Ermənistanın atəşkəsi pozmaqda məkirli planı Yerevan üçtərəfli bəyannamənin dəyişdirilməsində Qərbə etibar eləyir

Analitika 17:00 28.07.2021

Son vaxtlar Ermənistan-Azərbaycan sərhəddində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında intensiv atışmaların ciddi çəkildə artmasına şahidi oluruq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 28-də səhər saatlarında Ermənistanla sərhədin Kəlbəcər istiqamətdə Azərbaycan hərbi birləşmələrinin mövqeləri Ermənistanın Bazarkeçər (Vardanes) rayonunda yerləşən hərbi mövqeləri tərəfindən atəşə məruz qalıb. Lakin buna baxmayaraq, ordumuzun cavab tədbirləri nəticəsində düşmən qüvvələri yerində otuzdurulub.  

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, ciddi qarşı durmalarda Ermənistan tərəfinin üç əsgəri zərərsizləşdirilib və dörd əsgəri yaralanıb. Azərbaycan tərəfinin isə yalnız iki əsgəri yaralanıb. Bununla bərabər Azərbaycan ordusu həmin istiqamətdə yerləşən düşmən mövqeylərindən birini nəzarətə götürüb.

Qeyd etmək lazımdır ki, iyulun 23 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasının əhəmiyyətini vurğulayıb. Prezident müharibənin artıq bitdiyini və Ermənistanla sülh müqaviləsinin imzalamağın zəruri olduğunu bildirib. Bu müqavilədə əsas şərtlərdən biri Ermənistan və Azərbaycanın  bir-birinin ərazi bütövlüyünün tanımasıdır.

Lakin, Azərbaycanın sülh təklifi irəli sürdüyü vaxtda Ermənistan hərbi qüvvələri Azərbaycanla sərhəddə, xüsusən Kəlbəcər və Naxçıvan istiqamətdə, eləcədə Rus sülhməramlı qüvvələrinin nəzarəti altında olan Qarabağ ərazisində qeyri-qanuni erməni hərbi birləşmələri Azərbaycan ordusunun mövqeylərini atəşə tutublar.

Ermənistanın Azərbaycanla sülh danışıqlarına oturmaq əvəzinə regionda vəziyyəti gərginləşdirməkdə məqsədi nədir? Ermənistan üçtərəfli noyabr bəyannaməsinin öhdəliklərini pozmaqla nəyə nail olmaq istəyir? Ermənistanın bu cür provokativ insidentləri davam etdirəcəyi təqdirdə, bundan sonra hansı ciddi reaksiyalarla üzləşəcəyi gözlənilir?

Beynəlxalq Münasibətlərin Təhlili mərkəzinin xarici siyasət məsələləri üzrə eksperti Cavid Vəliyev EDnews-a verdiyi açıqlamasında bildirib ki, Ermənistanın bu cür təxribatları törətməsində əsas məqsədi 10 noyabr bəyannaməsinin tələblərini dəyişdirməkdir

Cavid Vəliyev — Vikipediya

 

Cavid Vəliyev qeyd edib ki, Yerevan bu üçtərəfli bəyannamənin dəyişdirilməsində Qərbə etibar eləyir.

“Bu məsələnin üç səbəbdən irəli gəlməsini düşünürəm. Ermənistan rəhbərliyi noyabrın 10-da imzalanan üçtərəfli bəyannamənin tələblərini dəyişdirmək istəyir. Dəfələrlə qeyd edirlər ki, bu bəyannamənin şərtlərini bəyənmirlər. Lakin, realığı nəzərə alanda bu mümkün deyil. Azərbaycan və Rusiya tərəfi üçtərəfli bəyannamənin alternativinin olmadığını bildirirlər. Bu səbəbdən Ermənistan bu məsələdə Qərbə etibar eləyir”, -deyə Vəliyev bildirib.

Regionda baş verən hazırki proseslərdə Qərbin rolunu dəyərləndirən ekspert hesab eləyir ki, Qərb, xüsusən Fransa timsalında bəzi qüvvələr regionda Azərbaycan və Türkiyənin geosiyasi realığı dəyişdirməsindən narahatdırlar.

“Fransa və bir sıra qüvvələr Türkiyənin Cənubi Qafqazda siyasi və hərbi təsirinin güclənməsini narahatçılıqla qarşılayırlar. Bununla belə, Qərb dövlətləri Qarabağın status məsələsini mütamadi olaraq dilə gətirirlər. Onlar hesab eləyirlər ki, bu məsələ hələ də bitməyib. Lakin, burada qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev status məsələsinin bitdiyini dəfələrlə bildirib”, ekspert qeyd edib.

C.Vəliyev onu da vurğulayıb ki, Ermənistan işğaldan azad edilmiş ərazilərə daxili və xarici səfərlərin qarşısını almaq istəyir.

“Son dövrlərdə işğaldan azad edilmiş ərazilərə daxili və xarici səfərlər artıb. Bu səfərlər onu göstərir ki, beynəlxalq aləm Qarabağı Azərbaycanın ərazi bütövlüyü kimi tanıyır. Ermənistan sərhəddə vəziyyəti gərginləşdirməklə Qarabağ regionunun təhlükəsiz zona olmamasını göstərməyə çalışır. Bununla bərabər Ermənistan Qarabağda gedən yenidənqurma və bərpa işlərinə də mane olmaq üçün bu cür reaksiyalar verir”, deyə Vəliyev bildirib.

Ekspert Ermənistanın bu cür təxribatları davam etdirəcəyi təqdirdə, heç nəyə nail olmayacağını bildirib.

“Ermənistan ordusu sərhəddə Azərbaycan ordusu tərəfindən ağır cavablara məruz qalıb. Ermənistan mətbuatının məlumatına görə, erməni tərəfi qarşıdurmalarda dörd əsgərini itirib. Ermənistan ordusu 44 günlük müharibədə darmadağın olubdur. Müharibədən sonra çox ciddi problemlərlə üzləşib.Bir nəticəyə nail olacaqlarını düşünmürəm”.  

“Ermənistan Azərbaycanla sülh sazişini imzalamalıdır. Bunun başqa alternativ yoxdur. Ermənistan rəhbərliyi üçtərəfli noyabr bəyannaməsinin şərtlərinə əməl etməlidir. Əks-təqdirdə ciddi şəkildə cəzalandıralacaqdır”, - deyə əlavə edib.

Sonda C.Vəliyev Paşinyan hakimiyyətinin Qərb dövlətlərinin, xüsusən Fransanın regiona daxil olmasına çalışdığını da bildirib. Paşinyan regionda gedən son proseslərdə Qərbin rolunu görmək istəyir.

“Hesab eləyirəm ki, Ermənistan iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası üzrə üçtərəfli komissiyanın qurulmasına qarşı çıxmaqla regiona Qərbi daxil etmək məqsədi güdür. Bildiyimiz kimi, Ermənistan regional nəqliyyat və kommunikasiların qurulması üzrə üçtərəfli işçi qrupunda fəaliyyətini dayandırıb.  Bu cür siyasət  yürütməklə Paşinyan regiona Fransanı daxil etmək istəyir. Yerevan vətən müharibəsindən sonra geosiyasi realığı öz lehinə dəyişdirmək istəyir. Lakin, böyük səhv eləyir.  Bunun nəticəsi Ermənistan üçün ağır olacaq”, deyə ekspert tamamlayıb.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı