Rusiyanın mövqeyi Azərbaycan və Türkiyənin bəyannamədə əksini tapmış mövqeyi ilə üst-üstə düşür politoloq

Analitika 16:17 16.06.2021

Türkiyə və Azərbaycan prezidentlərinin Şuşada imzaladığı Şuşa Bəyannaməsi, prinsipcə əvvəl imzalanmış çox sayda sənədin əsas məqamlarını özündə cəmləşdirən, təsdiqləyən və bəzi sahələrdə də əməkdaşlığı genişləndirən 11 səhifəlik, ağır çəkiyə malik bir sənəddir.

Bu barədə politoloq Fərhad Məmmədov Eurasia Diary-yə danışıb.

Xatırladaq ki, dünən Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüşdən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiq münasibətlərinə dair Şuşa Bəyannaməsi" imzalanıb.

Şuşa Bəyannaməsinə görə, hər iki tərəf aşağıdakıları etmək niyyətindədir:

Silahlı qüvvələrin müasir tələblərə uyğun yenidən qurulması və modernləşdirilməsi üçün birgə səylərin göstərilməsi

Tərəflərdən hər hansı birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, toxunulmazlığı və ya təhlükəsizliyinə qarşı üçüncü dövlətlər tərəfindən təhdid və ya təcavüz olduğu halda birgə hərəkət etmək

Hava, kosmik və dəniz sənayesində texnologiya mübadiləsini həyata keçirmək, müdafiə sənayesi texnologiyalarının inkişafı məqsədi ilə birgə layihələrin həyata keçirilməsini təşviq etmək

Ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlər üzrə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsini həyata keçirmək

Müdafiə sənayesində əməkdaşlıq etmək

Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması məsələsində əməkdaşlıq etmək

Qafqaz bölgəsində sabitliyi və təhlükəsizliyi gücləndirmək, bütün iqtisadi və nəqliyyat əlaqələrini bərpa etmək, eyni zamanda bölgə dövlətləri arasındakı münasibətləri normallaşdırmaq və uzunmüddətli sülhü təmin etmək

Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının koordinasiyalı fəaliyyətlərini təşkil etmək

Hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə mütəmadi olaraq birgə iclaslarını keçirmək və bu iclaslarda milli maraqlara aid olan regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək.

Politoloqun fikrincə, bu mövzudakı yenilik, Türkiyənin Şuşa şəhərində Baş Konsulluq açmaq, azad edilmiş ərazilərin bərpasında iştirakı planıdır:

“Bəyannamədə, üçüncü ölkələr tərəfindən ərazi bütövlüyü və suverenliyə təhdid olarsa, qarşılıqlı hərbi dəstək barədə 10 illik razılaşmanı təsdiqləyən ayrıca bir bənd var. Hərbi əməkdaşlıq haqqında, silahlı qüvvələrin rəhbərliyinin koordinasiyası və s. qeyd olunub. Yəni bütün bu məqamlar, prinsip etibarilə, əsasən ayrı-ayrı sənədlərdə razılaşdırılmışdı, lakin burada daha sistemli xarakter aldı. Rusiya, Türkiyə və Cənubi Qafqaz ölkələri arasında sərhədləri həqiqətən müəyyənləşdirən və təmin edən, Rusiya və Türkiyənin 1921-ci ildə Zaqafqaziya Respublikalarının sərhədlərinin toxunulmazlığına görə məsuliyyətini göstərən yüzillik Qars müqaviləsinə istinad edilməsi bəyannamənin mühüm xüsusiyyətidir. Xatırladım ki, o dövrdə hələ SSRİ yox idi və bunlar üç müstəqil Sovet sosialist respublikası idi. Bu həm simvolizm baxımından, həm də bölgəmizdəki müharibədən sonra yaranmış reallıqların möhkəmlənməsi baxımından çox vacib məqamdır".

Həmçinin ekspert Şuşada imzalanan sənədin və ümumiyyətlə, Azərbaycan və Türkiyənin fəaliyyətinin üçüncü ölkələrə qarşı yönəlmədiyini və bu kontekstdə Rusiyadan ümumiyyətlə bəhs edilməməsi gərəkdiyini qeyd edib.

“Rusiya, Türkiyə Prezidenti tərəfindən, Türkiyənin və Rusiyanın Qarabağı çiçəklənən bir bölgə olaraq görmək istədiyi kontekstində xatırladılıb. Prinsipcə bu doğrudur. Rusiyanın kommunikasiyaların blokdan çıxarılması ilə bağlı mövqeyi, eyni zamanda Azərbaycan və Türkiyənin bəyannamədə əksini tapan mövqeyi ilə üst-üstə düşür - bu, Naxçıvan-Qars dəmir yolu və Zəngəzur dəhlizinin açılması məsələsidir. Yəni bütün bu elementlər, prinsipcə gözləniləndir, bu Rusiya üçün də yeni xəbər deyil və orada anti-rus heç nə yoxdur. Əksinə, bu məsələdə Rusiya Federasiyası ilə əməkdaşlıq etmək istəyi var”.

Bundan əlavə, siyasi kespert bəyannamənin heç bir halda Rusiya sülhməramlıları məsələsini aktuallaşdırmadığını vurğuladı:

“Bu fikir doğru deyil, sənəddə rus sülhməramlıları haqqında bir kəlmə də yoxdur. Bu, Türkiyənin də Rus-Türk birgə monitorinq mərkəzində və diplomatik sahədə iştirak etdiyi tamamilə ayrı bir prosesdir, çünki bölgə ilə əlaqədar həm müharibə dövründə, həm də sonrasında Türkiyənin iştirakı olmadan bir qərar verilmədi. Bəli, bəlkə də Türkiyə prezidenti masa arxasında deyildi, ancaq hər görüşdən, telefon görüşmələrindən sonra həm Rusiya prezidenti, həm də Rusiya xarici işlər naziri, Rusiya müdafiə naziri, türk həmkarlarına bölgədə baş verən bütün proseslər barədə məlumat veriblər. Yanvar ayının əvvəlində Rusiya və Türkiyə Müdafiə Nazirlikləri arasında birgə monitorinq mərkəzinin fəaliyyətinə dair ayrıca bir bəyannamə imzalanıb. Yəni Türkiyə bütün bu proseslərdə iştirak edir və bu, Rusiya sülhməramlıları məsələsini heç bir şəkildə aktuallaşdırmır.

Rusiya sülhməramlı kontingentinin Azərbaycanın azad edilmiş ərazilərində qalma müddəti dörd il yarımdan sonra bitdikdə məsələ necə olacaq və bu bölgənin Azərbaycana nə qədər inteqrasiya olunacağını zaman göstərəcək, çünki bu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Rus sülhməramlıları müvəqqəti olaraq bölgədədir, bu razılaşma ilə nəzərdə tutulub. Bütün bunlar sülhməramlı fəaliyyətin effektivliyindən və inteqrasiya prosesindən asılı olacaqdır. Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını nə qədər tez qəbul edəcək, sülh içində yaşamağı öyrənəcəklər, bu, ilk növbədə onların özü üçün yaxşıdır”.

Hüseyn Səfərov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Hamısı