Erməni xalqı Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasına müsbət reaksiya verəcək Politoloq

Analitika 13:18 05.08.2021

Ermənistanda bundan sonra Paşinyanın mövqeyi daha da möhkəmlənəcək. Ola bilsin ki, Ermənistan yaxın gələcəkdə Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlərin qurulması üçün müəyyən addımlar atacaq. Bu sözləri EDnews.net-ə Ermənistan parlamenti tərəfindən yenidən formalaşan Paşinyan hökumətinin növbəti dönəmdə regional təhlükəsizlik siyasətində atacağı addımları şərh edən politoloq Zərdüşt Əlizadə bildirib.

Qeyd edək ki,  avqustun 2-də Nikol Paşinyan Prezident Armen Sarkisyan tərəfindən ölkənin yenidən baş naziri təyin edilib. Hal-hazırda Ermənistan parlamentində yeni hökümətin qurulması üçün səsvermə prosesləri gedir. Artıq səsvermə nəticəsində hökümətin bəzi üzvləri müəyyənləşib.

Ermənistan konstitusiyasına görə, Ermənistanda yeni hökumət 15 gün ərzində qurulur.

Ümumiyyətlə, müharibədə ağır məğlub olmasına baxmayaraq, yenidən hakimiyyətə gələn Nikol Paşinyanın bundan sonra regional sülh və təhlükəsizlik üçün hansı addımları atacağı gözlənilir?  Paşinyan hökumətinin  Azərbaycanla tez bir zamanda  sülh danışıqlarına qatılacağı nə dərəcədə realdır? Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasına nə reaksiya olacaq?

Zərdüşt Əlizadə: “Vəziyyət gərgindir. Rusiya hərbi müdaxilə etsə...” »  Reyting.az

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Ermənistanda Paşinyan öz mövqeyini möhkəmləndirdikdən sonra ölkəsinin və xalqının manefiyinə cavab verən tədbirlər görməlidir. Bu tədbirlər arasında ilkin olaraq Azərbaycana və Türkiyəyə münasibət dəyişməlidir.

“Paşinyanın ölkəsinin rifahı və inkişafı üçün görəcəyi ilk prioritet addım Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması olacaq. Nə hərb, nə sülh vəziyyətinə son qoyulmalıdır. Ermənistan və Azərbaycan arasında münaqişələrə və qarşıdurmalara son qoyan müqavilə imzalanmalıdır. Lakin, müqavilədə ilkin olaraq iki dövlət arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması nəzərdən keçirilməlidir”, - deyə Z.Əlizadə bildirib.

Politoloq Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının baş tutacağı təqdirdə, bunun Rusiyanın vasitəçiliyi ilə həyata keçiriləcəyini qeyd edib.

“Təbii ki, iki ölkə arasında sülh məsələləri üzrə danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılacaq. Ona görə ki, Moskva bu bölgədən əl çəkmək niyyətində deyil. Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından sonra iki dövlət arasında qarşıdurmalara son qoyulacaq. Erməni xalqının Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşmasına müsbət reaksiya verəcəyinə əminəm”, - deyə politoloq qeyd edib.  

Ermənistanın Azərbaycanla sərhəd ərazilərində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi ehtimalına toxunan Z.Əlizadə hesab edib ki, iki dövlət arasındakı sərhədə başqa dövlətin sülhməramlılarının cəlb olunması  üçün heç bir səbəb yoxdur.  Politoloqun fikrinə görə,  Azərbaycan Ermənistanla müharibəni sərhəddə yox, öz ərazisi Qarabağda aparıb.  

“Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağın ermənilərin yaşadığı ərazilərdə fəaliyyət göstərir. Azərbaycan Ermənistanla sərhəddə müharibə aparmayıb ki, sülhməramlı qüvvələrə ehtiyac olsun. Azərbaycan öz ərazisində hərbi əməliyyatlar aparıb və işğal altında olan  torpaqları azad edib”.

“Hesab edirəm ki, bu məsələdə başqa bir siyasət müəyyənləşəcəkdir. Ermənistan və Azərbaycan hökumətləri sərhədlərin delimitasiyası haqqında danışıqların aparılmasına razılıq verəcəklər. Delimitasiya zamanı sərhəddə mübahisəli ərazilər həll olunacaq və hər iki tərəfin mövqeləri müəyyən ediləcəkdir. O ki qaldı Ermənistanın Azərbaycanla sərhəd ərazilərində öz ordusunun və ya hər hansı bir dövlətin hərbi qüvvələrinin yerləşdirməsinə o onun öz işidir. Əsas odur ki, iki qonşu dövlət sərhədlərin delimitasiyası barədə razılığa gəlsinlər. Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyasını həll etdiyi təqdirdə, Dağlıq Qarabağda qalan minlərlə erməni qoşunları öz mövqelərinə geri çəkiləcəkdir”, deyə o, əlavə edib.

Politoloq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə üçtərəfli komissiyanın qurulması ehtimalının olduğunu da bildirib.

“Sərhədlərin delimitasiyası üzrə üçtərəfli komissiya qurula bilər. Bu tərəflərin razılığından aslıdır. Bu komissiyanın əsas subyektləri Ermənistan və Azərbaycan olacaq. Əlbətdə ki, bu komissiyada əsas vasitəçi ölkə Rusiya olacaq. Ermənistan və Azərbaycan rəsmiləri danışıqlarda Rusiyanın iştirakını rəsmiləşdirəcəklər. Rusiya mütəxəssisləri Ermənistan və Azərbaycan arasında sərhəd xətlərinin həm coğrafi, həm də hüquqi səviyyədə müəyyən olunmasında iştirak edəcəklər. Onu da deyim ki, sərhədlərin delimitasiyası və demarkasiyası sadə məsələ deyil. Uzun müddət ərzində həll olunası bir məsələdir. Məsələn, Moskva və Bakı arasında Rusiya-Azərbaycan sərhədində mübahisəli ərazilərin həlli üçün 20 il danışıqlar aparılıb. O demək deyildi ki, biz düşmən idik. Delimitasiya prosesi zamanı mütəxəssislər müəyyənləşdirilməlidir, xəritələr hazırlanmalıdır və işçi qrupu yaradılmalıdır. Delimitasiya tərəflərin xoş niyyətindən aslıdır. Bu prosesi düşmənçilik əhval-ruhiyyəsində aparmaq qeyri-mümkündür. Ermənistan və Azərbaycan hökumətləri sakit və ağıllı başla sərhədlərin delimitasiyasını həll etməlidir. Delimitasiyadan sonra demarkasiya işlərinə başlanılmalıdır,” – deyə politoloq vurğulayıb.

Sonda Z.Əlizadə Ermənistan parlamentinin sədr müavini seçilmiş Hakob Aşhakyanın regional sülhlə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. H.Aşhakyan sədr müavini seçilməmişdən qabaq parlamentdə çıxışında Ermənistanın blokadadan çıxarılmasının və regionda uzun müddətli sülhün qoyulmasının vacibliyini vurğulayıb. Erməni deputat regional sülh və sabitliyin möhkəmləndirilməsinin Ermənistan hökumətinin əsas prioritetlərdən biri hesab edib.

“Ermənistan hakimiyyəti sülhlə bağlı xoş niyyətlərini həyata keçirməlidir. Ermənistanın blokadadan yeganə çıxış yolu, eləcə də erməni xalqının rifahının təmin edilməsi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasından keçir”,  – deyə politoloq tamamlayıb.

Yunis Abdullayev

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı