"Brexit"dən sonra həyat Britaniya üçün "Tramp kartı" - Adel Dərviş

Analitika 15:32 04.07.2016

Böyük Britaniyanın “Böyük Avropa” ailəsindən ayrılması hadisəsi ciddi dəyişikliklərə yol açacaq. Bunun konkret necə baş verəcəyini demək mümkün deyil, lakin bu Avropa siyasətində kifayət qədər həssas dönəm olacaq.

Avropa İttifaqının qaydalarına görə, “Brexit”dən (Britaniyanın Aİ-dən çıxmasına dair referendum - Red.)  sonra rəsmi London ittifaq nizamnaməsinin 50-ci maddəsini işə salmalıdır. Yəni, Britaniya Lissabon sazişinin 50-ci maddəsini tətbiq edib, blokdan çıxmaq niyyəti barədə rəsmi bildiriş göndərməyənə kimi post-Breksit münasibətləri barədə Britaniya ilə heç bir müzakirələr aparılmayacaq.

50-ci maddəyə görə, blok üzvü Aİ-dən ayrılmaq niyyətini rəsmi qaydada bildirir və üzvlüyün ləğv olunması prosesi 2 ilə yaxın davam edir. Avropa Birliyi liderləri bununla belə gələcəkdə Böyük Britaniyanın blokun yaxın tərəfdaşı olmasını istəyir.

Sirr deyil ki, Britaniyanın ittifaqdan çıxmasının əks-nəticələri “Brexit” əleyhdarlarını fəallaşdırıb. Birləşmiş Krallığın parçalanma ehtimalından narahat olan vətəndaşlar ittifaqın tərkibində qalmaq tələbilə aksiyalar keçirirlər.

Böyük Britaniyanın Aİ-də qalmasına tərəfdar olanların sayı ölkənin siyasi elitasında da artmaqdadır. Artıq “Brexit”in qatı tərəfdarı və baş nazir postuna ən şanslı namizəd kimi tanınan Londonun sabiq meri Boris Conson qarşıdan gələn seçkilərə qatılmayacağını bildirib. Əgər seçkilərdə sabiq baş nazir Devid Kemeronun da daxil olduğu Aİ tərəfdarları qalib gələrsə, reinteqrasiya prosesi yenidən baş verə bilər.

Hazırda sağçı Mühafizəkarlar Partiyasının lideri və baş nazirliyə əsas namizəd postuna daxili işlər naziri Tereza Meyin adı çəkilir.

Tereza Mey Böyük Britaniyada Rusiyaya loyal münasibəti ilə də tanınır. Düzdür, Mey referendum zamanı Böyük Britaniyanın Aİ-dən çıxmasının əleyhinə səs verib. Lakin, Mey miqrantların Böyük Britaniyaya axınının və Avropa İttifaqının davamlı inteqrasiyasının əleyhinədir. T.Meyin mövqeyinə görə, ““Brexit” “Brekxtdir”, amma hökümət vətəndaşların maraqlarını nəzərə almağa borcludur”. 

 “Eurasia Diary”nin London bürosunun rəhbəri Adel Dərviş (Adel Darwish) “Brexit” haqqında analitik araşdırma hazırlayıb.

Adel Dərviş yazısında Britaniya Krallığının referendumdan sonrakı iqtisadi əlaqələrini şərh edib.

Avropa İqtisadi zonasın əhəmiyyətini vurğulayan  A.Dərviş yazır ki, Aİ Londonun əsas ticarət tərəfdaşıdır, lakin, referendumdan sonra mütləq yeni rüsumlar, tariflər meydana çıxacaq: “Aİ ilə ona daxil olmayan Avropa ölkələrinin əməkdaşlığına dair bir neçə variant var: ən çox İsveçrə və Norveç misal göstərilir; məsələn, Norveç Avropa İqtisadi Zonasına daxildir və onun əli Aİ-nin yalnız maliyyə sektoruna çatmır. İsveçrə isə iqtisadiyyatın hər sektoru ilə bağlı Brüssel ilə ayrıca müqavilə imzalayır. Böyük Britaniyanın hansı modelə üstünlük verəcəyindən asılı olmayaraq, o, Aİ-də qərarların qəbulunda səs hüququndan məhrum olacaq.

Birləşmiş Krallığın Azadlıq Partiyası (UKIP) Londonu Aİ ölkələrinin vətəndaşlarına da işə qəbul zamanı digər ölkə vətəndaşları ilə eyni məhdudiyyətin tətbiqinə çağırır. “Brexit” əleyhdarları isə əksinə, miqrant axınının iqtisadiyyatı stimullaşdırdığını iddia edir və bildirir ki, London Aİ-nin Vahid Bazarına çıxış müqabilində miqrasiya sahəsində üzərinə əvvəlki qədər öhdəlik götürəcək”.

Məqaləsində “Britaniya üçün Tramp kartı” sitatı ilə çıxış edən Adel Dərviş yazır: “Avro ticarət zonası Norveçi və İsveçrəni özünə daxil edən İslandiyadan Türkiyəyə qədər uzanan Avropa Birliyindən də böyük bir zonadır. Qeyd edim ki, sözügedən referendumun nəticəsi İttifaqa daxil olan hər hansı bir ölkədə yaşayan “investor ingilisə” təsir etməməlidir. Digər tərəfdən isə, Böyük Britaniyanın əlində“ Tramp kartı” mövcuddur ki, məsələn,  Britaniyadakı Almaniya fabrikləri, Fransız zavodları və s. labüd qurumlar Britaniyada fəaliyyətləri yeni qaydalara uyğun nizamladıqda, bu kart işə yarayacaq. Yəni, digər ölkələr də Böyük Britaniyadan nümunə götürəcək”.

ABŞ seçkilərinə Respublikaçı namizəd Donald Tramp da hesab edir ki, Britaniya üçün Aİ-siz daha yaxşı olardı. Donald Tramp "The Times" qəzetinə müsahibə "Kütləvi miqrasiya nəinki Avropa Birliyinin dağılmasına səbəb olacaq, eləcə də yaxın 10 ilə qitəni tanınmaz hala salacaq” deyə bildirib.

“Brexit”dən sonra müsahibə verən Tramp  bildirib ki, "Mən düşünürəm ki, Avropa birliyi tamamilə dağılacaq. Əminəm ki, miqrasiya olmasaydı, birliyin dağılmasından söhbət belə getməzdi. Tezliklə görəcəksiniz ki, digər ölkələr də Böyük Britaniyadan nümunə götürür".

 

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Hamısı