Avropa Yunanıstanın yanındadırsa, türkdilli dövlətlər də Türkiyənin yanında olmalıdırlar Təhlil

Analitika 13:14 31.08.2020

Qərb ölkələri yenə Türkiyəni təkləməyə çalışırlar. Türkiyə Şərqi Aralıq dənizinin özünə aid hissəsində enerji kəşfiyyat işləri həyata keçirir. Kiçik Yunanıstan Türkiyəni hədələyir ki, “bu bizim ərazimizdir”. Yunanıstanın Aralıq dənizində xeyli kiçik adaları var. Məsələn elə adası var ki, Türkiyə sahilindən bir neçə kilometr aralıdadır. Bundan çıxış edən Afina tələb edir ki, onun Aralıq dənizindəki sərhəddi həmin adalardan hesablansın. Onda gərək Türkiyə Aralıq dənizində sahilinə qapansın. Türkiyə buna heç zaman razılaşa bilməz.

Yunanıstana ilk dəstək Fransa gəldi. Bunun səbəbi bəllidir. Fransa Suriyada, Liviyada Türkiyəyə məğlub olub, Paris Ankaranın Afrika ölkələri ilə artan əməkdaşlığına da qısqanclıqla yanaşır. Ona görə də Paris Afina vasitəsilə Türkiyəni Aralıq dənizində sıxışdırmağa çalışır. Ən maraqlısı odur ki, vaxtilə Fransa Böyük Britaniya ilə eyni məsələyə görə məhkəməlik olub. Böyük Britaniya Yunanıstan kimi öz adalarına istinad edərək Fransanı okeanda sıxışdırmaq istəyib. Fransa məhkəməyə baş vurdu və beynəlxalq məhkəmə Fransanın xeyrinə qərar verdi, yəni sərhəd hər ölkənin sahilindən hesablanmalıdıdr. İndi Paris eyni haqqa istinad edən Türkiyəyə qarşı cəbhə açmağa çalışır. Bu ikili standartlar deyilmi? Hər halda Fransa ona nail oldu ki, Avropa Birliyi Türkiyəni qınayan bəyanat yaydı. Brüssel Ankaranı sanksiyalarla hədələyir.

Aralıq dənizində qaz rezervləri var. Məsələn İsrail bir neçə il əvvəl sahilinə yaxın ərazilərində böyük qaz yataqları kəşf etdi. Türkiyə də öz sahilinə yaxın ərazidə enerji yataqları tapacağına əmindir. Türkiyə artıq Qara dənizdə böyük yataq kəşf edib, Aralıq dənizində də tapacağına əmindir. Bır sıra Qərb ölkəsini də qorxudan budur. Türkiyə neft və qazı olmadan da dünyanın ən inkişaf etmiş 20 dövləti sırasındadır. Türkiyənin neft və qaz yataqları olarsa bu ölkənin iqtisadiyyatı daha çox inkişaf edəcək. Türkiyə hər il qaz alışına 40-50 milyard dollar xərcləyir. Türkiyə yeni yataqları istismar etməyə başlayarsa bu pulları digər istiqamətlərə xərcləyər.

Rəsmi Bakı Türkiyə-Yunanıstan qovğasında strateji müttəfiqini dəstəkləyir. Bu haqda həm xarici işlər naziri Ceyhun Bayramov, həm də prezidenti köməkçisi Hikmət Hacıyev açıqlamalar veriblər. Digər türkdilli dövlətlərdən isə səs çıxmır. Bəs onda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nə üçündür, sadəcə ritual toplantılar keçirmək üçün? Azərbaycan hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Bakı Türkiyəni dəstəkləyən ortaq bəyanatın qəbulunu təklif etməlidir. Türkiyənin buna ehtiyacı var. Avropa Yunanıstanın yanındadırsa, türkdilli dövlətlər də Türkiyənin yanında olmalıdırlar. Ancaq əgər Qazaxıstan öz səmasından işğalçı Ermənistana hərbi yüklərin daşınmasına seyrçi qalıbsa, Astananın Aralıq dənizi məsələsində Türkiyəyə dəstək verəcəyi şübhə doğurur. Buna baxmayaraq, Bakı təşəbbüs göstərməlidir.

“Atlas” Araşdırmalar Mərkəzi

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı