ABŞ dövlət katibinin İlham Əliyevə zəngi Cozef Baydenin xətasını düzəltmək cəhdimi?

Analitika 14:26 29.04.2021

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Telefon söhbəti ilə bağlı qısa press-relizdə qeyd olunur ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.

Telefon zəngini Cozef Bayden Amerika Birləşmiş Ştatlarının prezidenti kimi fəaliyyətə başladığı vaxtdan bəri iki ölkə arasında keçirilən ən yüksək səviyyəli kontakt hesab etmək olar. Bu ilk görüş və ilk kontakt politoloqlar tərəfindən çox intizarla gözlənilirdi. Çünki Baydenin hakimiyyətə gəlişindən sonra regionda Amerika Birləşmiş Ştatlarının maraqlarını əhatə edən çox önəmli hadisələr baş vermişdi. Azərbaycan erməni işğalında olan torpaqlarını azad edərək Cənubi Qafqazın ən mühüm aktoruna çevrilmişdi. Digər tərəfdən, ABŞ-nin 80 yaşlı prezidenti Türkiyə və Azərbaycanın maraqlarına toxunan və ermənilərin yalançı iddialarını qüvvətləndirən addımı atmışdı. Deməli, iki ölkə arasında müzakirə edilə biləcək çoxsaylı məsələlər yığılıb qalıb və gec-tez bu məsələlərin müzakirəsinə başlamaq lazım idi.

Telefon söhbəti haqqında rəsmi məlumat çox qısadır. Amma mətbuat xidmətinin təqdim etdiyi bu qısa məlumat iki ölkə arasında müzakirəsinə hazırlıq görülən böyük məsələlərdən xəbər verir.

Diqqəti çəkən ilk məqam məhz Blinkenin özünün Azərbaycan Respublikası Prezidentinə zəng vurmasıdır. Deməli, Amerika Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldırmaqda daha çox maraqlıdır. Bu həm də Azərbaycanın regionda daha da artmaqda olan nüfuzunun göstəricidir.

Prezident İlham Əliyevin  Azərbaycanın iqtisadi sahədə Amerika Birləşmiş Ştatlarının maraq dairəsinə daxil olan layihələrin icraçısı olduğunu xatırlatması, Əfqanıstanda birgə fəaliyyətə toxunması ilə   Respublikamızın ABŞ-ın regionda əlverişli müttəfiqi ola biləcəyini Blinkenin diqqətinə çatdırıb.

Amma təbii ki, əgər Amerika Azərbaycan və Türkiyəyə qarşı münasibətlərində müəyyən düzəlişlər edərək bu iki Türk dövlətinin regiondakı və dünyadakı rolunu yetərincə qiymətləndirərsə.

Telefon söhbəti zamanı Entoni Blinkenin bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd etməsi onun Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi istiqamətində addım atmaq istədiyinin daha bir sübutu olmuşdur. Məlum olduğu kimi 907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılması da telefon söhbətinin maraqlı məqamlarındandır. Blinken və Amerika rəhbərliyinin Dağlıq Qarabağ ətrafında gedən proseslər haqqında Azərbaycanın Birinci şəxsi tərəfindən məlumatlandırılması oradakı təsəvvürlərin tamamilə dəyişmsinə səbəb olacağı şübhəsizdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin son hadisələr barədə Blinkenə verdiyi məlumatlar, düşünürəm ki, Respublikamız və cənab Prezidentimiz haqqında ermənilərin yaratdığı stereotipləri tamamilə darmadağın edəcək.

Prezident İlham Əliyev Dağlıq Qarabağ ətrafında gedən proseslərlə bağlı Azərbaycanın mövqeyini çatdırmış, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərindəki vəziyyəti təsvir etmiş, artıq işğaldan azad olunan ərazilərdə bərpa işlərinin həyata keçirildiyini qeyd etmişdir.

Heç şübhəsiz, Azərbaycan Respublikası Prezidentinin regionda kommunikasiyaların açılmasının önəmini vurğulaması və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətlə izah edilməsi Amerikanın region siyasətinin müəyyənləşdirilməsi baxımdan Blinken üçün maraqlı olmuşdur.

“Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.” Təbii ki, İlham Əliyevin ATƏT-in Mİnsk qrupunun regiondakı uzun müddətli fəaliyyətinə  tənqidi fikirləri Amerika dövlət katibinin eşitmək istəmədiyi fikirlər ola bilər. Lakin bu həqiqətdir və Amerika da həqiqəti eşitmək məcburiyyətindədir.

Heç şübhəsiz  Amerika Birləşmiş Ştatları Prezident Cozef Baydenin erməniləri ruhlandıran son hərəkəti telefon söhbəti zamanı müzakirə olunan əsas məsələ olmuşdur. Blinken onların bu addımı atmağa məcbur edən səbəbləri izah etməyə çalışmış, məqsədlərinin Türkiyə və Azərbaycanla münasibətlərin ziyan görməsinin olmadığına inandırmağa çalışmışdır. Azərbaycan Respublikası Prezidenti isə Baydenin bu hərəkətinin “Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılandöğını” Blinkenin diqqətinə çatdırıb.

Təbii ki, telefon söhbəti bir qədər əvvəl-ən azından Baydenin məlum demarşından əvvəl baş versəydi Türkiyə və Azərbaycan baxımından daha əhəmiyyətli olardı. Bəlkə də Azərbaycan Respublikası Prezidenti ermənilərin etdikləri vəhşiliklər haqqında tutarlı dəlillər gətirməklə Cozef Baydeni bu üzqarası bəyanatı verməkdən çəkindirməyə nail ola bilərdi.

İstənilən halda  Entoni Blinkenin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə telefon söhbəti iki ölkə arasında yeni məzmunlu münasibətlərin qurulması baxımdan çox əhəmiyyətlidir.

Əminəm ki, Entoni Blinken MDB məkanında İlham Əliyev kimi mahir siyasətçi, bacarıqlı dövlət başçısı kəşf etdiyi haqda Cozef Bayden və ətrafındakıları artıq məlumatlandırıb.

Əlimusa İbrahimov

Politoloq

No description available.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Hamısı