Qarabağda yeni provokasiya “dil oyunu” nəyə xidmət edir?

Analitika 12:25 27.03.2021

Separatçılar bu tip addımlarla özlərini sığortalamaq və Rusiya qalxanı arxasında gizlənməyə çalışır, Moskva isə problemin tam həllini istəmədiyi üçün “gec partlayan mina”ların basdırılmasında maraqlıdır ki, gələcəkdə ehtiyac duyanda istifadə etsin

Müəllif: Şahin Cəfərli

Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində rus dili “ikinci rəsmi dil” elan olunub. Separatçıların oyuncaq parlamenti “dil haqqında qanun”a bu barədə əlavə edib. Müvafiq “qanun layihəsi” bu gün “parlament”də təsdiqlənib. Sənədə əsasən yazışmalar erməni dili ilə yanaşı, ehtiyac olarsa, rus dilində də aparılacaq, iki dildə çap məhsullarının, dərsliklərin, arayış kitabçalarının, müxtəlif ədəbiyyatın nəşri təşviq ediləcək. “Artsaxda Rusiya sülhməramlılarının uzunmüddətli mövcudiyyəti, çoxsaylı sosial və kommunikasiya problemlərinin birgə həllinin vacibliyi, tikinti, səhiyyə, elm və təhsil sahələrində əməkdaşlıq rus dilinin rolunun yenidən qiymətləndirilməsini zəruri edir”, – deyə “sənəd”də qeyd olunur.

Nə baş verir?

Əvvəla, qeyd etmək zəruridir ki, qərarın hər hansı hüquqi qüvvəsi yoxdur və ola da bilməz – bu, bizim üçün mübahisəsiz məsələdir. Amma hadisəni Ermənistanın növbəti qeyri-konstruktiv addımı və yaxud Qarabağdakı bir ovuc separatçının yığışıb, verdiyi əhəmiyyətsiz qərar kimi qiymətləndirmək səthi yanaşma olardı. Narahatlıq doğuran əsas məqam odur ki, Rusiya tərəfindən sülhməramlı əməliyyatın keçirildiyi Azərbaycan ərazisində, yəni faktiki olaraq, Rusiya dövlətinin cavabdeh olduğu zonada Azərbaycan dövlətinin suverenliyinə zidd addımlar atılır, Bakının iradəsindən kənar proseslər cərəyan edir. Təkcə oyuncaq parlamentin toplaşıb, hansısa qərarlar qəbul etməsi faktının özü artıq ciddi siqnaldır. Bu, bir daha göstərir ki, separatçı rejim və onun qurumları fəaliyyətini davam etdirir. Rusiyanın icazəsi olmadan isə bu, mümkün deyil. Sülhməramlıların komandanlığı şərait yaratmasa, yaxud göz yummasa, Xankəndində 10 adam bir yerə toplaşa bilməz, nəinki özünü “parlament” və ya “hökumət” adlandıran qanunsuz qurumlar. Artıq bu məsələdə Azərbaycanın ittiham edəcəyi, baş verənlərə görə məsul sayacağı tərəf Ermənistan deyil. Ermənistanın Qarabağdakı separatçılar üzərində təsiri ola bilsin ki, hələ davam edir, hərçənd, Paşinyanın şəxsi düşməni Vitali Balasanyan “Təhlükəsizlik Şurasının sədri” kimi separatçıların arasında əsas söz sahibinə çevrildikdən sonra onun Ermənistan hökumətinin təlimatı ilə hərəkət etdiyini söyləməyə əsas yoxdur. Amma bununla yanaşı, Ermənistandakı bəzi qüvvələrin, konkretləşdirsək, qarabağlı keçmiş prezidentlər Koçaryan və Sarkisyanın separatçılar üzərində təsirini istisna etmək olmaz. Lakin hətta belə bir təsir olsa belə, yenə də biz sülhməramlı əməliyyat zonasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid mahiyyəti daşıyan əməllərdə Rusiya amilinin rolunu gözardı edə bilmərik. Bu səbəblə, Azərbaycan dövləti öz qınaqlarını, narazılıqlarını Rusiyaya ünvanlamalı, suallarına Moskvadan cavab istəməlidir.

