Türkiyənin Əfqanıstanla bağlı planı ABŞ-ın ayağının regiondan kəsilməsi bu planın bir hissəsidir

Analitika 14:01 17.05.2021

Mayın 16-da Ankara Konflikt və Siyasət Araşdırmalar Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə “ABŞ-Rusiya-Çin üçlüyü və Əfqanısan – Qlobal rəqabət gücləri” mövzusunda onlayn konfrans keçirilib. Vebinarda Türkiyənin hərbi ekspertləri və politoloqlar dəvət olunub. ANKASAM-ın nümayəndəsi professor, doktor Səncər İmərin aparıcılığı ilə keçirilən konfransda xüsusi dəvət olunanlar arasında təqaüddə olan general-leytenant İsmayıl Haqqı Pekin, eləcə də Milli Kəşfiyyat Təşkilatının (MİT) digər təqaüddə olan polkovniki Coşqun Başbuğ iştirak ediblər. İştirakçılar 60-dan çox beynəlxalq media nümayəndələrinin İştirak etdiyi konfransda bir sıra sualları cavablandırıb. Qeyd edək ki, onlayn keçirilən konfransda media qurumu olaraq Eurasia Diary-də dəvət olunub. 

Konfransda ilk söz sabiq general-leytenant İsmayıl Haqqı Pəkinə verilib. O, ilk öncə Əfqanıstandakı olaylar haqqında, daha sonra ABŞ hərbi qüvvələrinin bu günədək oradakı fəaliyyəti barədə söz açıb. Daha sonra türkiyəli general Əfqanıstanda baş verən olayların arxasında dayanan əsas səbəb qaynaqlarını müzakirə edib. 

Onun sözlərinə görə, Əfqanıstan dünyada  kömür, dəmir, mis, qurğuşun, sink, xrom, mərmər və s. kimi ən zəngin yerüstü və yeraltı sərvətlərə malik olduğu üçün orada bir çox güc dövlətlərin hələ də gözü var. O əlavə edib ki, hətta aparilan qazıntılar, Əfqanıstanda çox zəngin təbii qaz yataqları olduğunu da göstərir.

“Əfqanıstanın bu günədək hələ də bir dövlət kimi formalaşa bilməməsinin bir çox səbəbləri var. Əlbəttə burada daxildəki siyasi qüvvələr də əsas rol oynayır. Lakin bunun digər səbəbi xarici təsir, xüsusilə ABŞ-la bağlıdır. ABŞ Buş administrasiyasından bəri Əfqanıstanda öz hakimliyini sürdürür və bu günədək Əfqanıstanda heç bir barışa nail ola bilməyib. Əlbəttə, barış və sülh anlayışı ABŞ üçün tamamən yad bir mövzudur. O üzdən də Əfqanıstanda hələ də, qəbilə hakimiyyəti və ya icma quruluşu hökm sürməkdədir” – deyə general vurğulayıb.

ANKASAM-ın nümayəndəsi professor, doktor Səncər İmər Əfqanıstanda Türkiyənin gələcəkdəki rolundan da bəhs edib. O, qeyd edib ki, bəzi güc dövlətləri Türkiyənin nüfuzunun Orta Şərq və Orta Asiya, həmçinin Cənubi Qafqazda genişlənməsindən bərk narahatdır və bunu hədsiz dərəcədə qısqanırlar. 

“Türkiyə hər zaman Əfqanıstanda insanların öz təbii resursları sayəsində müstəqil bir dövlət olaraq yararlanmasını istəyib. İran, Pakistan, Rusiya və Çin kimi Əfqanıstan da öz torpaqlarında böyük xəzinəyə sahibdir. Lakin əfsuslar olsun ki, bir çox dövlətlərin müdaxiləsi nəticəsində xalqın bundan yaralanması mümkün olmur. Mənim Əfqanıstandan bir tələbəm var idi. O mənə leksiyalarımın birində öz ölkəsindəki iki yanaşı dağdan bəhs etmişdi. Dağın biri tam dəmir filiz ehtiyatlarına, digəri isə daş kömürlə zəngin idi. Təsəvvür edin, iki böyük nemət bir arada. Təkcə bu dağdan hasil olan metal və kömür sayəsində Əfqanıstan iqtisadiyyatının tam yarısını təmin etmək olar. Mən fizika və kimya sahəsində bir professoram və bu sahədə tədqiqatlarıma davam etdim. Tədqiqatla bağlı nəticələri əldə etdikdən sonra Əfqanıstandan olan rəsmi şəxslərlə əlaqə saxladım və tədqiqatım, eləcə də bu barədə layihələrimi onlara təqdim etdim. Onlarla söhbət edərkən, bunun Türkiyənin iştirakı olmadan belə, istəsələr lap Cənubi Koreya, Yaponiya, Almaniya, yaxud da Amerikadan mütəxəssislər çağırıb bu layihəni həyata keçirmələrini dedim. Bu hadisədən tam 8 il ötür, lakin hələ də bir nəticə yoxdur. Hesab edirəm ki, bu təbii sərvətləri özləri, ya da xaricdən gətiriləcək mütəxəssislər həyata keçirmirsə, o zaman Türkiyənin tam orada olma vaxtdır. Biz digər dövlətlər kimi istismar etmək üçün deyil, insanların rifah halının yaxşılaşdırılması naminə bir məkanda oluruq,” deyə o, bildirib.   

Tədbir zamanı Türkiyə Milli Kəşfiyyat Təşkilatının sabiq polkovniki Coşqun Başbuğ da fikir söyləyib. O, Türkiyənin ən son uğurlu siyasətindən və bunun içində Əfqanıstanın da yer aldığından söz açıb. Onun sözlərinə görə, regionda sabitlik və əmin-amanlığın bərpası ilk öncə ABŞ-ın Asiya və Orta Şərqdən bağlarının qoparılmsından başlayır. 

“Biz bunun üçün sıx olaraq birləşməliyik. Çinin İpək Yolu anlamına gələn və həyata keçirməkdə olduğu tək kəmər, tək yol layihəsində İran, Rusiya, Pakistan və hətta onunla soyuq münasibətdə olan Hindistan da iştirak etməlidir. Pakistan bizə çox yaxındır, lakin bu yetərli deyil. Hətta düşünürəm ki, Pakistanla Hindistanın aralarını düzəltmək və münasibətlərin müsbət yönümdə inkişaf etdirilməsinə yardım edilməlidir. Əgər Rusiya və İran da bu kimi layihələrdən faydlanarsa, hesab edirəm ABŞ bir daha regiona müdaxilə edə bilməz” - deyə, polkovnik vurğulayıb. 

Tədbirin sonunda doktor Səncər İmər Türkiyənin bundan sonra daha qətiyyətli olacağını qeyd edib. Onun sözlərinə görə, Əfqanıstan regionda narkotik qaçaqçılığı və bu kimi digər qanunsuz fəaliyyətlərin ocağına çevrilib: “Əfqanıstanda demək olar gənclər narkotikin qurbanına çevrilib. İnsanlar bilərəkdən buna aludə edilir və bütün bunların yönləndirlməsi yenə uzun illər regionda sülh pərdəsi arxasında hegemonluq edən ABŞ-ın əli ilə idarə olunur. Belə olduqda heç ABŞ Əfqanıstanın bir dövlət olaraq güclənməsini istəyərmi? Məncə buna “artıq dur” demənin vaxtıdır”.  

Elnur Ənvəroğlu 

 
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Hamısı