Türkiyə-Ukrayna əməkdaşlığı Qərbin təhlükəsizlik təminatı

Analitika 15:36 12.04.2021

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün kritik bir dövrdə Türkiyəyə səfər edib. O, aprelin 10-da baş tutan və səfər zamanı keçirilən 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edib. Yeri gəlmişkən, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, dövlətlərin ərazi bütövlüyünün təmin olunması və toxunulmazlığı onlar üçün başlıca prinsiplərdəndir. Türkiyə bunu bütün dövlətlərə, o cümlədən qonşuları Suriya, İraq, Azərbaycan, Gürcüstan və başqalarına münasibətdə qoruyur. Rəsmi Ankara Ukrayna ilə də həmin prinsipin qorunması əsasında əlaqələrini qurub, əməkdaşlıq edir.

Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsi 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ-ın dövlət başçıları tərəfindən imzalanan memorandumu bir daha yada salır. Həmin sənədə əsasən, Ukrayna ərazi bütövlüyü və suverenliyinin təmin olunması qarşılığında tabeliyindəki nüvə başlıqlarını təhvil verib. Fransa və Çin də sonradan bu memoranduma qoşulmuşdu. Deməli, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qarantı olaraq atom silahına malik 5 dövlət çıxış edib. Bu ölkənin ərazi bütövlüyünün pozulması həmin dövlətlərin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi anlamına da gəlir. Odur ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması beynəlxalq hüquq normalarına tam uyğundur. Bu baxımdan Türkiyənin mövqeyi daha ədalətli və qanuni sayılır. Rəsmi Ankara bu qonşu ölkənin ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, Rusiya tərəfindən ilhaq edilən Krım məsələsini və oradakı yerli sakinlərin, türklərin (Krım tatarlarının) hüquqlarını da müdafiə edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır. Qeyd edək ki, Krım əvvəllər Osmanlı dövlətinin ərazisi olub. 1783-cü ildə II Yekaterinanın zamanında Rusiyaya ilhaq edilib. Osmanlı isə bu itki ilə razılaşmasa da, 1792-ci ildə Krımın Rusiyaya birləşməsini müqavilə ilə qəbul etməyə məcbur olub. Sonrakı dövrlərdə bu yarımada Osmanlının nəzarətinə keçsə də, yenidən Rusiyaya tabe olub. Sovetlər dönəmində bir müddət Rusiya Federasiyasının tərkibinə daxil olsa da, sonralar onu Ukraynanın ərazisinə qatıblar. Budapeşt anlaşmasında yarımada bu dövlətin tərkib hissəsi olaraq qəbul edilib. Türkiyə yerli əhali olan Krım türklərinin də hüquqlarını təbii olaraq müdafiə edir. Rusiyanın tərkibində olandan yerli sakinlər olan tatarlara zülm edilib. 1994-cü il mayın 18-də keçmiş SSRİ-nin lideri Stalinin əmri ilə onlar bir gecənin içində öz ev-eşiklərindən didərgin salınaraq Krımdan Orta Asiya respublikalarına sürgün ediliblər.

Bu kimi problemlərlə üzləşən Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım da istəyib. Regionda vəziyyət gərinləşir: Rusiya Ukrayna ilə sərhədə hərbi qüvvə toplayır, Donbasda separatçıların hərbi aktivliyi artır. ABŞ Qara dənizə döyüş gəmilərini göndərir, ABŞ-ın dövlət katibi Entoni Blinken Brüsselə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün səfər edir və s. Göründüyü kimi, Zelenski belə bir mürəkkəb vəziyyətdə səfər edib.

Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra tərəflər ortaq bildiriş yayımlayıb. Həmin açıqlamanın bəzi müddəalarını qeyd edirik:

- Ukraynanın ərazi bütövlüyü və müstəqiliyinin qeyd-şərtsiz dəstəklənməsi təsdiq edilir;

- Krım Muxtar Respublikası, Sevastopol şəhəri, Donetsk və Luqansk bölgələrinin işğaldan azad edilməsi məsələsinin əlaqələndirilməsi davam edir;

- Krımın Rusiya tərəfindən qanunazidd və qanunsuz olaraq ilhaqını həll etmək üçün "Krım Platforması"nın yaradılmasına dəstək vermək;

- Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının qorunması, hüquqa zidd olaraq tutulan Krım tatarları da daxil olmaqla Ukraynanın bütün vətəndaşlarının sərbəst buraxılması məqsədilə beynəlxalq aləmdə fəaliyyəti davam etdirmək və s.

Beləliklə, Zelenskinin səfəri və əldə edilən razılaşmalar sübut etdi ki, Türkiyə başqalarından fərqli olaraq beynəlxalq hüquqa və normalara hörmət edir. Rəsmi Ankara dünyadakı münaqişələin həllinə yardım etməyə çalışır. Türkiyə bir daha sübut edir ki, regional əməkdaşlıq qarşıdurmalardan daha faydalıdır. Rəsmi Ankara Ukrayna məsələsinə yanaşma ilə münaqişələrin həllində ədalətli mövqeyini nümayiş etdirir. Türkiyənin Rusiya ilə yaxın iqtisadi əməkdaşlığı var. Qərb Moskva ilə yaxın münasibətinə, eləcə də "S-400" raket kompleksini aldığı üçün onu təhdid edir, ona sanksiya tətbiq olunur. Ancaq rəsmi Ankara beynəlxalq anlaşmalara və ikitərəfli müqavilələrə sadiqliyini sübut etməklə etibarlı tərəfdaş olduğunu isbatlayır. Başqa sözlə, Rusiya ilə hərbi, iqtisadi, energetika və turizm kimi sahələrdə əməkdaşlıq etməsi ona Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyə mane olmur. Rəsmi Ankara bu addımı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsində də atır. Bu münaqişələrin həllinə Türkiyənin obyektiv yanaşmasının göstəricisi sayılır. Ukraynadakı hadisələr münaqişələrin həllinin vacibliyini bir daha təsdiqləyir. İki ölkə arasında əməkdaşlıq bu məsələlərə təkan verir. Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsi, Qərbin, o cümlədən Avropa İttifaqının üzv dövlətlərin və NATO-nun təhlükəsizliyidir. Türkiyənin Ukrayna ilə münasibətləri bu prinsipə xidmət edir.

Sədrəddin Soltan

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı