Sıfır güvən, qarşılıqlı nifrət Rusiya-ABŞ arasında nəticəsiz danışıqlar nə vəd edə bilər?

Analitika 16:07 11.01.2022

Sərhədlərdə artan gərginlik masada da özünü büruzə verməyə başlayıb. Bu gərginlik Rusiya və ABŞ arasında başlanan danışıqlar zamanı tərəflər arasında müsbət nəticə əldə olunmayacağına öncədən möhür vurub. Bir-birinə qarşı ən sərt formada bəyanatlar verən Rusiya və ABŞ rəsmiləri hesab edirlər ki, danışıqlar yalnız açıq müharibənin qarşısını almaqdan başqa heç bir işə yaramır. 

Lakin artıq buna da ümidlər azalıb. “Danışıqlar prosesi getdiyi zamanda Rusiyanın on minlərlə əsgəri Ukrayna sərhədi boyu toplaşaraq silahı qərb istiqamətində tuşlamaqdadır”, - deyə Qərb tərəfi bildirir. 

Rusiya isə Qərbin iddia etdiyi işğalçılıq iddiasını təkzib edir, Rusiya prezidenti Vladimir Putin isə ordunun sərhəd boyu toplanmasında özünü haqlı sayaraq, Qərbdən təhlükəsizliyi üçün zəmanət istəyir. Bu zəmanət şərtlərinə NATO-nun Şərqə doğru irəliləməməsinin dayandırılması, Ukraynanın, eləcə də Gürcüstanın heç bir zaman alyansa üzv edilməməsi tələbi də daxildir.     

ABŞ-ın və Qərbin bu tələbi qəbul etməyəcəyi isə öncədən aydın idi. Ortada ciddi güvənsizlik mövcuddur. Qərbin dəyişkən xarakteri, Putinin isə sözü ilə əməlinin çox zaman üst-üstə düşməməsi tərəfləri heç cür qane etmir. 

Danışıqların ikinci mərhələsi yanvarın 9-da İsveçrənin paytaxtı Cenevrədə baş tutub. Növbədə görüş 12 yanvar tarixində Brüsseldə gözlənilir. Lakin ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken görüşün nəticəsi barədə qabaqcadan belə bir ifadə işlədib: “Biz növbəti həftəki görüşdə Rusiya ilə hansısa bir nəticənin əldə ediləcəyinə ümid bəsləmirik. Çünki bunun üçün hər iki tərəf bir-birinin maraqlarını ehtiramla dinləməlidir. Bəlkə o zaman hansısa irəliləyişdən söz gedə bilər. İndiki halda isə irəliləyiş üçün bir ümid yoxdur”. 

Davam edən danışıqlar prosesi ilə bağlı siyasi analitik Samir Hmbətov EDNews.net-ə şərh verib. 

Samir Humbatov: Rusiya Türkiyə arasında regional ciddi mübarizə gedir –  KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

“Qeyd edim ki, hazırda danışıqlar davam edir və bu danışıqların baş tutmasında Rusiya daha çox israrlıdır. Çünki Rusiya daha çox narahatlıq keçirən tərəfdir və onun bu narahatlığı NATO-nun şərq sərhədlərində genişlənmə riskidir. Rusiya bu səbəbdən də var gücü ilə çalışır ki, hətta NATO tərkibində olan Pribaltika ölkələrinin təşkilatdan çıxarılmasına nail olsun. Rusiya tərəfi görüş zamanı hətta belə bir şərt də irəli sürüb. 

Əlavə olaraq deyim ki, yekun bir nəticə yoxdur, amma danışıqlar hələlik davam edir”. 

Samir Hümbətov həmçinin sabah Brüsseldə baş tutacaq son görüşdə gözlənilən nəticələr barədə fikir bildirib. 

“Hesab edirəm ki, sabahkı görüşdə hansısa detallar müzakirə edilib, barəsində razılıq əldə edilə bilər. Lakin böyük nəticənin əldə edilməsi hər iki tərəf üçün mümkünsüz görünür. Yəni nə Rusiya NATO-nun şərqə doğru genişlənməsinin qarşısını ala biləcək, nə də Qərb rus ordusunu Ukrayna sərhədlərindən geri çəkə biləcək. Bir sözlə, Qərb Rusiya qarşısında geri addım atmayacaq. Əgər belə bir şey baş verərsə, Qərb öz nüfuzunu itirər və NATO-nun tərkibində parçalanma yarana bilər. 

Bundan əlavə, indiki vəziyyətdə danışıqların aparılması həm də Rusiyanın Mərkəzi Asiya, xüsusən də Qazaxıstanda baş verən proseslərə müdaxiləsini də ortaya çıxaracaq. Çünki bilirsiniz ki, ABŞ-ın bir çox şirkətləri hazırda Qazaxıstanda əsasən energetika sektoru və təbii sərvətlərin istismarı sahəsində ciddi rol oynayır. Bu səbəbdən də, hesab edirəm danışıqlar zamanı Rusiya bunu bazarlıq kimi də ortaya qoya bilər. Bu da fikrimcə ən uzağı Ukraynanın NATO-ya üzvlük məsələsini müəyyən vaxtadək ləngidəcək”. 

Siyasi analitik eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyü məsələsinə və Qərbin bu sahədə atmaq istədiyi ciddi addımlara toxunub.  

“Bəllidir ki, Qərb Ukraynanı öz çətiri altında tutmağa çalışır. Lakin bunu hansı formada və nə qədər zaman ərzində əldə edə biləcəyi bir qədər sual altındadır. Bu birdən-birə ola bilməz, çünki bu belə olarsa Ukraynanın Rusiya işğalı altında olan əraziləri, həm də NATO-nun Rusiya işğalı altında olması anlamına gələcək. Bundan əlavə, Rusiya tərəfindən hansısa hərbi hücum olduğu halda, NATO buna qarşılıqlı cavab vermək məcburiyyətində qalacaq. Bu səbəbdən də hesab edirəm Qərb bu qərarında bir qədər ehtiyatlı davranır və birdən-birə irəli addım atmaq istəmir”.

Elnur Ənvəroğlu 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Hamısı