Bir nağılbazın sayıqlaması Azərbaycana erməni bloqer ultimatum verir

Analitika 11:46 02.03.2021

Dağlıq Qarabağdakı müharibənin bir neçə ay bundan əvvəl sona çatmasına baxmayaraq, ermənilər üçün müharibə hələ bitməyib. Məğlub və əzilmiş xalq gizli revanşizmdə təsəlli tapmağı üstün tutaraq məğlubiyyətlə barışmaq istəmir. Ermənilər arasında kollektiv şüurun bu keyfiyyəti təkcə iqtidar və müxalif siyasətçilər deyil, yalnız özlərinə məlum olan səbəblərdən özünü siyasi ekspert hesab edən siravi ermənilər tərəfindən də istifadə olunur. Onların fəaliyyətlərinin nəticəsi, şübhəsiz ki, gülüş və təəssüf doğurur. Çox vaxt yalançı erməni ekspert icması nümayəndələrinin bu tip işləri həqiqətdən və məntiqdən uzaq olur. Bundan əlavə, bütün bu gəlinən qənaətlər tamamilə spekulyativ xarakter daşıyır, həqiqi statistik məlumatlardan istifadə edilmədiyi üçün reallıqla uyğunlaşa bilmir.

Ermənilərin absurd bəyanatlarının yayımçılarından biri, özünü bloqer və ermənilərin ədalət carçısı sayan, “Köpək” ləqəbli Vardan Qukasyandır. Elə "Köpək" ləqəbində dayanmaq olardı, ancaq Qukasyanın tərcümeyi-halı yaradıcılığından daha çox maraq doğurur.

Vardan Qukasyanın kifayət qədər qalmaqallı keçmişi var. "Köpək" ləqəbli Vardan Qukasyan keçmiş hərbi polis zabiti olub və hərbi polisin rəisi Vladimir Qasparyanın ən yaxın adamlarından biri sayılıb. Vladimir Qasparyanın Ermənistan Respublikasında Polis rəisi vəzifəsinə təyin olunmasından sonra, Qukasyan hərbi polisdən polisə keçdi. Keçmiş polis rəisi, 2013 və 2014-cü illərdə Qukasyanı iki dəfə işindən qovub.

Buna baxmayaraq, Qukasyan, "Xetk" elektron qəzetində çalışan jurnalisti itələdiyinə və təhqir etdiyinə görə qovulandan az keçməmiş, üç ay yarım sonra Çarbax polis bölməsinin rəis müavini təyin edildi. Ancaq 2014-cü ildə Qasparyanın əmri ilə o, yalnız vəzifəsindən deyil, ümumiyyətlə polis sistemindən kənarlaşdırıldı.

2015-ci ildə Qukasyan qəsbkarlıq təşkil etdiyi üçün 4 il müddətinə həbs cəzasına məhkum edildi. "Köpək" ən qədim peşə nümayəndələrindən pul qoparıb. Ancaq Qukasyanın qalmaqalları fonunda fərqlənən hadisə onun 2008-ci il martın 1-də yürüş edən həmyerlilərinə, mülki şəxslərə atəş açmasıdır.

Xatırladaq ki, Ermənistandakı prezident seçkilərindən sonra Levon Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının məlumatlarını tanımaqdan imtina etdilər və gecə-gündüz etirazlar keçirdilər. 2008-ci ildə İrəvanın mərkəzində baş tutan nümayişlərdə 10 nəfər öldürüldü. Onlara qarşı silahlardan istifadə edildi. Beləliklə, Qukasyan öz xalqının nümayəndələrinə atəş açanlardan biri olub.

İndi isə fahişələri şantaj edərək xalqına atəş açan Qukasyana, videolarında həqiqətləri necə gəldi təhrif edərək, onları özünə sərf edən şəkildə təqdim edərək, əsassız iddialarla Azərbaycan hakimiyyətinə müraciət edir.

İlk növbədə demək lazımdır ki, video ziddiyyətlərlə doludur. Video müraciətdən də aydın olduğu kimi, Qukasyan Azərbaycan Prezidenti İlham Əliyevin 26 fevralda yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalardan razı deyil. Ancaq bu vəziyyətdə erməni bloqerin qəzəbi başadüşüləndir. Həqiqət, həmişə olduğu kimi, ermənilərdə ana südü ilə aşılanan yalanın əksinə olaraq acıdır. Buna görə də Qukasyan və onun kimi ermənilər onu həzm edə bilmirlər.

Eurasia Diary Beynəlxalq İnformasiya və Analitik Portalın müxbiri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə müraciət edərək Vardan Qukasyanın sözlərini şərh etməyi xahiş edib.

Umud Mirzəyev qeyd edib ki, absurd videonun müəllifi аrtıq müraciətinin əvvəlində İlham Əliyevin sözlərini təhrif edir: “Qukasyan hesab edir ki, Azərbaycan Prezidenti Ermənistanın silaha sahib olmamalı olduğunu bildirib. Əslində. İlham Əliyev Ermənistanın silahlandırılmasının dayandırılması çağırışı ilə Rusiya tərəfinə müraciət edib. İlham Əliyev çıxışında bildirdi ki, 2020-ci ilin payızında, Qarabağdakı döyüşlər zamanı Ermənistan qəsdən raket komplekslərindən istifadə edərək Azərbaycan şəhərlərindəki yaşayış məntəqələrinə zərbə endirdi.

“Biz bunu Putinlə söhbətimizdə də Rusiya tərəfinin diqqətinə çatdırdıq ki, o, Ermənistanı bu cür hərəkətlərdən imtina etməyə çağırsın və əks halda başqa seçimimiz olmayacağını və şəhərlərini bombalamağa başlayacağımızı söylədik. Hər şey hazır vəziyyətdə idi. Raketlərimiz İrəvana yalnız Naxçıvandan deyil, Azərbaycanın digər bölgələrindən də asanlıqla çata bilərdi və biz bunu hər an nümayiş etdirə bilərdik”, prezident dedi. İlham Əliyev bir vaxtlar Rusiyaya "İskəndər" komplekslərini Ermənistandan geri almağı və İrəvana pulsuz silah ötürməsini dayandırmağı təklif etdiyini bildirib. Yalan məlumatları yaymaq və məlum həqiqətləri təhrif etmək əvəzinə, Qukasyana həmvətənlərinin Azərbaycan torpaqlarında törətdiyi vandalizmdən danışmağı məsləhət görərdim. Bu, ən azından bölgədə sülhün möhkəmlənməsinə töhfə vermiş olardı".

Erməni bloqerin niyə Azərbaycanın Türkiyədən, İsraildən və digər istehsalçı ölkələrdən müasir silah aldığı ilə bağlı sualına gəlincə, BAMF prezidenti Azərbaycanın 30 ilə yaxındır ki, torpaqları sülh yolu ilə qaytarmağa çalışdığını deyib:

“Dünya birliyi çox yaxşı bilir ki, təxminən 30 ildir ki, Azərbaycan Ermənistan rəhbərliyini danışıqlar masasına otuzdurmağa çalışır. Lakin bunun cavabında yalnız Ermənistan tərəfinin status-kvonu qoruyub saxlamaq məqsədilə törətdiyi təxribatları görmüşük. Ancaq Qukasyandan və onun kimi təbliğatçılardan fərqli olaraq, ağlı başında olan hər kəs Azərbaycanın gec-tez torpaqlarını qaytaracağını başa düşürdü. İndiki vəziyyətdə münaqişənin hərbi yolla həlli variantını Azərbaycan yox, Ermənistanı seçdi. Bu səbəbdən, erməni təbliğatçıları bu məsələni öz hökumətlərinə ünvanlamalıdırlar. Çünki  bu tamamilə onların günahıdır. Təxminən 30 ildir ki, erməni işğalına dözməyimiz, münaqişənin sülh yolu ilə həll olunmasını istədiyimizi göstərir.

Daha sonra, Mirzəyev üçtərəfli razılaşmanın 8-ci bəndindən danışarkən, Qukasyanın yenidən köhnə vərdişinə qayıdaraq həqiqətləri təhrif etdiyini vurğulayıb:

“Qəribədir ki, keçmişdə hərbi polisin əməkdaşı olan Qukasyan, Azərbaycanı əsir götürülmüş Ermənistan vətəndaşlarını geri qaytarmamaqda günahlandıraraq, elementar şeyləri anlamır. Müqavilənin 8-ci bəndində razılaşma tarixindən əvvəl, yəni 9 noyabrdan əvvəl əsir götürülmüş hərbi əsirlərin geri qaytarılması nəzərdə tutulur. Bundan əlavə, üçtərəfli razılaşma, bu günə qədər təxribatçı fəaliyyət göstərən separatçılar, təxribatçılar və terrorçularla deyil, məhz əsirlərlə bağlıdır. Birincilər, terror fəaliyyətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cavab verməli olacaqlar. Bundan əlavə, bir bloqer kimi və auditoriyası olan Qukasyan, vətəndaşlarını bu cür təxribatlara çağırmaq əvəzinə, ondan çəkinmək üçün çağırış edə bilərdi. Ümumiyyətlə, ermənilərin mentalitetində belə bir özəllik var - günahlarını başqalarını ittiham etməklə, öz bağırtıları arxasında gizlədirlər. Erməni təbliğatına baxsanız, insanların onlara diqqət yetirmələri üçün səs-küy yaratdıqlarını görəcəksiniz. Ümumiyyətlə, öz videosunda nasist və nasist ünsürü Qaregin Njde və terrorçu və qatil Monte Melkonyanı təbliğ edən bir insandan nə gözləmək olar".

Bundan əlavə, Fondun prezidenti, bloqerin boş təhdidlərə toxunub. Burada Qukasyan utanmadan öz siyasi savadsızlığını, vəziyyəti bilməməsini və cahilliyini nümayiş etdirib, özünü ekspert kimi göstərib ermənilərin Naxçıvana raket zərbələri barədə fikir bildirir:

“Bu gün uşaq da bilir ki, Naxçıvan eksklavında Azərbaycan əhəmiyyətli silahlanma həyata keçirir və bununla da Azərbaycan ərazisinin strateji əhəmiyyətini artırır. Bloqer hətta ibtidai sinif şagirdi səviyyəsində məntiqlə çıxış etsəydi və ya ən azından xəritəyə nəzər salsaydı, Naxçıvanın İrəvana və Ermənistan ərazisindəki digər strateji hədəflərə ən yaxın məsafədə olduğunu görər və buna görə, Ermənistanın yaxınlığında olduğu üçün mövcud təhlükəni nəzərə alaraq və ermənilərin "Böyük Ermənistan" haqqında utopik düşüncələrini bilərək, Naxçıvana diqqət də artır. Qukasyan İnternet resurslarından xeyirli məqsədlər üçün istifadə etsəydi, Azərbaycanın Naxçıvanda Birləşmiş Ordu qruplaşması (xüsusi təyinatlı qüvvələr) kimi tanınan yeni bölmə yaratdığını bilərdi. Həmçinin, eksklavda yeni hava hücumundan müdafiə sistemlərinin, həmçinin Smerç, T-300 Qasırğa və T-122 Sakarya raket sistemlərinin də daxil olduğu raket və topçu qurğularını yerləşdirilib. Burada hər il Türkiyə ilə birgə hərbi təlimlər keçirilir. Bundan əlavə, Ermənistanın həm hərbi, həm də siyasi və iqtisadi sahədə mövcud vəziyyətini nəzərə alsaq Vardanın sözləri ideyadan daha çox xülyaya bənzəyir. Ancaq İkinci Qarabağ müharibəsi hər şeyi, kimin nəyə qadir olduğunu açıq şəkildə göstərdi, başqa sözə ehtiyac yoxdur”.

Daha çox cəfəngiyata bənzəyən boş təhdid və ultimatumları şərh etmək istəmirəm, deyən Mirzəyev:

"Zəif sosial məsuliyyəti olan qadınları şantaj etdiyi üçün mühakimə olunan bloqer, qalib ölkə olan Azərbaycana ultimatum verir ki, bütün əsirləri geri qaytarmasa olkəsi (özü nədənsə Parisdə gizlənir) razılaşma bəndlərini yerinə yetirməyəcək. Bundan daha absurd mənzərə ola bilməz. Eyni zamanda, nədənsə Qukasyan qürurlanaraq başqa ölkələrdən olan erməni əsilli əsir götürülmüş vətəndaşlarına xüsusi diqqət ayırır. Beləliklə, onları Ermənistanın nizami qoşunlarının hərbçiləri kimi ictimaiyyətə tanıtdırır. Əslində söhbət  "ASALA", "Armenakan", "Daşnaktsutyun", "Qeqaron kimi terror təşkilatlarının üzvü olan Suriyada və digər Yaxın Şərq ölkələrində yaşayan ermənilərdən gedir. Bu siyahını uzatmaq da olar. Yeri gəlmişkən, bütün bu radikal təşkilatların üzvləri, hamısı erməni milliyyətindəndirlər, lakin bu, heç nəyi dəyişmir, çünki onlar terrorçudurlar.

Qukasyan Ermənistan barədə danışsaydı daha yaxşı olardı. Bunun Ermənistan üçün daha çox faydası olardı. Ermənistandakı total böhrandan danışardı. Xüsusilə bloqerlər üçün Ermənistanda nə qədər istəsən mövzu var".

Hüseyn Səfərov


NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Hamısı