“Omikron” COVID hekayəsinin sonunun olmadığını izah edən bir vasitədir Britaniyalı jurnalistdən açıqlama

Analitika 16:41 02.12.2021

Dünyanı ölümcül təsiri ilə sarsıdan COVID-19 pandemiyası yeni şaxələnən təhlükəli budaqları ilə kabus saçmaqda davam edir. Öncə “Delta” ştamı ilə bağlı həyəcan təbili çalınsa da, bu, çox da uzun sürmədi. 

Amma virusun mutasiyası yerində durmur. Son günlər COVID-19-un “Omikron” adlanan daha bir mutasiyası meydana çıxıb və xüsusilə Qərb ölkələrində güclü qorxu yaradıb. “Omikron”a yoluxma faktları qeyd olunsa da, ölümcül nəticələr çox da geniş deyil. Buna baxmayaraq ABŞ və Avropanın qərb hissəsi xəstəliklə bağlı sıx tədbirlərə əl atıb. 

Qeyd edək ki, “Omikron”un yayılma təhlükəsi İsrail, ABŞ və Aİ daxil olmaqla bir çox bölgələrdə sərhədlərin yenidən bağlanması və hətta sərt karantin rejiminin tətbiq edilməsi ilə nəticələnib. Məsələn, ABŞ-ın bir neçə ştatında peyvəndlə bağlı üçüncü və dördüncü mərhələli tədbirlər görülməkdədir. Üçüncü – buster doza peyvəndin təsirini yetərsiz hesab edən bəzi elmi laboratoriyalar qarşıdakı “Omikron” təhlükəsindən qorunmaq üçün hətta dördüncü dəfə peyvənd olunmanı məsləhət görür. 

Maraqlıdır ki, elm hələ də virusun özündən hazırlanan peyvənd preparatının nə dərəcədə insanı bu bəladan qoruya biləcəyi qarşısında əmin deyil. Bu isə ən inkişaf etmiş elmi-tədqiqat institutları arasında da müxtəlif versiyaların yaranmasına səbəb olub. Bu, həmçinin insanlarda konkret bir nəticənin əldə edilməməsi səbəbindən skeptik yanaşmanı daha da sürətləndirir. 

Məsələn, son iki həftə ərzində yeni qadağalarla bağlı Avstriya, Böyük Britaniya, Almaniya və ABŞ-da güclü etirazlar baş verdi. İnsanlar xüsusilə azyaşlı uşaqların yüksək dozada peyvənd olunmasına qəti etiraz edir. Bu, ilk növbədə elmin verilən qərarlara əmin olmaması ilə bağlıdır. Digər tərəfdən, yeni pandemiya və qadağalar gərginləşən iqtisadi durum qarşısında xalqın buna tab gətirə bilmədiyini bir daha göstərdi. 

Britaniyalı jurnalist Neil Uatson hazırda dünyanı həyəcanlandırmaqda davam edən “Omikron”un qlobal təsirləri barədə EDNews.net-ə açıqlama verib.  

“Virus mütəxəssislərinin fikrincə, “Omikron” sürətlə Cənubi Afrikada COVID-in dominant ştamına çevrilir. Hazırda ABŞ, BƏƏ, Cənubi Koreya və daha 20-dən çox ölkədə aşkar edilir. Məsələ ondadır ki, İngiltərə də daxil olmaqla, peyvənd nisbəti yüksək olan bir çox inkişaf etmiş ölkələr COVID məsələsinə keçmişə aid problem kimi baxmağa başlayıblar və həyat normallaşmağa doğru gedirdi. 

Şübhəsiz ki, “Omikron” variantının ortaya çıxması hər bir ölkədə narahatlıqla qarşılanır. Çünki onun xüsusiyyətləri, o cümlədən mövcud vaksinlərin qoruyuculuq ehtimalı məlum deyil. Hazırda bir çox ölkələrdə səyahət məhdudiyyətlərinin tətbiq edildiyini və daha güclü karantin rejimlərinə qayıdıldığını görürük. Böyük Britaniyada hökumət peyvəndləməni gücləndirmək üçün ordunu və təqaüdə çıxmış tibb işçilərini yeni doza üçün geri çağırır. Çünki bir çox insanların peyvəndi altı ay və ya daha əvvəl olub. Bundan sonra onların anticisim səviyyəsi azalır. Güman edilir ki, Pfizer və AstraZeneca güclü peyvəndlər olsa da, “Omikron” ilə mübarizə üçün yeni peyvənd vasitəsi hazırlanmalıdır. Aydındır ki, narahatlıq dünyanın bütün iqtisadi və humanitar sahələrinə təsirini göstərməkdədir. Lakin hesab edirəm ki, “Omikron”un yaratdığı bu qədər həyəcan lazımsızdır və hətta deyə bilərəm ki, hökumətlər bununla bağlı yenidən karantinə baş vurmaqdan çəkinəcəklər”.

Jurnalist həmçinin, peyvəndlərə qarşı inamsızlıq, habelə onun azyaşlı uşaqlara tətbiq edilməsinin nə dərəcə uyğun olduğu barədə fikir bildirib.  

“Əminliklə deyə bilərəm ki, geniş ictimaiyyət arasında virusa və peyvənd rejimlərinə qarşı yüksək dərəcədə skeptisizm var. Hətta burada azyaşlı uşaqların peyvənd olunması mahiyyətcə qəddar hesab olunur. 

COVID-in o qədər yeni variantları, peyvənd vasitələri və tez-tez dəyişdirilən profilaktika siyasəti olub ki, hökumətin yanaşmaları o qədər müxtəlifdir ki, insanlar çox çaşqındır və nəyə inanacaqlarını bilmirlər. Mən ictimaiyyətin rəyini əsas gətirərək deyə bilərəm ki, hamı “Omikron”un sadəcə ictimaiyyət arasında arxayınlığı aradan qaldırmaq və COVID pandemiyasının qətiliklə sona çatmadığını sübut etmək üçün vasitə olduğunu düşünür”.

Neil Uatson yeni mutasiyanın gələcək iqtisadi və sosial proseslərə təsirindən də söz açıb. 

“Omikron”, şübhəsiz ki, COVID hekayəsinin sonunun olmadığını izah edən bir vasitədir. Bütün viruslar kimi, COVID də davamlı olaraq dəyişəcək və dünya uzun müddət onunla yaşamalı olacaq. Bununla belə, viral mütəxəssislərin yeni ştamların xüsusiyyətlərini dəqiq və tez müəyyən edə bilməsi, habelə hökumətlərin humanitar və iqtisadi təsirləri azaltmaq üçün əməkdaşlıq etməsi vacibdir ki, dünya heç vaxt tam kilidləmə vəziyyətinə düşməsin”.

Elnur Ənvəroğlu 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı