"Ermənilərin hal-hazırda iki variantı var, ya vəziyyətlə barışacaqlar, ya da ölkəni tərk edəcəklər" Rövşən İbrahimov

Analitika 14:55 02.12.2020

Dekabr ayının 1-də Laçın rayonunun da işğaldan azad olunması ilə Azərbaycan torpaqlarını geri qaytardı. Ölkə rəhbəri İlham Əliyevin də dediyi kimi münaqişənin hərbi mərhələsi artıq bitdi.

Bundan sonra baş verəcək prosesləri izah etmək və anlamaq üçün Eurasia Diary Cənubi Koreyanın Regionşünaslıq üzrə Hanquq universitetinin professoru, politoloq Rövşən İbrahimovun fikirlərini alıb.

Müharibənin bitməsi ilə artıq yeni bir mərhələ başlayacaq, politoloq bu mərhələdə ola biləcək mümkün proseslərə nəzər salıb.

“Azərbaycan Respublikasının prezidenti əsas etibarı ilə münaqişənin hərbi dövrünün bitdiyini bəyan edib. Bundan sonra, o, siyasi mərhələsinin başlayacağını qeyd etmişdi. Burada danışıqlar yer ala da bilər, almaya da bilər. Amma ehtimal edilən gözləntilər budur ki, bundan sonra əlavə bəzi müddəalar tələb oluna bilər. O cümlədən, ilk öncə köçkünlərin öz yurdlarına dönməsi və hal-hazırda sülhməramlı qüvvələrin yerləşdiyi ərazilər nəzərdə tutulur”.

Politoloq Dağlıq Qarabağın gələcəyi ilə bağlı fikirlərə də yer verərək bu istiqamətdə müzakirələrə aydınlıq gətirib.

“Biz deyə bilərik ki, artıq Azərbaycan hərbi yol ilə minimum nəzərdə tutulan gözləntilərdən daha artıq olaraq vəziyyəti öz lehinə dəyişdiyi üçün, bu gün artıq Dağlıq Qarabağ deyilən ünsür mövcud deyil. Onun statusuna və gələcəyinə gəldikdə açıq-aşkar demək olar ki, status yoxdur və bu barədə müzakirə getmir.

Tutaq ki, əgər ikili danışıqlarda və ya hər hansı vasitəçinin iştirakı ilə belə bir məsələ ortaya çıxarsa, əgər status kimi istək olarsa, o zaman Ermənistanın bunun qarşısında təklif edəcəyi şərtlər çərçivəsində baxıla bilər. Dağlıq Qarabağda ermənilər üçün status istənilsə, onda Ermənistan da adekvat və simmetrik dərəcədə Ermənistandan olan qaçqınların qayıdışına zəmanət verməlidir və onların yerləşdiyi bölgəyə, Zəngəzura Qarabağ üçün mümkün ola biləcək hərhansı statusu verməlidir. Əks təqdirdə bu istiqamətdə hər hansı inkişaf və ya danışıq mümkün deyil. Dağlıq Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı olacaq, Azərbaycan pasportu istifadə edəcək, qaydalara riayət edəcək. Azlıqların təmin edildiyi hüquqlarla onlar da təmin ediləcək”.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı regionda çoxtərəfli geniş əməkdaşlıq perspektivlərinə toxundu və Ermənistana da bu xüsusda təklif etdi. Rövşən İbrahimov bu təklifin əhəmiyyətlərindən danışıb.

“Regional əməkdaşlıq çox konstruktiv bir təklifdir. Amma bu, Ermənistan siyasi rəhbərliyində kimin olmasından asılıdır. Çünki Ermənistanda hal-hazırda böhrandır, sonrakı mərhələdə prosesin necə olacağı aydın deyil. Bunun xaricində, Ermənistanda hal-hazırda konstruktiv düşünə bilən və bu növ təklifə müsbət yanaşa bilən bir siyasi partiya yoxdur. Ümid edək ki, Ermənistan daha da praqmatik və rasional addımlar ataraq məsələyə daha ümumi baxmağı bacaracaq. Bilirsiniz ki, praqmatizm hər zaman iqtisadiyyat baxışlı gündəmdir. Bütün bunların xaricində olan məsələlər daha çox romantik baxışlıdır. O cümlədən ermənilər ərazilərini genişləndirmə istəyini də həyata keçirə bilmirlər, çünki indiyədək o yerlərdən iqtisadi cəhətdən səmərəli istifadə edə bilməyiblər.

Belə olduğu halda biz baxaq görək, praktiki nöqteyi cəhətdən, infrastruktur qurulanda, yollar və səyahətlər açılanda Ermənistan bu təklifi qəbul etməyə nə qədər hazırdır. Aydındır ki, bu, Ermənistan iqtisadiyyatı üçün ancaq müsbət  nəticələr gətirə bilər. Fəqət dediyim kimi bunun üçün həm də erməni tərəfinin siyasi iradəsi rol oynayır”.

Bir çox ermənilər təslim olmadıqlarını və vəziyyətlə barışmayacaqlarını bildirir. Bu məsələyə də toxunan politoloq ermənilərin hansı variantlarla üzləşdiyini açıqlayıb.

“Sosial şəbəkələrdə nə deyilməyinin çox da əhəmiyyəti yoxdur. Çünki kütlələrin rəyi hələ hətta xalqın rəyi də demək deyil. O cümlədən sosial reallıqla, bunu sən inkar edə bilərsən, ancaq iş praktikaya çevriləndə barışmaq məcburiyyətindəsən. Barışmırsansa onda hərəkət etməlisən. Ancaq Ermənistan dövlətinin və xalqının hərhansı bir reaksiya vermək gücü yoxdur. Bu keçən zaman içində biz şahid olmuşuq ki, erməni tərəfindən sosial şəbəkələrdə fəal iştirak edənlərin çox az bir hissəsi Azərbaycanla vuruşmağa hazır idi, Ermənistan daima rezervlərdə problem yaşayırdı. Çünki bir çox insan açıq şəkildə müharibə etmək istəmirdi, sadəcə müharibəni divandan, internetdən edirdi.

Ermənilərin aqoniyaya düçar olmasını, hal hazırdakı şoku, nifrəti çox rahat başa düşmək olar, başqa reaksiya olsaydı təəccüblü olardı. Vəziyyətlə barışacaqlar, başqa çarələri yoxdur. Ümumi olaraq, bizim də edəcəyimiz bir şey yoxdu. Onların sadəcə dediyim kimi hər şeyi praqmatizm çərçivəsində qiymətləndirməsi lazımdır. Ermənilərin hal-hazırda iki variantı var, ya vəziyyətlə barışacaqlar, Azərbaycanla əməkdaşlığa gedəcəklər ya da Ermənistandan çıxıb gedib daha yaxşı ölkədə yaşayacaqlar, üçüncü variantı yoxdur. Bu iki seçim arasında öz gələcəklərini müəyyən edəcəklər. Daha sonra onun çərçivəsində yaşayacaqlar, yəni nifrət etsələr belə bu seçimlərin çərçivəsində yaşayacaqlar”.

Ülvi Əhmədli

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı