Azərbaycan-Türkiyə-Pakistan üçlüyü bölgədə həlledici söz sahibi ola bilər Yeganə Hacıyeva

Analitika 17:44 23.06.2021

İyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı ilə görüşüb. İlham Əliyev görüşdə bildirib ki, Azərbaycan və Pakistan qarşıdakı illərdə hərbi əməkdaşlığı genişləndirməli və tərəfdaşlığı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıdırlar. Qamar Caved Bacva isə öz növbəsində “Bizim Azərbaycanda nəzərdən keçirəcəyimiz bir çox imkanlar var, iş adamlarımız buraya səfər edə bilərlər. Dünyada ən yaxın əlaqələrimiz Türkiyə ilədir. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır” deyə açıqlama verib. Görüşdə, həmçinin nəqliyyat, logistika, energetika, ticarət dövriyyəsi sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub.

İyunun 21-də, həmçinin Müdafiə naziri Zakir Həsənov və Pakistanın Ordu generalı arasındakı görüşdə Azərbaycanın Pakistanla birgə təlimlər keçirəcəyinə dair razılıq əldə olunub.

Bu gün isə Azərbaycan, Qətər, Pakistan və NATO-nun qatıldığı “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.

Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi imkanları barədə Yeganə Hacıyeva Eurasia Diary-yə müsahibə verib.

- Azərbaycan və Pakistan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq genişlənir. Bakı və İslamabad arasında Azərbaycan və Türkiyə arasında olduğu kimi geniş hərbi ittifaq yarana bilərmi?

- Pakistan və Azərbaycan arasında tarixən dostluq və qardaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə mövcud olduqları regionda sabitlik, sülh və dayanıqlılığa xidmət edirlər. 44 günlük müharibədən sonra Azərbaycan regionda sülh və sabitliyin təminatçısı kimi çıxış etdi və bunu ortaya qoyduğu strategiya üzərində davam etdirməyə məqsədlidir. Pakistan isə öz növbəsində Mərkəzi Asiyada dayanıqlı sülhə xidmət edən siyasət yürüdür və mövcud olduğu regionda terrorizmə ən az cəlb olunmuş ölkələrdəndir. Baxmayaraq ki, Əfqanıstanla oxşar və tarixi bağları olan xalqlara malikdir, amma  terrorizmin hansı ölkədə və hansı səviyyədə olması göz önündədir. Pakistan həm də Qarabağın 30 illik işğalı dövründə Azərbaycanın Qarabağ siyasətini dəstəkləyən ölkə idi. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan iki ölkədən biridir. Buna paralel olaraq, bu günə qədər Ermənistanı dövlət olaraq tanımayan çox az ölkələrdəndir. 44 günlük müharibə dövründə Pakistanın Azərbaycana dəstəyinin arxasında çox böyük ürək və məram dururdu.

İqtisadi münasibətlərə gəldikdə isə Pakistan Mərkəzi Asiyanın stabil və zəngin mədən resursları ilə bol ölkəsidir. Mərkəzi Asiya coğrafiyasında və Cənubi Qafqazda keçid yerdə yerləşən Pakistan və Azərbaycan Asiyadan Avropaya gedən yolda strateji mövqeyə malik ölkələrdir. Ümumilikdə, digər tərəfdaşımız olan Türkiyə ilə Asiya və Avropanın iqtisadi üçbucağında strateji bəndlərdir. Bu gün də bu əməkdaşlığın müxtəlif konfiqurasiyalarını görürük, amma əlbəttə ki, inkişaf etdiriləsi məqamlar var. Bilirik ki, digər sahələrdə olan əməkdaşlıqlar hərbi təşəbbüslərlə möhkəmləndirilməlidir. Hər iki tərəf bu istiqamətdə mesajlarını səsləndirib. Azərbaycan Kəşmir məsələsində Pakistanın haqq səsini dəstəkləyib. Mərkəzi Asiya regionunda müxtəlif əməkdaşlıq çərçivəsində Əfqanıstan-Pakistan sərhədində xoş təşəbbüslərimiz olub və bunu davam etdirmişik. Bu sadalananlar, ikili və üçlü əməkdaşlıqlar, hərbi müttəfiqliyə də gətirməlidir. İqtisadi layihələrimizi hərbi əməkdaşlıqla müdafiə etmək üçün bunu dünyaya nümayiş etdirməliyik. Bunun üçün də ən yaxşısı hərbi əməkdaşlıq formatıdır. Müasir dövrdə hərb sahəsində texnoloji nailiyyətin və inkişafın yeni alətlərilə müasir hərb mədəniyyəti formalaşır. Bu zaman baxışlar da yenilənir. Ənənəvi yanaşmalardan kənarda Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq yolları axtarılmalıdır.

Tərəflər ordu üçün kadrların hazırlanması, hərbi texnika və silah təchizatçısı, eyni zamanda birgə müxtəlif hərbi təyinatlı proseslərin iştirakçısı kimi mühüm funksiyaları həyata keçirir. Silahlı Qüvvələrin müasir hərbi texnika və silahlarla təchizi məsələsində, terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərmək üçün ölkələrin bu sahədə qarşılıqlı təcrübəsi əhəmiyyətli ola bilər.

- Azərbaycanın nüvə dövləti olan Pakistanla hərbi müttəfiqliyi bizə hansı dividentlər qazandıra bilər?

- Öncəliklə Pakistanın bir nüvə dövləti kimi müəyyən öhdəlikləri var. Bu öhdəliklərlə bağlı müstəqil seçim etsə də, müəyyən çərçivə mövcuddur. Bu sahədə əməkdaşlıq nüvə potensialın istifadəsi kimi deyil, digər çərçivədə ola bilər. Yəni, çox geniş şəkildə olmasa da texnoloji nailiyyət və ondan qarşılıqlı istifadə səviyyəsində əməkdaşlıq edə bilərik. Amma bunun mənfi və müsbət tərəfi də var. Bu çox güclü mesajdır, bu dünyəvi qaydalara uyğun, dünyəvi İslam ölkəsi olan Azərbaycanın ikinci bir İslam ölkəsilə olan əməkdaşlığıdır. Bu çox vacib və lazımlı mesajdır.

- Nəzərə alsaq ki, Pakistanın Türkiyə ilə də geniş əlaqələri var, nə zamansa, Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqı mümkündürmü? İslamabad Şuşa bəyannaməsinə qoşula bilərmi?

- Bu əməkdaşlığın üçtərəfli formatda həyata keçirilməsinin region və dövlətlərimiz üçün xeyirli olacağına inanıram. İstər Pakistan, istərsə də Türkiyə yerləşdikləri regionlarda stabillik faktoru kimi çıxış etdikləri üçün regional və beynəlxalq proseslərdə ölkələrimiz arasında üst-üstə düşən baxışlar və maraqlar bu formatı iqtisadi baxımdan da çox cazibədar edir .

Hər iki ölkə dinamik inkişaf mərhələsi keçən islam ölkələridir və onlar üçün dünyanın ən müasir, ən modern islam ölkəsi olmaqla yanaşı, regionlararası, xüsusilə Avropaya enerji tranzitində təşəbbüsçü və iştirakçı ölkə kimi Azərbaycanla əməkdaşlıq imkanları çox önəmlidir.

Bu üçtərəfli əməkdaşlıqdan doğan imkanlar üzv ölkələrin yerləşdiyi regionlar üçün də  əhəmiyyətlidir. Belə ki, Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya iqtisadi üçbucağı ölkələrinin iqtisadi imkanları Avropa ilə Çini birləşdirəcək bir koridor formalaşdıra biləcək.

Burada iki yanaşma var. Biri bəyannaməyə mənəvi qoşulmaq, digəri isə faktiki qoşulmaq. Mənəvi olaraq, Pakistan Türkiyə və Azərbaycanın Şuşa bəyannaməsində paylaşdığı bütün məqamları, bütün dəyərləri, mənəvi olaraq dəstəkləyir və bölüşür. 

Faktiki olaraq, təkliflər Azərbaycana və Pakistana müxtəlif zamanlarda gəlib, amma sırf bu istiqamətdə təkliflər mövcud olub. Azərbaycan da bunu xoş qəbul edib. Güclü hərbi əməkdaşlığın mövcudluğu və Şuşa bəyannaməsinə Pakistanın da qoşulması əlbəttə daha yaxşı olar. Hər üç ölkənin Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqazda olduqları regionda dayanıqlı inkişafa xidmət edən, təhlükəsizlik faktorunu təmin edən ölkələr olduğumuzu nəzərə alsaq, bundan ancaq dünya qazanır.

Məsələnin digər tərəfi isə odur ki, üç ölkənin əlaqələrinə münasibətdə çox böyük qısqanclıqlar ola bilər. Biri nüvə ölkəsi olan Pakistan, digəri hərbi imkanları çox yaxşı olan Türkiyə və üçüncüsü çox kiçik, amma iqtisadi nailiyyətləri çox böyük olan Azərbaycan.  

Azərbaycan ehtiyac yaransa, Kəşmir məsələsində Pakistana siyasi dəstək verə bilərmi?

- Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bu, Azərbaycanın sadəcə dost, tarixən mənəvi bağlı olduğu Pakistanın qardaşlıq maraqlarını qorumaq istəməsi deyil. Bunun üçün beynəlxalq hüquqda əsaslar mövcuddur. İndi beynəlxalq münasibətlərdə elə bir dövrdür ki, regional ölkələrin maraqların qorunması ilə konfliktlər həll olunmalıdır. Kəşmir problemi mövcud olduğu coğrafiyada da Cənubi Qafqazda Dağlıq Qarabağ problemi kimi bölgədə siyasi proseslərə çox təsir edən əsas alətdir. Bu, yalnız Hindistan-Pakistan münasibətlərində deyil, bu coğrafiyadakı bütün münasibətlərə təsir göstərir. Azərbaycanın bu məsələdə dəstəyi BMT səviyyəsində ola bilər, çünki beynəlxalq münasibətlərdə əsaslar mövcuddur. Bəs bu Hindistanla münasibətlərə təsir edə bilərmi? Bizim bu mövzuda Hindistanla münasibətdə itirəcəklərimiz Pakistanla münasibətdə əldə etdiklərimizlə müqayisəyə gəlmir.

Gülnar Səlimova

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Hamısı