Müxaliflərin reaksiyası Ermənistanın ziyanınadır və siyasi hakimiyyətə təzyiq formasıdır Politoloq

Analitika 16:34 26.10.2021

Ermənistanın sabiq müdafiə naziri, hərbi cani və hazırda parlamentdə müxalifəti təmsil edən Seyran Ohanyan jurnalistlərə geniş açıqlama verib. O, bölgədə kommunikasiyaların açılması nəticəsində Ermənistanın “daha dərin blokadaya” düşəcəyini bildirib: “Bu, özünü iqtisadi təzyiqdə (Azərbaycan tərəfindən - red.) və ən ağrılısı – Sünikin və Qekarkunikin (Zəngəzur və Göyçə - red.) demoqrafik xəritəsinin dəyişməsində göstərəcək”.

Ohanyan iddia edib ki, türklər və azərbaycanlılar iqtisadi inkişaf, əlaqələrin bərpası və s. adlarla Ermənistana axışacaq və demoqrafik durumu kökündən dəyişərək, Ermənistanın və Qarabağın gələcəyini sual altında qoyacaq.

Daha sonra Ohanyan bu gedişlə Ermənistanın “türkləşdiriləcəyini” söyləyib və noyabrın 9-da Moskvada keçiriləcəyi deyilən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü barədə pessimist danışıb: “Artıq bu gün hakimiyyət ortaya belə bir tezis atıb ki, noyabrın 9-da keçiriləcək görüşdə yenə hansısa kapitulyasiya sənədi imzalanacaq və bu sənəd qlobal mənada, onların dediyinə görə, “regionda sülhü möhkəmləndirəcək”. “Sülh” düşmənin ərazi bütövlüyünün tanınması deməkdir, ərazi bütövlüyünün tanınması isə “artsax”ın (Qarabağın - red.) öz müqəddəratını təyin etməsinin üzərindən xətt çəkilməsi anlamı daşıyır”.

Məsələ ilə bağlı politoloq Əhməd Əlili EDNews.net-ə açıqlama verib.

Onun sözlərinə görə, Ermənistanda çox zaman bu cür vacib sənədlərin imzalanması ərəfəsində liderin kim olmasından asılı olmayaraq, ona qarşı müəyyən təzyiqlər formalaşdırılır: "Bu təzyiqlər də ilk növbədə danışıqların məzmununun açıqlanmasından ibarət olur. 1997-98-ci illərdə Levon Ter-Petrosyana qarşı da vacib sənədlərin ərəfəsində Ermənistanın daxilində və yaxud mətbuatda çıxan məqalə nəticəsində vəziyyət kifayət qədər qəlizləşdi. Nəticədə, o zamankı prezident L. Ter-Petrosyanın istefaya getməsini gördük. İndinin özündə də Ohanyanın və ya digərlərinin dediyi məqamlar imzalanacaq sülh müqaviləsinə reaksiya kimi ortaya çıxıb. Bu reaksiya Ermənistanın ziyanınadır və indiki siyasi liderliyinə qarşı bir təzyiq formalaşdırmağa çalışırlar”.

Politoloq bildirib ki, Ermənistan hal-hazırda blokadadır və kommunikasiyaların açılması ona iqtisadi, siyasi və digər imkanlar yaradacaq: “Ermənistandakı hazırki proseslərdə Ermənistan cəmiyyətini liderə qarşı qoymaq üçün bu cür tezislərdən istifadə olunur. Düşünürəm ki, demoqrafik prosesin dəyişməsi artıq gedir. Son 30 ildə biz ermənilərin sayına baxsaq, Ermənistan doğumlu ermənilərin böyük əksəriyyətinin Rusiya və digər ərazilərə köçdüyünü görürük. Ermənistan ərazisinə Suriyadan və digər ərazilərdən insanları köçürüb, onların bu ərazilərdə yaşamasını təmin etməyə çalışılır. Amma demoqrafik göstəricilər daxildə Azərbaycan və Türkiyənin xeyrinəmi dəyişəcək? Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycan arasında böyük sülh müqaviləsi imzalandıqdan sonra oradan qovulmuş azərbaycanlıların geri qayıtmasına nəzarət olacaq. Oradan çıxan azərbaycanlılar əgər bir ailə idilərsə, hal-hazırda artıq yeddi-səkkiz ailədirlər. İstər-istəməz Ermənistana qayıdanda biz görə bilərik ki, Ermənistan iqtisadiyyatında, demoqrafiyasında tamam yeni bir mənzərə meydana çıxacaq. İmzalanan müqavilə sadəcə bu prosesi daha da sürətləndirə bilər. Və bu məsələdə Paşinyan deyil, əvvəlki liderlər vacib rol oynayıblar”.

Ə. Əlili qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sənədi hələ uzun müddət müzakirə edilməli olan sənəddir: “Hələ illər lazım olacaq ki, Azərbaycan və Ermənistan cəmiyyətlərinin bu istiqamətdə irəliləməsini təmin etmək üçün müəyyən bir nailiyyət əldə olunsun. Bu, əlbəttə ki, hər iki tərəfin cəmiyyətinin verəcəkləri qərardan asılı olacaq. Amma yaxın zamanda imzalanacaq sənəd daha çox sərhədlərin demarkasiyası və dəhlizlə bağlı olacaq ki, bu çox vacib məqamdır. Əgər Ermənistan Azərbaycan sərhədlərini tanıyacaqsa, bu özü avtomatik olaraq Qarabağın Azərbaycan tərkibində tanınması deməkdir. Düşünürəm ki, Azərbaycan olaraq Ermənistan liderinin belə bir sənədi imzalamasından böyük qazanc əldə edəcəyik. Ona görə də, ümumiyyətlə Ermənistan çalışacaq ki, bu sənədlər imzalanmasın və bu sənədlərin əleyhinə getsin. Reallıqda isə Rusiyaya bu istiqamətdə işlərin görülməsi sərf edir, Ermənistanla əlaqələrin meydana çıxması üçün ciddi cəhdlə çalışır. Düşünürəm ki, Ermənistan yalnız özü üçün sərfəli olan hər hansı bir bənd irəli sürsə belə, Rusiya çalışacaq ki, məsələ çox sürətlə həll olunsun”.

Gülnar Səlimova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Hamısı