Kəlbəcərdən sülh sənədinə açılan atəş Paşinyan nə etmək istəyir?

Analitika 15:13 26.07.2021

Son günlər erməni mətbuatı Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalamağa hazırlaşdığı barədə müxtəlif məlumatlar yayır. Məlumata görə, yeni sənəddə Azərbaycanla sülh sazişi və sərhədlərin delimitasiya və demarkasiyası nəzərdə tutulub. Ehtimal edilir ki, sərhəd delimitasiyası prosesində Sovet dövründə xəritələrin yaradıldığı vaxt deyil, SSRİ-nin dağıldığı dövr əsas götürüləcək. Ermənistandakı müxalif qüvvələr rəsmi Bakı ilə imzalanacaq hər hansı bir sülh sazişini Nikol Paşinyanın erməni xalqına növbəti xəyanəti kimi qiymətləndirirlər. Belə ki, onlar sülh sazişinə görə rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyacağını hesab edirlər.

Qeyd edək ki, Azərbaycanda da Ermənistanla imzalanacaq sülh sazişi gündəmdədir. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz mövqeyini ifadə edib. Lakin maraqlısı ondadır ki, sülh sazişi xəbərlərinin yayıldığı bir vaxtda, arıdıcıl şəkildə Azərbaycan-Ermənistan dövlət sərhədində, Kəlbəcər istiqamətində atəşkəs pozulur. 23 iyulda Ermənistan ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutur. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olur. Düşməni susdurmaq üçün açılan atəş zərbələri nəticəsində isə 3 erməni hərbi qulluqçusu ağır yaralanır. Eyni istiqamətdə 24 və 25 iyul tarixlərində yenə atəş səsləri eşidilir. Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqeləri snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutulur.

TƏCİLİ: Kəlbəcərdə atəşkəs pozuldu. Şəhidimiz var! - SİYASİ REAKSİYA -  YouTube

Bir tərəfdə silah səsləri, digər tərəfdə sülh danışıqları, Ermənistan və Azərbaycan hərb  və sülhün astanasında qalıb. Münaqişə davam edir, lakin bu münaqişə nə yeni müharibəyə çevrilir, nə də sülhlə aradan qaldırılır.

Məsələ burasındadır ki, müharibənin üzərindən 8 ay keçməsinə baxmayaraq, hələ də Azərbaycanla Ermənistan arasında ikitərəfli sülh danışıqlarına start verilməyib. Və hər dəfə sülhə doğru bir addım atılanda sülh niyyətləri atəş zərbələrinə tuş gəlir. Rəsmi İrəvan həm Azərbaycanla sülhə hazır olduğunu bəyan edir, həm də dövlət sərhədində və Qarabağda ardıcıl təxribatlar törədir. Bəs kim Azərbaycanla Ermənistan arasında yekun sülhün imzalanmasını istəmir?

Əvvəlcə, oradan başlayaq ki, bunu heç Paşinyanın özü də indiki məqamda arzulamır. Məqalənin girişində qeyd etdiyimiz xəbərə diqqət edin. Erməni mətbuatı yekun sülhə imza atacağına görə indidən siyasi mənada Nikolu “dar ağacı”na çıxarıb. Paşinyan bir tərəfdən sülhü imzalaraq Qarabağ problemini tarixin dərin qatlarına basıdırıb, Azərbaycan və Türkiyə ilə ikitərəfli iqtisadi münasibətləri bərpa etmək, Rusiyanın Ermənistandakı təsirini zəiflətmək arzusundadır. Lakin erməni ictimaiyyəti bu sülhə hazır deyil. Bəli, az-çox ermənilər Qarabağsızlıqla barışıblar, lakin Xankəndidə dalğalanan separatçı rejimin bayrağı onlar üçün sonuncu ümid, mənəvi qürurdur. Ermənilər hələ də Qarabağın beynəlxalq ictimaiyyətin nəzarətində yüksək muxtariyyətə sahib olacağının ya da müstəqil bir dövlət kimi tanınacağının xəyallarını qururlar. “Demokrat” Paşinyan da xalqın bu arzusuna arxa çevirə bilmir, ona görə yenə də Azərbaycan prezidentindən vaxt istəyir.

İlham Əliyev isə “ya sülh, ya da Qərbi Zəngəzur” deyir. Çünki artıq Bakının ermənilərlə danışıqlara, diplomatik və informasiya savaşları aparmağa vaxtı və həvəsi yoxdur. Müharibə bitib və Azərbaycan zəfər çalıb. Ermənistanla imzalanan atəşkəsin (birgə bəyanat) də şərtləri var və ermənilər əvvəl bu şərtləri yerinə yetirməli, daha sonra Azərbaycanla danışıqlara başlayıb sərhəd delimitasiyasını həyata keçirməli, nəhayət Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sülh sazişinə imza atmalıdır. Ən azından Bakının mövqeyi belədir.

Paşinyan Bakının yeni hücum diplomatiyasını görür və vaxt qazanmaq üçün hərbi təxribatlar kartına əl atır. Bu təxribatlar Ermənistanın üç hədəfinə yönəlib:

Birincisi, Ermənistan sözügedən təxribatlarla Azərbaycanla sərhəd delimitasiyasını həyata keçirmədən rus sülhməramlılarının Azərbaycan-Ermənistan dövlət sərhədinə yerləşdirilməsini istəyir. Paşinyan dəfələrlə bu məsələ barəsində Rusiya prezidenti Vladimr Putinə müraciətlər edib. Lakin Moskva dəqiq sərhədlər müəyyənləşmədən “mübahisəli ərazi”lərə girib, atəş altında qalmaq istəmir. Rəsmi İrəvan Naxçıvan və Kəlbəcər istiqamətində hərbi vəziyyəti gərginləşdirməklə rus sülhməramlılarının sərhəddə yerləşməsinin “həyati” əhəmiyyətə malik olduğunu sübuta yetirməyə çalışır. Bu plan baş tutarsa, Ermənistan həm Azərbaycanın mümkün hücumlarından qorunacaq, həm də sülh danışıqlarını istədiyi vaxta qədər uzada biləcək.

İkincisi, Ermənistan sözügedən təxribatları törətməklə birlikdə, atəşkəsi Azərbaycanın pozduğunu iddia edir. Bunu Erməni lobbisinin də yardımı ilə beynəlxalq aləmdə Azərbaycanın “erməni demokratiyası”na atdığı güllə kimi şərh edir və Qərbdəki dostlarının dəstəyini qazanmağa çalışır.

Üçüncüsü, Ermənistan bu təxribatlarla Azərbaycanla Ermənistan arasında münaqişənin davam etdiyini nümayiş etdirir və “münaqişənin həlli naminə” yaradılmış Minsk Qrupunun yenidən dirilməsini planlaşdırır.

Yekunda isə Paşinyanın əlindəki sonuncu kart “Qarabağın statusu” kartıdır. Paşinyan Misnk Qrupunun dirilməsi ilə ümid edir ki, Azərbaycan ABŞ, Fransa və Rusiyanın təzyiqləri ilə Qarabağın statusu məsələsində güzəştə gedəcək. Getməsə belə, Minsk Qrupu daim vaxt qazanmaq üçün əlverişlidir. Paşinyan düşünür ki, bu qrup 28 il ərzində Azərbaycanı necə yubatmışdısa, bu dəfə Xankəndi məsələsində eyni işi görə bilər.

Ona görə də Paşinyan İlham Əliyevin dəfələrlə səsləndirdiyi sülh çağırışlarına “qoşulur”, necə qoşulmasın? Bir halda ki, dövlət başçısı az qala görüşdüyü bütün siyasi liderlərə ölkəsinin Ermənistanla sülhə hazır olduğunu bildirir. Paşinyan da Əliyevin bu çağırışına qoşulmaq məcburiyyətində qalır, bəli deyir, biz də sülhə hazırıq, amma...

Amma varsa, deməli şərt də var və Paşinyan yaxşı bilir ki, Bakı onun şərtini yerinə yetirməyəcək. Sözügedən şərt isə Qarabağın statusunun tanınması şərtidir. Bakı isə Prezident İlham Əliyevin timsalında statusu çoxdan “basdırıb”. Bunu Paşinyan da bilir, lakin vaxt qazanmaq üçün başqa çarəsi yoxdur.

Bakı Paşinyana sadəcə iki seçim təqdim edir: Hərb və Sülh. Məsələ burasındadır ki, mövcud şərtlər altında həm sülh, həm də hərb (müharibə), Paşinyan üçün dar ağacına gedən yolu ifadə edir. Devrilmək, 44 günlük müharibədə məğlub olduğuna görə “xəyanətdə” ittiham edilmək, həbsə göndərmək istədiyi siyasətçilər tərəfindən həbsə göndərilmək, bütün bunlar Paşinyanın qorxulu yuxusudur, dar ağacı qədər qorxulu bir yuxu...

Nicat İsmayılov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Hamısı