Çindən gələn yeni dalğa dünyaya hansı mesajı verir? Rusiyanın növbəti planı

Analitika 15:54 16.03.2022

Son bir həftədə Çində koronavirus təhlükəsinin artması ilə bağlı yeni qapanma əmri verilib. Dünya iqtisadiyyatı böyük bir pandemiya işgəncəsindən özünə gəlməmiş, yenidən yoluxmaların artması səbəbilə ölkədə karantin qadağaları qüvvəyə minib.

Yoluxma faktının təkcə bir əyalətdə 5 mini ötdüyü deyilən Çində, bazar ertəsindən bəri  24 milyon sakinə evlərini tərk etməmək əmri verilib. Maraqlıdır ki, artıq karantin əmri təkcə bir əyalətə deyil, ölkənin hər yanına tətbiq edilib. 

Bəs, görəsən yeni dalğa bu dəfə dünyaya hansı mesajı verir?

Qapanmaların və ümumiyyətlə Çində olan bu vəziyyətin nədənsə son zamanlar qonşusu Rusiyada baş verən proseslərlə bağlı olduğu barədə iddialar səslənir. Unutmaq olmaz ki,  davam edən proseslərdə dünya  siyasi oyunçularının rolu əvəzsizdir. Bəlkə də görünüşdə çəkişmələr sadəcə, Rusiya ilə Qərb arasında müşahidə olunsa da, həqiqətdə bu Şərqlə Qərbin bir müharibəsidir. 

Burada daha bir maraqlı məqam isə Çində fəaliyyət göstərən Toyota, Volkswagen, Apple, Foxconn və bir çox nüfuzlu şirkətlər öz fəaliyyətini tamamilə dayandırmasıdır. Həmçinin dünya ekspertləri, qapanmanın dünya təchizat zəncirini sıradan çıxara biləcəyi ilə bağlı ciddi narahatlıqlarını bildirib.

ABŞ rəsmiləri qeyd edir ki, Ukrayna ilə gedən müharibə prosesinin arxa fonunda Çinlə Rusiya gizli sövdələşmələr aparır. Hətta Çin Rusiyaya həm maddi, həm də hərbi dəstək təklifi irəli sürüb. Lakin bu Rusiya üçün müharibəyə qarşı daxilindən artan narazılıq fonunda kifayət hesab edilmir. Çünki ölkəyə tətbiq olunan ağır sanksiyalar, habelə Rusiyanın Qazprom, Rosneft və sair kimi böyük şirkətlərilə əməkdaşlığın dayandırılması ölkədə bir çox şirkət sahibləri və oliqarxların da əsəblərini tar-mar edib. Hazırda nəinki sadə təbəqə, hətta nüfuzlu iş adamları belə hakimiyyətə qarşı narazılığını gizlədə bilmirlər. Belə bir halda Rusiyanın təkcə silah və maddi dəstəyə deyil, həm də kütlələri idarə edə biləcək və artıq son dərəcə mütəşəkkilləşmiş bir mexanizm vasitəsinə ehtiyacı var. Bu isə yalnız Çindən uzanan kömək əli ola bilər. Beləliklə, mesajın açıqlaması həyəcanın əsas səbəblərini ortaya çıxarır. Dünyanın iqtisadi nəhəngi sayılan Çin, nüfuzlu şirkətlərin fəaliyyətini tamamilə dayandırmaqla həm də Qərbə bir mesaj verir. 

China, US, Russia not in 2-to-1 triangle relations as Biden, Putin set to  meet - Global Times

Rusiya, Çin və Qərbin ana prinsipləri  

Rusiya ilə Çin bir-birlərinə region və ərazi iddiası baxımından zidd olan ölkələr olsalar da, onların belə bir məqamda müttəfiq olması heç də təəccüb doğuracaq bir fakt deyil. Hər iki tərəf “uzaq qohumdansa, yaxın qonşu” prinsipini ana xətt seçərək öz maraqları çərçivəsində Qərbə qarşı birgə əməkdaşlıq edirlər. Çünki Çinin də ABŞ-la Tayvan adası və Şanxay məsələsində ərazi problemləri mövcuddur. Çin müharibədə təngnəfəs olmuş Rusiyaya dəstək göstərməklə, həm də ABŞ və onun müttəfiqlərinin özünə qarşı təsirini neytrallaşdırmağa çalışır. Bu həm də Çinin davam edən müharibədən yararlanaraq öz xeyrinə vaxt qazanması anlamına da gəlir. 

Ukraine gets hold of Russian plan for large scale invasion

Rusiyanın növbəti planı

Hələ 1933-cü il noyabrın 16-da ABŞ Sovet İttifaqı ilə diplomatik əlaqələr qurmaq üçün təşəbbüs addımı atıb. İki tərəf arasında bu əməkdaşlıq nasist Almaniyasını məğlub etmək üçün nəzərdə tutulurdu. Lakin Sovetlər 1939-cu ildə Almaniya ilə hücum etməmək haqqında pakt imzalayanda bəlli oldu ki, ABŞ-la heç bir ittifaqdan söz gedə bilməz. Nəticədə Sovetlər birliyinin sentyabr ayında Polşanın şərqini işğalı və dekabrda Finlandiyaya qarşı “Qış Müharibəsi” ittifaqı tamamilə dağıtdı. 

Bu gün də baş verənlər tarixin bir davamı sayıla bilər. İddialara görə, Rusiyanın Ukraynanı işğalı və onu iki hissəyə bölmək niyyəti, əslində Avropanın şərq sərhədlərinə, yəni keçmiş Sovet ölkələrinə nəzarətini bərpa etmək məqsədi daşıyır. Həm də Rusiya ABŞ-ın NATO qolunu qırmaq üçün bütün diqqətini digər regionlardan çox qərbə yönəldib. Bu onu deməyə əsas verir ki, Rusiya bundan sonra qalan gücünü şərqi Avropa sərhədləri ətrafında səfərbər etmək niyyətindədir. 

Elnur Ənvəroğlu

DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO

Xəbər xətti

İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIR
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Hamısı