Xatırlatmaq lazımdır ki, dil məsələsi ötən il 44 günlük müharibənin yekununda imzalanmış 10 noyabr Bəyanatından qısa müddət sonra gündəmə gətirilib. Bu barədə yayılan xəbərlərə Rusiya tərəfinin rəsmi mövqeyi, yumşaq desək, xoşagələn olmamışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2 dekabr, 2020-ci il tarixində jurnalistlərin mövzuya dair sualına cavab olaraq demişdi ki, Moskva başqa ölkələrdə rus dilinin istifadə olunmasını alqışlayır, lakin bu dilə rəsmi status vermək həmin ölkələrin daxili işidir: “Əlbətə, biz bunu hər vəchlə alqışlayırıq və bundan sonra da rus dilinin yayılmasına və öyrənilməsinə dəstək verməyə hazırıq, bunu öz vəzifəmiz sayırıq”. O, əlavə etmişdi ki, Qarabağda rus dilinə rəsmi dil statusu verilməsi məsələsi danışıqların mövzusu deyil, bu, de-fakto situasiyadır.

Putinin sözçüsünə Qarabağda rus dilinə xüsusi status verilməsi barədə sual ünvanlanır, o isə bunu ölkələrin daxili işi adlandırır. Hansı ölkə? Axı Peskov yaxşı bilirdi ki, söhbət Bakıda – Azərbaycan parlamentində irəli sürülmüş təklifdən getmir. Onun verdiyi mesaj bu idi ki, Moskva bu “de-fakto situasiya”ya isti baxır, çünki rus dilinin yayılması, populyarlaşdırılması Rusiyanın dövlət siyasətidir.

Sirr deyil ki, rus dili Moskvanın öz təsirini yaymaq, nüfuzunu genişləndirmək, möhkəmləndirmək üçün istifadə etdiyi əsas “yumşaq güc” vasitələrindən biridir. Xüsusən də “yaxın xaric” adlandırdıqları keçmiş SSRİ məkanı bu baxımdan Rusiya üçün çox önəmli, həyati əhəmiyyətli coğrafiyadır. Moskva geosiyasi rəqiblərinin bu coğrafiyaya nüfuz etmək cəhdlərinə çox ağrılı yanaşır, hətta bunu birbaşa Rusiya əleyhinə yönəlmiş qəsd kimi qəbul edir. Gürcüstan, Ukrayna və Moldova nümunələri hər kəsin məlumudur. Moskva vaxtilə Abxaziya, Cənubi Osetiya və Dnestrdə sülhməramlı əməliyyata başladıqdan bir müddət sonra yerli əhaliyə Rusiya pasportları paylamağa başlamış, 2008-ci ildə Gürcüstan ordusu Cənubi Osetiyada hərbi əməliyyata başlayanda bunu Rusiya vətəndaşlarına hücum kimi qiymətləndirərək hərbi müdaxilə etmişdi. Moldovanın Dnestr ərazisində, eləcə də Ukraynanın Donetsk və Luqansk regionlarının işğal olunmuş hissəsində də yerli əhalinin önəmli qismi Rusiya pasportu daşıyır. Bu amil Moldova və Ukrayna dövlətlərinin həmin ərazilərdə öz suverenliyini təmin etməsini xeyli çətinləşdirir. Məsələn, Ukrayna sabah itirdiyi əraziləri hərbi yolla geri qaytarmaq istəsə, qarşısında Rusiya Federasiyası Silahlı Qüvvələrini görəcək. Qarabağda erməni separatçılarının rus dili ilə bağlı qərarı da buna xidmət edir, onlar bu tip addımlarla özlərini sığortalamağı hədəfləyir, Rusiya isə öz növbəsində problemin qəti, birdəfəlik həllini istəmədiyi üçün “gec partlayan mina”ların basdırılmasında maraqlıdır ki, gələcəkdə ehtiyac duyanda onlardan istifadə etsin.

Yəni demək istədiyimiz odur ki, Rusiyanın indiyədək postsovet məkanında keçirdiyi sülhməramlı əməliyyatlar mərkəzi hökumətlərin nəzarəti itirdikləri ərazilər üzərində öz suverenliyini bərpa etməsi ilə nəticələnməyib.

Əlbəttə, bu, heç də o demək deyil ki, Qarabağda da eynisi baş verəcək və Rusiya burada Abxaziya və C.Osetiya, ya da Dnestr, Donbas modellərindən birini tətbiq edəcək. Azərbaycan rəhbərliyi bütün bu neqativ təcrübələrdən yaxşı xəbərdardır və şübhə yoxdur ki, bundan sonra da Rusiya ilə ikitərəfli əlaqələrini mümkün qədər isti saxlamağa çalışacaq, şimal ayısının aqressivləşməsinə əsas yaradacaq addımlar atmayacaq. Amma reallıq budur ki, biz öz qərarlarımızda, seçimlərimizdə, siyasətimizdə Rusiya amilini əvvəllər əgər bir dəfə düşünürdüksə, indi iki dəfə düşünmək zorundayıq. Çünki gələcəkdə Moskvanın Qarabağda hansısa təhlükəli ssenarini işə salmayacağına yüzdə yüz təminat yoxdur.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı