Ermənistan ciddi revanşa hazırlaşır

Analitika 10:22 19.08.2021

Ermənistan-Azərbaycan dövlət sərhədlərinin bəzi hisssələrində, xüsusən də  Kəlbəcər və Naxçıvanda vəziyyət gərgin olaraq qalır. May ayının ortalarından bu yana atəşkəsin pozulması mütəmadi hal alıb və qarşılıqlı itkilərlə müşayiət olunmaqdadır. Heç şübhəsiz, Ermənistanın belə fəallaşması ilk növbədə onun 10 Noyabr tarixli üçtərəfli bəyanatda üzərinə götürmüş öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması anlamına gəlir. Nikol Paşinyanın yenidən baş nazir seçilməsi Ermənistanın ictimai-siyasi həyatında onun mövqelərinin güclənməsinə səbəb olub. Xalqın ehtmadı nəticəsində seçkilərdə qələbə qazanmaqla o, müxalifət liderlərini “yerində oturtmağa” və ölkədə siyasi hərc-mərcliyə son qoymağa, parlamentdə üstünlüyü ələ keçirməklə müxalifətin qərar qəbul etmə prosesinə mümkün təsirlərini minimuma endirməyə nail olub.

Seçkilər yolu ilə daxildəki xaosu aradan qaldırdıqdan sonra, N. Paşinyan 10 noyabr kapitulyasiya aktına atdığı imzaya görə Ermənistanda itirdiyi nüfuzu bərpa etmək məqsədilə əvvəlki kompromis mövqedən geri çəkilmək xətti yürütməyə başladı. Bunun təzahürünü həm də onun yeni kabinetində müdafiə naziri postunu tutan Arşak Karapetyanın sərhədi keçmək istəyən Azərbaycan əsgərini dərhal öldürmək əmri verməsində görmək olur. 

Şübhəsiz onu kompromissiz davranışa vadar edən səbəblər arasında parlament seçkilərində qazandığı legitimlikdən savayı, bəzi regional və transregional pozucu qüvvələrin xeyir-duasını da qeyd etmək lazımdır.  

N.Paşinyanın belə güzəştsiz davranış nümayış etdirməsi onun danışıqlar prosesi ilə əlaqəli olmasına da dəlalət edir. O, Ermənistan-Azərbaycan dövlət sərhədinin müəyyən hissələrində gərginliyi saxlmaqla bir tərəfdən Ermənistan Ordusunun varlığını xatırlatmağa, digər tərəfdən bu yolla danışıqlar masasında qismən də olsa mövqeyini möhkəmləndirməyə, qeyd-şərtsiz diqtələri qəbul etməməyə çalışır. Hərbi-siyasi gərginliyi dövlət sərhədlərinə çıxartmaqla və tez-tez “mayın 12-də Azərbaycan ordusu suveren Ermənistanın ərazisinə daxil olub və bu günə kimi oranı tərk etmir” fikirlərini səsləndirməklə bir tərəfdən ölkəmizi “onun ərazi bütövlüyünü pozduğunu dünya ictimaiyyətinə catdırmaqla” ölkəmizi gözdən salmağa və bu məsələni Fransanın əli ilə BMT TŞ-na çıxarmaq niyyəti güdür.

Digər tərəfdən, N.Paşinyan bu prosesə KTMT-ni və ATƏT-in monitorinq Qrupunu cəlb etməyi planlaşdırır. Stanislav Zasla görüşündə N.Paşinyan KTMT-nin mexanizmlərinin təkmilləşməsinə ehtiyacın olduğunu bildirib. Gələn aydan KTMT-yə sədrlik növbəti il üçün Ermənistana veriləcək. Ermənistanın məhz bu təşkilatın mexanizmlərindən ölkəmizə qarşı yararlanmaq istəyi şübhə doğurmur. Görüş zamanı N.Paşinyan may ayından başlamış və davam edən sərhəd insidentində KTMT-nin onlara kömək etməməsini üstüörtülü şəkildə belə dəyərləndirib: “Əlbəttə ki, xüsusi vəziyyətlərdə çox spesifik hərəkət mexanizmləri var. KTMT-də ilk dəfə belə bir konkret vəziyyətlə qarşılaşırıq və düşünürəm ki, bu təşkilatın mexanizmlərinin səmərəliliyini daha da artırmaq üçün bu vəziyyəti çox diqqətlə öyrənməliyik”.

Ermənistanın hazırkı şəraitdə attdığı bəzi addımlar onun ciddi revanşa hazırlaşmasına dəlalət edir və bu prosesdə rəsmi İrəvanın tək olmadığı şübhə doğurmur. Həmin addımlar aşağıdakılar hesab edilir:

  1. Ermənistanın avqustun 25-dən noyabrın 25-nə kimi təqribən 2000 rezervisti təlim məşqlərinə cəlb etmək haqında qərara qəbul etməsi. Bu qərar 2 sərəncamda öz əksini tapıb. Birinci sərəncama əsasən, təlimlərə 10 ixtisas (motoatıcı, raket və artilleriya, rabitə, kəşfiyyat, mühəndislik, hava hücumundan müdafiə, elektron mübarizə və s.) üzrə 800 vətəndaş: siravi, gizir və zabitlər cəlb ediləcək.

Müdafiə Nazirliyi tərəfindən hazırlanan ikinci sənədə müvafiq olaraq 25 avqustdan - 25 noyabra qədər motoatıcı, raket və artilleriya, rabitə, kəşfiyyat və mühəndislik ixtisasları üzrə 2100-dən çox rezervist toplanış məntəqəsinə çağırılacaq. Eyni zamanda, hökumət 110 avtomobili də toplanış məntəqəsinə cəlb etmək niyyətindədir.

  1. Yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan Ordusuna sərhədi pozan Azərbaycan əsgərinə qarşı daha sərt tədbirlərin görülməsi barədə əmr verməsi.
  2. Rusiyanın Ermənistan Ordusunun modernizasiyasına kömək etməyə hazır olduğunu bəyan etməsi.
  3. Ermənistanın BMT-dəki rəsmi nümayəndəsinin Azərbaycana qarşı qərəzli faktların yer aldığı məktubu BMT TŞ-yə ünvanlaması və bunu həmin qurumda Fransa nümayəndəsi vasitələ həyata keçirməsi. Həmin sənəddə guya Azərbaycan Ordusunun Ermənistan ərazisinə daxil olması və onu hərbi təhdid etməsi faktına vurğu edilir.
  4. Ermənipərəst konqresmenlər Frenk Pallone, Adam Şift, Ketrin Klarkın Nümayəndələr palatasında ABŞ-ın Azərbaycana hərbi yardımlarının dayandırılması istiqamətində iş aparması.
  5. ABŞ-ın münaqişənin nizamlanmasında ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək istəyi.
  6. Ermənistan sentyabrda KTMT-yə sədrlik edəcək və bu təşkilatın mexanizmlərindən öz revanşist məqsədləri üçün istifadə etmək niyyəti.
  7. Ermənistan Silahlı Qüvvələri tərəfindən modernləşdirilmiş Osa-AK zenit-raket sisteminin döyüş atışları ilə sınaqlarının keçirilməsi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 44 günlük müharibədə ən zəif nöqtələrindən biri olan hava hücumundan müdafiə sistemində boşluqları doldurmaq məqsədi güdür.

Ermənistan rəhbərliyinin həyata keçirdiyi bu tədbirlər heç də onun irimiqyaslı hərbi əməliyyatlara hazırlaşması kimi izah edilə bilməz. Çünki İkinci Qarabağ müharibəsində şəxsi heyətinin 85 faizini və təqribən 4 milyard dollar həcmində hərbi texnikasını itirmiş Ermənistanın yaxın illərdə hətta öz havadarlarının dəstəyi ilə belə Azərbaycan üzərində cüzi nailiyyət qazana bilməsi absurddur. Düzdür düşmən ölkə Rusiya, İran və Fransanın əli ilə qeyri-leqal yollarla silahlana bilər. Lakin Azərbaycanın da öz hərbi qüdrətini daha da artıracağı inkar edilmir. Buna misal olaraq bu yaxınlarda ölkəmizin İsraildən 2 milyard dollar həcmində yeni silahlar alacağı barədə məlumatın KİV-ə yayılmasını qeyd etmək olar. Bundan əlavə, Azərbaycanla Türkiyə arasında intensiv təlimlərin keçirilməsi və ilin sonunda bu təlimlərə Gürcüstan və Pakistanın qoşulacağı Silahlı Qüvvələrimiz döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi taşırıqların peşəkarcasına yerinə yetirilməsi qabiliyyətinin yüksəldilməsinə dəlalət edir.  

Hərbi potensialın artırılmasından savayı, Azərbaycanın kifayət qədər “yumşaq güc” vasitələri mövcuddur ki, Dağlıq Qarabağın “ermənisizləşdirilməsi” istiqamətində ciddi nailiyyətlər qazana bilsin. Onlardan biri içməli su amilidir. Son bir neçə gündə Xankəndində şəhərin 30%-i susuz qalıb. Ərazidə su saatla verilir. Eyni zamanda, avtomobil yuma məntəqələrinin işi dayandırılıb.

“Şərəfim var” blokunun deputatı Tiqran Abramyan Ermənistan parlamentinin avqustun 17-də keçirilən növbədənkənar iclasında bildirib ki, ermənilərin nəzarətində olan Qarabağ ərazisindəki çay mənbələrinin 98 faizi hazırda Azərbaycanın nəzarətindəki Kəlbəcər rayonu ərazisindədir. Deputatın sözlərinə görə, bu fakt artıq həm Qarabağ, həm də Ermənistan üçün bir böhrana işarədir, çünki bu birbaşa Sevan (Göyçə) problemi ilə bağlıdır.

Su böhranı ilə əlaqədar şəhərdə Sovet dövründən qalan artezian quyularının yenidən istismarına başlanılıb. Şəhər sakinlərinin çoxu Ermənistana, xüsusən Gorus və Sisiana köçür. Deməli Xankəndinin “su blokadasını” təşkil etməklə şəhərin boşalmasını sürətləndirmək mümkündür.

Zəfər Nəcəfov

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Hamısı