Ermənistanın nəzarətsiz AES-i Region əhalisi təhlükədədir

Analitika 18:35 20.04.2021

Atom fizikası elmdə son yüz ilin uğurlarından sayılır. Ancaq bu sahə bəşəriyyət üçün faciələr də yaradıb. İnsanlıq 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombası, ondan 41 il sonra Ukraynanın Çernobıl şəhərində eyniadlı atom elektrik stansiyasında baş vermiş qəzanın faciələrini də unutmayıb. Qeyd edək ki, 1986-cı il aprelin 26-da Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda qəza baş verib. Bu faciə nəticəsində ölənlərin, yaralananların və şüalananların sayı hələ də dəqiq bilinmir. Ancaq onların onlar və yüzlərlə olduğu barədə məlumatlar var. Bu hadisənin ağır və acı nəticəsi hələ də qalır. Stansiya ərazisi izolyasiya edilib. Bu faciədən 35 il ötür, ancaq izləri hələ də silinməyib. Çernobıl qəzası maddi-mənəvi ziyanına və insan itkisinə görə tarixdə ən faciəvi nüvə stansiyası qəzası sayılır. Atom Enerjisi Beynəlxalq Nüvə Hadisə şkalasında təsnifatda maksimum 7-ci səviyyəli böyük qəza sayılır. Digəri 2011-ci ildə Yaponiyadakı Fukusima AES-də baş verən fəlakətdir.

Bu günlərdə Yaponiyada “Kasivadzaki-Kariva” AES-in fəaliyyəti dayandırılıb. Bu barədə ölkənin Atom Energetikasına Nəzarət üzrə Dövlət Komitəsi qərar qəbul edib. Məlumata görə, stansiyada təhlükəsizliklə bağlı bəzi pozuntular aşkarlanıb. Belə ki, AES terrorçuların ehtimal olunan hücumundan kifayət qədər qorunmayıb. Stansiyanın sahibi “Tokyo Electric Power” energetika şirkətidir. O, “Kasivadzaki-Kariva” AES-in reaktorlarına nüvə yanacağı yükləyir. Bildirilib ki, bu tədbir Yaponiya tarixində ilk dəfədir görülür. “Kasivadzaki-Kariva” ölkənin ən güclü Atom Elektrik Stansiyası sayılır.

Atom nüvə texnologiyasına yiyələnən Azərbaycanın yerləşdiyi region dövlətlərindən biri də İrandır. Bu ölkədəki AES-in fəaliyyəti ölkə iqtisadiyyatına hələ ki elə böyük əhəmiyyət kəsb eləmir. Son zamanlar Tehran rəsmiləri uranın zənginləşdirilməsi ilə bağlı narahatedici bəyanatlar verirlər. Bu günlərdə İran prezidenti Həsən Ruhani uranı 60 faizə qədər zənginləşdirdiklərini bildirib. Son 9 ayda İranın Nətənzdəki atom elektrik stansiyasında iki qəza baş verib. Bunlardan biri 2020-ci ilin iyulunda, digəri isə 2021-ci ilin aprelində olub. Tehran rəsmiləri hər iki hadisə nəticəsində insan itkisi və radioaktiv sızıntının olmadığını bildirib. Bununla belə, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi insidenti “nüvə terrorizminin təzahürü” adlandırıb.

Deməli, AES-in tikintisi və istifadəsi üçün yüksək texnologiya və mühəndislik işi yetərli sayılmır. Son 30 ildə dünyada baş verən terror hadisələri onun təhlükəsizliyinin təmin edilməsini də əsas amillərdən edib. Çernobıl faciəsi sübut etdi ki, ölkədəki AES açıq şəraitdə mövcud olan atom bombasıdır. O zamanlar bunu keçmiş SSRİ-yə təzyiq vasitəsi kimi də tətbiq edirdilər. O zaman məlum oldu ki, sovetlər dövründə bu sahədə ölkə vətəndaşlarından gizlədilən çoxlu mətləblər var. Belə ehtimal edilir ki, SSRİ-nin dağılma səbəblərindən biri də Çernobıl hadisəsi idi. Çünki bu qəza keçmiş sovet respublikalarına insan itkisi və maddi baxımdan çox böyük ziyan vurub.

Son günlər Ermənistanda yeni atom elektrik stansiyasının tikiləcəyi ilə bağlı bəyanatlar verilir. Ölkənin baş naziri Nikol Paşinyanın bu yaxınlarda Moskvaya səfəri zamanı da Rusiya rəsmiləri ilə yeni AES-in tikintisi müzakirə edilib. Ancaq erməni ekspertlər bunun texnoloji və s. cəhdlərini kənara qoyub daha çox maliyyə tərəfini təhlil edirlər. Onların qənaətincə, bu stansiyanın inşasına 5-7 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti tələb edilir. Bununla belə Ermənistandakı mövcud Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün təhlükə mənbəyi olaraq qalır. Qeyd edək ki, 2014-cü ildə Rusiya ilə Ermənistan arasında AES-in 2026-cı ilədək istismar müddətinin uzadılması üzrə hökumətlərarası razılaşma imzalanıb. 2015-ci ilin fevralında isə 270 mln. ABŞ dolları həcmində dövlət krediti və 30 mln. ABŞ dollarının təqdimatına dair razılıq əldə edilib. Bildirilib ki, stansiyanın radioaktiv tullantılarının daşınmasında da problem yaranıb. Tullantının miqdarı çox olduğundan onun ölkə ərazisindən çıxarılaraq Rusiyaya daşınması əsas məsələ olaraq qalır. Tullantıların təyyarə ilə daşınması mümkün deyil. Gürcüstan üzərindən quru yolla daşınması bir sıra səbəblərə görə reallaşdırmaq olmur. Ona görə də tullantılar ölkə ərazisindəki keyfiyyəti məlum olmayan quyularda saxlanılır. Bu isə bölgə dövlətləri üçün təhlükə yaradır.

Yeri gəlmişkən, Metsamor stansiyası Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən isə 75 km məsafədə yerləşir. Ermənistanın hazırkı böhranlı vəziyyətində stansiyaya qulluq etmək üçün maliyyə vəsaiti çatışmazlığı istisna edilmir. Bu isə onun təhlükəsiz istismarının mümkün olmadığı ehtimalını artırır. BMT-nin energetika məsələləri üzrə eksperti Ara Mərcanyan bu günlərdə bildirib ki, Ermənistandakı Atom Elektrik Stansiyasının təmiri ən azı 2-3 il gecikib. Hələ bir neçə il qabaq ABŞ dövlət katibi müşavirinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubinin sədrlik etdiyi iclasda bu stansiyanın fəaliyyəti də müzakirə olunmuşdu. Onda Ermənistan stansiyanın fəaliyyətini dayandıracağına dair sənəd imzalamışdı. Sənədi Ermənistan tərəfdən o vaxtkı energetika naziri Armen Movsisyan, ABŞ tərəfdən isə Ermənistandakı keçmiş səfir Con Heffern imzalamışdılar. Onda səfir bildirmişdi ki, ABŞ Avropa İttifaqının atom stansiyasının 2016-cı ilədək dayandırılacağı barədə mövqeyini bölüşür. Göründüyü kimi, Ermənistan hakimiyyəti AES-in fəaliyyətini dayandıracağı ilə bağlı öhdəliyi yerinə yetirmir. Bu isə Metsamordakı stansiyanın beynəlxalq ictimaiyyətin nəzarət və icazəsi olmadan istismar edildiyi deməkdir.

Beləliklə, Cənubi Qafqazda nüvə təhlükəsi var. Bölgə əhalisinin həyatını Ermənistan nəzarətsiz, müddəti keçmiş, radioaktiv tullantısını basdıra bilməyən AES-in fəaliyyəti ilə təhdid edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və atom-nüvə texnologiyasından istifadəyə xeyir-dua verən dövlətlər - ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya və Çin Metsamorun ziyanlı fəaliyyətinə göz yumur. İranın bu istiqamətdə fəaliyyəti beynəlxalq ictimaiyyəti narahat etdiyi halda Ermənistandakı stansiyanın istismarına etinasız yanaşırlar. Belə çıxır ki, beynəlxalq ictimaiyyət başqa məsələlərdə olduğu kimi, Ermənistanın atom-nüvə texnologiyası sahəsindəki ziyanlı və zərərverici fəaliyyətini görməzliyə vurur. Onlar 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüququ pozur, işğala son verməsinə dair imzaladığı sənədlərə məhəl qoymurdu. Ancaq Azərbaycan Ordusu 44 gün ərzində onlara yerini göstərdi. Görünür, Ermənistan ancaq zor və güc tətbiqi ilə reallığı qəbul edir. Odur ki, nüvə texnologiyasından istifadə ilə bağlı beynəlxalq normaları saymadığı üçün Ermənistana sanksiyanın tətbiq edilməsinin vaxtı çoxdan çatıb. Sanksiya tətbiq edilmədiyindən ölkə rəhbərliyi, ermənilərin sponsorları və beynəlxalq ictimaiyyət (“altılıq”) Cənubi Qafqazdakı 16 milyon 711 min 809 nəfərin həyatını, sağlamlığını təhlükə altına qoyub.

Sədrəddin Soltan

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı