“Moskovskiy Komsomolets”in Azərbaycana “gətirdiyi muzdlular” Əkbər Qoşalı

Analitika 15:06 24.09.2020

"Moskovskiy Komsomolets" qəzeti ermənilərə qarşı döyüşmək üçün Azərbaycana "islamçı terrorçular" gətirilməsi haqqında böhtan xarakterli məqalə dərc edib.

Yalançı(lar) haqqında "Qoltuğunda çörək gəzdirən" deyərlər; deyərlər ki, "yalançının "şahid"i yanında olar". - İndi bu, "Moskva komsomolçuları" həm mənəvi cəhətdən aşınmış adları ilə, həm də, islam və terrorçu sözlərini bir arada işlətməklə, bəri başdan yalançı olduqlarını göstərib. Üstəlik, çox açıq şəkildə görsənir ki, müdafiə etdikləri Ermənistanın ilmüdam "muzdlu­lar"ın xidmətindən istifadə etdiyinə dair təkzibedilməz faktlar (və buğun də davam edən bədnam "əs­gəri kurs") qarşılığında bizim ünvanımıza "islamçı terrorçu"larla işbirliyi damğasını vurub, "balans" yaradırlar. - Qoltuqlarında gəzdirdikləri erməni çörəyinə özləri and içə bilərmi, bilmirəm, belə bir gətirilmə-filan yoxdur da yoxdur! "Erməni çörəyi" demişkən, Ermənistan adlanan dövlət öz xalqına zaman-zaman onun-bunun çörəyini yedirdib - ən çox da, Azərbay­canın və Rusiyanın! - Yəni olmayan çörəyə içilən andın nə dəyəri olacaq?.. - Bu öz yerində; digər yandan, artıq "Həmzə" briqadası adından tirajlanan açıqlamada, haqsızca "islamçı terrorçu" adlandırılanlar özləri moskvalı komsomolçuları yalanlayıb. - Özü də, illərdir KİV-lərdən izləməkdəyik ki Yaxın Şərqdə, başqa bölgələrdə törədilmiş terror aktlarını icra edənlər, çıxıb, "bunu biz etmişik" deyə bəyan edirlər. Dorğudur, bu işlərin bizə istisi-soyuğu yoxdur, kim harda terror aktı törədir, onu elan edir ya etmir - bu işlər bizim metodumuz, yanaşmamızla, bizim Silahlı Qüvvələrin mandat-missiyası ilə uzlaşmır. Biz dövlətik, öz rəsmi qurumlarımız var və nə edib-etməməyi özümüz bilir, özümüz edirik və hadisələrə qanuni, rəsmi münasi­bətimiz var.

Qaldı ki Ermənistanın Silahlı Qüvvələrinin himayəsi ilə "muzdlular"ın Qarabağda döyüş­mə­sinə, bütün başqa faktlar öz yerində, soyqırım aktı törətmiş "Arabo kamavorakan jokat"ı ("Arabo" batalyonunu) xatırlatmaq yetərlidir. Millətçi paramilitarist qruplaş­manın 80-dən çox üzvü 29 iyun 1992-ci ildə Gəncə batalyonunun Tərtər ərazi özünümüdafiə batalyonu ilə birgə apardığı Həsənqaya əməliyyatı zamanı məhv edilincə çəkilən video mate­rial­lar­dan, şahid ifadələrindən açıq-aydın bilindi ki batalyon xaricdən gələn ermənilərdən, erməni olmayan muzdlulardan və Ermənistan vətəndaşalrından təşkil olunub. Xaricdən gətirilənlər bir yana dursun, guya Ermənistan silahlı qüvvələrinin, Ermənistan vətəndaşalrının Azərbaycanın BMT tərə­fin­dən tanınmış sərhədləri daxilində hərbi əməliyyatlarda iştirakına "qanuni"lik qiyafəsi biçmək mümkün­dür­mü? Əsla, yox!

"Moskovskiy Komsomolets"-dəki - heç bir faktın, sübutun gətirilmədiyi (gətirilməsi mümkün olmayan) yazının ermənilərin sifarişi olduğu anındaca görünür; çünki yazıda erməni mətbu­atında yayılan yalan xəbər və saxta tezislərdən istifadə olunub. - "Moskovskiy Komsomolets" dünyaca məşhur "erməni yalanı"nın növbəti "məhsul"una uyursa, bir azca da özünün düşdüyü duruma çəki-düzən verməlidir hər halda. Dünyanın ən böyük şəhərlərindən birində çıxan, xeyli yaşı olan qəzet, öz yaşına-başına baxmağa borclu olsa gərək...

Həmin o ermənilərin qurduğu terror təşkilatları həmin o Moskvada da terror aktı törədib; Rusiyanın varisi olduğu SSRİ-yə qarşı terror aktlarına imza atıb... - Məsələn, "Moskovskiy Komsomolets" 1977-ci ildə Moskvada törədilən terror aktlarını yada sala bilər. - Xatırlayaq: 08 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilib. Saat 17.33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının arasında part­layıcı qurğu işə düşüb; saat 18.05-də SSRİ DTK-sının binası yaxınlığında, Derjinskiy (indiki Böyük Lubanka) küçəsində yerləşən 15 saylı ərzaq dükanında partlayış baş verib; saat 18.10-da "Oktyabrın 25 illiyi" (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşüb. - Bu terror aktları nəticəsində 7 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xə­sarətləri alıb. Rəsmi bilgilərə görə terror aktlarının əsas təşkilatçısı və başçısı Stepan Zatikyan, birbaşa icraçıları isə Baqdasaryan və Stepanyan olub. Dindirilmə zamanı Baqdasaryan və Ste­panyan deyib ki, Zatikyanın hədə-qorxusu ilə onun təsiri altına düşüb və bu cinayəti törədiblər; onu da vurğulayıblar ki, Zatikyan antisovet fəaliyyətinə görə həbsdə olarkən millətçilik ide­yalarının əsirinə çevrilmiş və "ermənləri əzdikləri üçün" ruslardan intiqam almağa çağırıb... "Yeni erməni müqaviməti" erməni terror qrupu da SSRİ-yə qarşı da terror aktları törədib. "Yeni erməni müqaviməti" təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan "Birləşmiş milli partiya"nı və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyib.

Hələ onu demirəm ki, həmin o Moskva şəhəri ATƏT-in Minsk qrupunun həmsədri olan federasiyanın paytaxtıdır; bu vəsilə ilə rus nəşrləri sülhyaratmada mənəvi məsuliyyətə daha yaxın olmalıdır, nəinki saxta məlumatlarla anti-sülh ovqatı daşımağa... Moskvanın tirajlı və özünə görə keçmişi olan bir nəşri ən azı neytral durmalı, ən çoxu haqqı müdafiə etməlidir! Haqqı müdafiə etsə, bu, bizi müdafiə etmək olacaqdı; "komsomolçular"sa ən pis variantı seçərək, haqsızlığın yanında durub...

Yalnız ehtimal və fərziyyələrə söykənən yazı yazmaqla iftira və dezinformasiya qulluqçusu ola bilərsən; işğala məruz qalan Azərbaycana qarşı üstəlik bir də çirkli kampaniyanın tərkib his­səsinə çevrilərsən. - Bir normal redaksiya bu gərginliyi öz üzərinə niyə götürsün ki?!

Bəli, bayaq da vurğuladığımız kimi, erməni tərəfi bu cür saxtadan saxta "məlumat"ları yaymaq və yaydırmaqla, özlərinin, terror dəstələrini işğal olunmuş ərazilərə gətirməsi faktlarını ört-basdır etmək, diqqəti Azərbaycanın üzərinə yönləndirmək məqsədi güdür. Bu yönləndirmənin arxasında, Azərbaycana qarşı təcavüzkar siyasət çərçivəsində Yaxın Şərq bölgəsindən muzd­luları, terrorçuları cəlb etmiş Ermənistanın durduğuna zərrəcə şübhə yoxdur. Qanlı tarixcəyə malik terror təşkilatı ASALA-nın başçılarından biri olan, uzun illər Livanda terrorçu təşkilatın fəalı kimi çalışan, Azərbaycan Respublikası ərazilərinin işğalında şəxsən iştirak edən Monte Melkonyanın "Ermənistanın Milli qəhrəmanı" fəxri adına layiq görülməsi, adının Ermənistanda əbədiləşdirilməsi, onun "qəhrəmanlığı"nın "nümunə" kimi orta məktəb dərsliyinə daxil edil­məsi bəlliykən, öz əmələrini bizə yapışdırmaq (yaraşdırmaq) mümkünmü?

Bəs niyə indi, bəs niyə belə bir saxtakarlıq? - Daha öncə ASALA, bugünlərdə isə PKK ilə bağlı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərinə gətirilməsi barədə faktoloji informasiyalar ictimailəşdikdən sonra, Ermənistan və havadarlarının iki yolu qalırdı: ya faktı etiraf edərək, "yaxşı etmişik!" demək, ya da "yanlışlıq, anlaşmazlıq olub" deyə, terrorçuları geri döndərmək, ən yaxşısı, aidiyyatı üzrə təhvil vermək! Ermənistan hakimiyyətindən bu iki yolun hər hansı birini gözləmək sadəlöhvlük olardı: birincini edə bilməzlər - guya demokratdılar, guya sülhpərvərdirlər, guya danışıqlar yoluna alternativ görmürlər və belə bir etirafla maskaları yırtılmış olar; ikinci yol isə beynəlxalq erməni diaspor gücləri və Ermənistanın himəyadarları ilə gərginlik yarada bilər... Və Ermənistan bu iki yolun heç birini seçməzkən, yolsuzluğu seçdi: nə etiraf etdi, nə iadə etdi, dedi, bəs deməzsənmi, biz yox, Azərbaycan terrorçu topla­yırmış... - Bu qədər yaramazlıq yəni!

Bəlkə də, artıq ənənəvi şəkil almış sualı təkrarlamaq istərdim: qarşımızdakı kimdir? - Çox da uzaq olmayan keçmiş illərdə, girib öz parlamentini güllələyən zehniyyətdən danışırıq - 27 oktyabr 1999-cu il; Ermənistan Respublikasının Milli Məclisində terror aktı nəticəsində spiker Karen Dəmirçyan, Baş nazir Vazgen Sarkisyan, vitse-spikerlər Ruben Miroyan və Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, həmçinin depu­tatlar Armenak Armenakyan, Henrik Abramyan və Mikael Kotanyan öldürülüb; ARFD məsu­liyyəti öz üzərinə götürüb... (Digər terror aktlarından yazının sonunda bəhs edəcəyik).

Ermənistanın PKK terrorçuları ilə yaxın işbirliyi yeni söhbət deyil; qardaş Türkiyənin silahlı qüvvələri dəfələrlə kürd və başqa xalqların adı altında gizlənən neçə erməni terrorçusunu tutub, ifşa edib, danışdırıb, faktları ictimailəşdirib. PKK yalnız Azərbaycana yox, daha çox Türkiyəyə qarşı yönəlib; Suriya və İraqdakı bazaları şanlı Türk ordusu tərəfindən darmadağın olunan terrorçular üçün hazırda ən "münasib" yer ermənilərin nəza­rətin­dəki işğal əraziləridir. (Əlbəttə, bu hələlik münasib görünə bilər, Azərbaycan ordusu ərazi bütövlüyümüzü bərpa edincə, ağına-bozuna, PKK-sına-MKK-sına baxmadan hamısını əzib keçəcək!)

Bu gün Suriyada vuruşan erməni batalyonları üzvlərinin çoxu vaxtı ilə Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak edib; indi onların və yaramaz müttəfiqlərinin yenidən işğal bölgəsinə axışması prosesi başlayıb.

"Moskovskiy Komsomolets"-də çıxan saxta yazı, yalnız bir qəzetin mövqeyi yox, Azərbaycana qarşı ermənilərin apardığı çirkin böhtan kampaniyasının tərkib hissəsi kimi qəbul oluna bilər. Bu fikrin təsdiqi kimi, xatırladaq ki, sentybarın 1-də eyni mövzu "Nezavisimaya qazeta"da da işlənmişdi (www.ng.ru/armies/2020-09-01/5_7952_armenia.html) və Azərbaycan Xarixi İşlər Nazirliyi bununla bağlı Bəyanat vermişdi. XİN bildirmişdi ki, "növbəti dəfədir Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılması müşahidə edilir. Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk.

...Hazırda səfərbərlik ehtiyatları problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzdlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqda məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır. Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur".

Və sonda...

Azərbaycanın ünvanına terror yaraşdırnaların menyüsünə! -

Faktdan başqa fakt yoxdur! - Bu siyahı özü çox şeyi ifadə edir:

-"Armenakan" partiyası: 1885-ci ildə yaradılıb. Türkiyədə (Van, Muş, Bitlis, Trabzon bölqələri və İstanbul şəhərində) silahlı toqquşmalar, terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə işbirliyi içində olub;

-"Hnçak" partiyası: 1887-ci ildə Cenevrədə yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus Ermənistanı" və "İran Ermənistan"ı adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir" - partiya proqramının IV bəndində belə yazılıb;

-"Daşnaksütyun" Erməni federativ inqilab partiyası: 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarıb; məhz bu qurultaydan sonra "Daşnaksütyun" "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini verib. "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: 1973-cü ildə fəaliyyətə başlamış saxta "Erməni soyqırımının intiqamçıları" qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirib; məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888. Daşnakların bu istiqamətdə fəaliyyəti davam edir;

-"Erməni gizli azadlıq ordusu" (ASOA): 1975-ci ildə Beyrutda yaradılıb. Mənzil-qərargahı Dəməşqdə yerləşir. Fələstin bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü var. Təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları keçirib;

-"Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu" (ASALA; "Hayastani Azatagrutchr("39")yan Hay Gaghtni Banak" - "Armenian Secret Army for the Liberation of Armenia"): 1975-ci ildə yaradılan təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Türkiyənin şərqi, İranın quzeyi və Azərbaycan Respublikasının Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə işbirliyində olmasında əsas fiqurlardan biri ASALA-nın lideri Akop Akopyan olub. ASALA 1980-ci ilin aprelində birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlib və bu niyyətlərini Livanda rəsmiləşdirbilər. Beyrut şəhərində 28.08.1993-cü ildə verilən Açıqlamada ASALA "pantürkist neft borusu" (Bakı-Tiflis-Ceyhan) ilə bağlı layihənin həyata keçirilməsinə imkan verməyəcəyini bildirmişdi;

-"Geqaron": 2001-ci ilin fevralında ASALA tərəfindən yaradılıb. Məqsədi: Güney Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktla­rının keçirilməsidir;

-"Erməni azadlıq hərəkatı" (AOD): 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini ASALA ilə sıx əlaqədə həyata keçirir;

-"Erməni azadlıq cəbhəsi": 1979-cu ildə yaradılan terror təşkilatı, ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır;

-"Orli qrupu": 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında ondan artıq terror aktı həyata keçirib;

-"Erməni soyqırımına ədalət komandosları" (ing. Justice Commandos against Armenian Genocide): 1972-ci ildə Vyanada "Daşnaksütyun" partiyasının qurultayı zamanı yaradılıb. "Erməni soyqırımı ədalət komandosları"nın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə toplamaq; Türkiyə və Azərbaycana qarşı terror aksiyaları təşkil etməkdir;

-"Erməni birliyi": 1988-ci ildə Moskvada yaradılıb. "ASALA" ilə sıx əlaqələri var; keçmiş sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. Dağlıq Qarabağa silah və muzdluların ötürülməsində iştirak edir;

-"Demokratik cəbhə": ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Başlıca məqsədi Türkiyənin parçalanmasına çalışmaqdadır;

 

-"Apostol": 2001-ci il aprel ayının 29-da əsasən Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılıb. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktları həyata keçirməkdir...

-"Erməni inqilab ordusu" (EİO) (ing. Armenian revolutionary army, ARA) - erməni terror təşkilatı. Təşkilatın əsası 1983-cü ildə qoyulub. Mətbuatda olan bəzi bilgilərə görə EİO "Daşnaksütyun" partiyası ilə sıx bağlara malik olub;

- "Yeni erməni müqaviməti" - erməni terror qrupu. 1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyəyə qarşı bir sıra terror aktları törədib. Qrupun fəaliyyəti barədə çox az bilgi mövcuddur. Bu qrupdan olan terrorçular həmçinin Britaniyaya, İsrailə və hətta SSRİ-yə qarşı da terror aktları törədib. "Yeni erməni müqaviməti" təşkilatı həmçinin SSRİ-yə qarşı mübarizə aparan "Birləşmiş milli partiya"nı və onun rəhbəri Paruyr Hayrikyanı da dəstəkləyib;

-2019-cu ildə Suriyadakı kürd birləşmələrinin tərkibində yaradılmış "Nubar Ozanyan" adına erməni batalyonu". N.Ozanyan özü Dağlıq Qarabağda da döyüşüb və 2015-ci ildə Rakka şəhərində cəhənnəmə vasil olub...

Göründüyü kimi, yüz ildən öncələrə dayanan erməni terror hərəkatı, fərqli adlarda, fərqli coğrafiyalarda olsa da, sanki balalayır və davam edir... Bu terror təşkilatlarından üçü ("Armenakan", "Hnçak", "Daşnaksütyun") siyasi partiyadır. - Yəni, öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilatlar olub, seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər...

***

Bu isə 1988-ci ildən bəri biləvasitə Azərbaycan Respublikasına, azərbaycanlılara qarşı törədil­miş erməni terror aktlarının siyahısıdır:

-12 dekabr1988; Xankəndi, Azərbaycanda sərnişin təyyarəsinin vurulması nəticəsində iki ekipaj üzvü həlak olub. "Dağlıq Qarabağın Müdafiə Ordusu" (NKDA) məsuliyyəti öz üzərinə götürüb;

-16 sentyabr 1989; Tiflis-Bakı sərnişin avtobusunun partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-13 fevral 1990; Şuşada sərnişin avtobusunun partladılması nəticəsində 16 azərbaycanlı həlak olub. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-11 iyul 1990; Əskəranda sərnişin avtobusuna hücum nəticəsində 8 nəfər həlak olub və 23 nəfər yaralanıb; NKDA məsuliyyəti öz üzərinə götürüb;

-10 avqust 1990; Xanlarda (indiki Göygöl) sərnişin avtobusunun partladılması nəticəsində 17 nəfər həlak olub, 16 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-10 avqust 1990; Tiflis-Ağdam sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-30 noyabr 1990; Şuşadan Xankəndiyə Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan sərnişin avtobusunun partladılması nəticəsində 2 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-14 mart 1991; Ağdam şəhərində sərnişin avtobusunun partladılması nəticəsində 3 nəfər həlak olub və 4 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-30 may 1991; Moskva-Bakı sərnişin qatarının partladılması nəticəsində 11 nəfər həlak olub, 22 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərimə götürüb;

-31 iyun 1991; Moskva-Bakı sərnişin qatarının partladılması nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərimə götürüb;

-08 sentyabr 1991; Ağdamda sərnişin avtobusunun partladılması nəticəsində 16 nəfərin həlak olub, 20 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-20 noyabr 1991; Yüksək səviyyəli sülhməramlı missiya üzvlərini daşıyan sərnişin vertol­yo­tunun Xocavənd rayonunda vurulması nəticəsində 22 nəfər həlak olub.

NKDA məsuliyyəti öz üzərinə götürüb;

-08 yanvar 1992; Krasnovodsk-Bakı Dəniz bərəsinin partladılması nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb;

-28 yanvar 1992; Şuşada Azərbaycanda sərnişin vertolyotunun vurulması nəticəsində 44 nəfər həlak olub. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-28 fevral 1993; Kislovodsk-Bakı sərnişin qatarının partladılması nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-01 fevral 1994; Bakıda sərnişin qatarının partladılması nəticəsində 3 nəfər həlak olub, 20 nəfər yaralanıb;

-13 aprel 1994; Moskva-Bakı sərnişin qatarının partladılması nəticəsində 3 nəfər həlak olub, 3 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-03 iyul 1994; Bakı Metropoliteni qatarının partladılması nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. NKDA məsuliyyəti öz üzərinə götürüb;

-08 mart 2011; Ermənistan Silahlı Qüvvələrinə mənsub hərbçinin, Ağdam rayonunun Orta Qərvənd kəndinə atəş açması nəticəsində, öz həyətlərində oynayan 9 yaşlı Fariz Arif oğlu Bədəlov öldürülüb;

-14 iyul 2011; Ermənistandan Azərbaycana axan çaya partlayıcı daşıyan oyuncağın atılması nəticəsində 13 yaşlı azərbaycanlı qız həlak olub, onun 32 yaşlı anası ağır yaralanıb (Tovuz);

-04 iyul 2017; Ermənistan Silahlı Qüvvələrinin dinc sakinləri (saat 20.40 radələrində) minaatan və qumbaratanlarla atəşə tutması nəticəsində 1 yaş 4 aylıq Zəhra Elnur qızı Quliyeva öldürülüb; onun 51 yaşlı nənəsi Sahibə Quliyeva və digər bir 52 yaşlı Sərvinaz Quliyeva ağır yaralanıb. (Füzuli rayonu, Alxanlı kəndi)...

Göründüyü kimi, sırf terror təşkilatları bir yana dursun, Ermənistan Silahlı Qüvvələri də, azərbaycanlılara qarşı bir terror qurumu kimi davranır.

Bu boyda faktdan sonra da terrorçuluqla kimin məşğul olduğunu görməyən, terrorçuluğu davam və inkişaf etdirənin kim(lər) olduğunu görməyən, eşitməyən varsa, o, ya kar-kordur ya da özünü karlığa-korluğa vururb... Guya görmədiyi, guya eşitmədiyi qalsın bir yana, hələ bir də bizi terrorçularla işbirliyində suçlayanlarsa, gözdən, qulaqdan deyil, vicdandan kor, insanlıqdan kardır...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Yazının müəllifi: Əkbər Qoşalı

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Hamısı