi bütövlüyünə hörmətlə yanaşılması qeyd olunub. Həmin bəyannamədə ayrıca bir bənd də var ki, iki ölkənin rəsmi strukturları mediada ərazi bütövlüyü məsələlərinə diqqət yetirməlidirlər. Görünür, Astana məhz ona görə Pekinə nota göndərib ki, Çin hakimiyyəti imzaladığı bəyanata hörmət etmir.

Hadisələrin bu istiqamətdə inkişafı Qazaxıstan cəmiyyətini də narahat edir. Qazaxıstan cəmiyyəti ondan da narahatdır ki, Çin investisiyalar adı altında Qazaxıstanda çinlilərin miqrasiyasını həyata keçirir və bu bir sıra hallarda toqquşmalara gətirib çıxarır. Qazaxıstandakı fəallar çinlilərə torpaq sahələrinin satılmasının da əleyhinədirlər.

Çinin Mərkəzi Asiyada siyasi və iqtisadi ağırlığı getdikcə artır. Mərkəzi Asiya ölkələrinin xarici investisiyalara ehtiyacı var. Nə ABŞ, nə də Rusiya Mərkəzi Asiyaya milyardlarla dolar investisiya yatırmaq istəmirlər, çünki bunun iqtisadi səmərəsini görmürlər. Yeganə Çin dövlətidir ki, Mərkəzi Asiyaya milyardlar yatırır. Ancaq bu yatırımların arxasında Pekinin siyasi məqsədləri var. Mərkəzi Asiya ölkələrindən Çindən gələn bu təhlükəni ilk olaraq Qazaxıstan hiss edib.

Qazaxıstanda virus peyda olanda yoluxanların sayı sürətlə artdı. Pekin Qazaxıstana həkimlər göndərdi. Ancaq haqqında danışılan yardım Astananı məmnun etmədi. Birincisi, çinli həkimlərin bir qismi xəstələrlə birbaşa ünsiyyətdə çalışmaq istəmədilər. Onlar bunu belə əsaslandırlar ki, guya onlara verlən qoruyucu geyimlər təhlükəsiz deyil. İkincisi, çinli həkimlər şayiə yaydılar ki, guya Qazaxıstanda koronavirusdan da təhlükəli virus yayılıb. Çinin Astanadakı səfirliyi daha uzağa gedərək vətəndaşlarını Qazaxıstan ərazisində ehtiyatlı olmağa çağırdı. Qazaxıstan Səhiyyə Nazirliyi bütün bu iddiaların əsasız olduğunu açıqladı.

Bu arada, avqustun 3-də Qazaxıstan sakini Serik Ajibay Çinin Almaatadakı konsulluğu qarşısında təkbaşına etiraza çıxdı. Serik Ajibay Çinin Qazaxıstandakı səfiri Cjan Syaonun açıqlamasına etiraz edirdi. Çinin səfiri deyibmiş ki, əgər Qazaxıstanda kimlərsə inqilab etmək istəsə Çin qoşunlarını Qazazıstana göndərilə bilər. Bu açıqlamada da Qazaxıstanın müstəqlliyinə həqarət və təhlükə var. Qazaxıstanlı nümayişçi konsulluq qarşısında bu şüarı səsləndirib: “Biz Çinin muxtar ərazisi deyilik, müstəqil dövlətik. Daxili işlərimizdə qarışmayın!”.

Çinin Almatadakı konsulluğu qarşısında bu ilin əvvəlində başqa bir etiraz da olmuşdu. Qazaxıstan sakini Baybolat Kunbolat Çində itən qardaşı barədə məlumat verilməsini tələb edirdi. Bu Çində qeybə çəkilən uyğurlar və qazaxlar barədə ilk məlumat deyil. Belələrinin sayı getdikcə artır. Uyğurların və qazaxların Çindəki “əmək düşərgələrində” saxlanıldıqlarına dair məlumatlar azalmır. Bu Çin hakimiyyətinin ölkədəki tükdilli xalqlara qarşı nifrətinin nümayişidir.

“Atlas” Araşdırmalar Mərkəzi

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Hamısı