Erməni separatizminin qorxulu düşməni - DTX Heydər Əliyev irsi, uğurlu əməliyyatlar – Gizli kəşfiyyatın aşkar işləri...

Analitika 16:43 28.03.2022

Fəaliyyət göstərdiyi 103 il ərzində DTX bir neçə dəfə ad dəyişib. Qurumun ilk adı isə Kəşfiyyat  və Əkskəşfiyyat bölməsi olub.

DTX-nın AXC dönəmi...

Azərbaycanın ilk xüsusi xidmət orqanın yaradılması və onun fəaliyyət istiqamətləri barədə tarixçi, professor, ehtiyatda olan DTX polkovniki Məmməd Cəfərli EDnews-a  eksklüziv açıqlama verib. M.Cəfərli bu qurumun ilk dəfə AXC-nin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə yaradıldığını bildirib:

28 mart, 1919-cu ildə S.B.Mehmandarovun 157 nömrəli fərmanına əsasən Hərbi Nazirliyin Baş Qərargahında Kəşfiyyat və Əkskəşfiyyat şöbəsi yaradıldı. İyun ayında isə bu qurum Əksinqilabla Mübarizə Təşkilatı ilə əvəz edildi. Daha doğrusu, ordu daxilində hərbi əkskəşfiyyat şöbəsi saxlanıldı, lakin əlavə bir kəşfiyyat orqanı kimi Əksinqilabla Mübarizə Təşkilatı formalaşdırıldı. Onun ilk rəisi isə Məhəmməd Bağır Şeyxzamanlı təyin edildi. (Təşkilatın ilk rəisi M.Şeyxzamanov 1919-cu ilin avqust aynın 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad olunduqdan sonra onun kiçik qardaşı Nağı bəy Şeyx­za­ma­nov şəxsi heyətə təqdim edildi). Yeni yaradılmış təşkilat isə artıq sadəcə hərbi deyil, siyasi, iqtisadi, ictimai sahələrdə fəaliyyət göstərmək, kəşfiyyat aparmaq kimi bir sıra vacib funskiyaları icra edir, yəni onun fəaliyyət istiqaməti genişləndirilirdi”.

Tarixçi  AXC dövründə qurumda ermənilər istisna olmaqla etnik kimliyindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının çalışa bildiklərini qeyd edib:

“AXC çox demokratik və tolerant rejimə malik olduğundan Əksinqilabla Mübarizə Təşkilatında da bir çox millətlərdən olan əməkdaşlar çalışırırdı. Azərbaycan vətəndaşı olan gürcü, ukraynalı, yəhudi və s. etnik qruplara aid şəxslərin bu qurumdakı fəaliyyəti ilə bağlı arxiv materallarında məlumatlar var. Yalnız ermənilərin bu təşkilatda çalışması qadağan idi. Buna səbəb Ermənistan Azərbaycana qarşı ərazi iddiaları və müxtəlif regionlarda erməni separatçılarına qarşı aparılan döyüşlər idi”.

M.Cəfərli həmçinin təşkilatın daha çox Ermənistan və Rusiyadan gələn pozuculuq fəaliyyətinə qarşı mübarizə apardığını bildirib:

“DTX-nın özəyi olan bu qurum AXC dövründə bir çox uğurlu əməliyyatlara imza atır. Əsas olaraq sizə onu deyə bilərəm ki, təşkilat ən çox diqqətini Ermənistan və Rusiyadan gələ biləcək təxribatlara yönləndirir. Xüsusilə Rusiya agenturasının pozuculuq fəaliyyətinin gənc Azərbaycan Cümhuriyyətində ifşa olunması üçün təşkilat misilsiz işlər görür. Həmçinin Qarabağda, Zəngəzurda və Naxçıvanda ermənilərə qarşı aktiv döyüş əməliyyatlarına qoşulub, ordu və dövlət üçün həyati əhəmiyyətə malik olan informasiyaları düşmən içərisindən əldə edərək ötürür”.

O, qeyd edib ki, mart ayında yaradılan bu təşkilat 1919-cu ildə Qarabağda aparılan aprel əməliyyatlarında da iştirak edib.

“Hətta mən arxivlərlə işləyəndə həmin ərazilərdən təşkilata məlumatların daxil olduğu ilə bağlı informasiyalara da  rast gəlmişəm. Yəni, bu onu göstərir ki, bizim kəşfiyyat orqanlarımız ermənilərə qarşı bir çox qabaqlayıcı tədbirlər görürdü və  bundan ordu da faydalanıb”.

Məmməd Cəfərli 28 aprel Sovet rejiminin Azərbaycanı işğalından sonra bu qurumun de-fakto ləğv edildiyini, bir çox əməkdaşlarınınsa repressiyaya məruz qaldığını əlavə edib:

“Tariximizin ən qara günlərindən biri olan 28 aprel işğalından sonra isə bu qurum ləğv edilib. Qurumun ilk rəisi olan M.B.Şeyxzamanlı 29 apreldə güllələnib. Təşkilatın bir çox əməkdaşları da eyni tale ilə üzləşdi. Onların çox az bir qismi isə “çekist”lər tərəfindən istifadə edildi, lakin 30-cu illərdə təşkilatın sağ qalan üzvlərinin əksəriyyəti güllələndi”.

Qeyd edək ki, aprel işğalından sonra  1920-ci ilin aprel ayının 29-da Azərbaycan Fövqəladə Komissiyası (Azərbaycan FK) yaradıldı. Kadr və texniki çatışmazlıqlar səbəbindən həmin qurum əvvəllər XI Qırmızı Ordunun Xüsusi şöbəsi ilə birlikdə fəaliyyət göstərdiyindən Semyon Andreyeviç Pankratov XI Ordunun xüsusi şöbəsi ilə yanaşı Azərbaycan FK-ya da rəhbərlik edirdi. Əsas məqsədləri yeni yaradılmış sovet rejiminə qarşı qiyamları yatırtmaq olan bu qurum sorğusuz-sualsız minlərlə azərbaycanlını qətlinə bais oldu. iki il sonra Dövlət Siyasi İdarəsi bu qurumu əvəz etdi. Növbəti illərdə bu adlar dəfələrlə dəyişdirildi. Sovet dövründə qurumun sonuncu adı isə Dövlət Təhlükəsizlik Komitəsidir.

Heydər Əliyev irsi...

 Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkildi. Bununla da təşkilatın Moskvanın yox, Bakının milli maraqlarına köklənməsinin əsası qoyuldu...

1982-1991-ci illərdə DTK-nın, 1991-1996-cı illərdə isə keçmiş MTN-nin əməkdaşı olmuş, ehtiyatda olan polkovnik İlham İsmayıl qurumun sonrakı taleyi və fəaliyyəti barədə EDNews-a eksklüziv açıqlamasında bunları deyib:

“1980-ci illərdə DTK-ya seçilən kadrlar öz peşəkarlıqları ilə seçilsələr də Moskvadakı rejimin tələblərini yerinə yetirirdilər. O cümlədən, Azərbaycan DTK-sının əsas məqsədi rejimin müdafiəsini təmin etmək idi. Bu məqsədlə anti-sovet təbliğatından tutmuş, başda ABŞ olmaqla xarici ölkələrlə müxtəlif tipli əlaqələr quranlar DTK tərəfindən izlənilir və ya saxlanılırdı. Lakin 1988-ci ildə başlayan Azərbaycan-Ermənistan münaqişəsi və Dağlıq Qarabağ problemi Azərbaycan DTK-sını milli mübarizəyə qoşulan və milli maraqlara köklənən bir quruma çevirdi. Artıq Moskvadan gələn tapşırıqlar qulaq ardına vurulurdu. Xüsusilə, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra DTK əməkdaşları silahlandı. 20 yanvarın səhəri günü radio işə düşəndən sonra ilk olaraq rəhmətlik Elmira Qafarovanın ardınca isə DTK işçilərinin birgə hazırladığı etiraz bəyanatı radioda səsləndirildi. O dövrdə DTK rəisi olmuş Vaqif Hüseynov bir saata yaxın tabeliyindəki əməkdaşları ilə danışıqlardan sonra bəyanatın səsləndirilməsinə razılıq verdi. Bununla da, DTK 20 yanvara qəti etirazını bildirib, milli mübarizəyə qatıldı”.

İlham İsmayıl həmçinin DTK-nın Qarabağda və regionda erməni separatizminə qarşı ilk döyüşən qurumlardan biri olduğunu bildirib:

“1990-ci ilin sonları, 1991-ci ilin əvvəllərində isə DTK artıq Qarabağda separatistlərə qarşı döyüşlərə başlamışdı. Hələ SSRİ dağılmamış, Azərbaycan müstəqilliyini elan etməmişdi. O vaxtlar ordumuz yox idi, düşmənə qarşı OMON və DTK döyüşürdü.

 Buna rəğmən biz bir çox uğurlu əməliyyatları həyata keçirdik. Məsələn, 1991-ci ilin mayında məşhur “Halqa əməliyyatı” nəticəsində Çaykənd, Buzluq, Şaumyankənd erməni separatçılarından təmizləndi. Bu əməliyyatın planını DTK hazırlayıb, icra edib, hətta əməliyyatla bağlı Moskva ilə aparılan danışıqları DTK rəisi Vaqif Hüseynov aparıb”.

İ.İsmayıl müstəqillik dövründə formalaşdırılmış Milli Təhlükəsizlik Nazirliyinin (MTN) isə ilk vaxtlar çox ağır bir şəraitdə fəaliyyət göstərdiyini söyləyib:

“Müstəqillikdən sonrakı dövrdə isə vəziyyət olduqca ağır idi. Yeri yaradılmış MTN-nin texnikaları çatışmırdı. Yadımdadır ki, mən o zaman Şəmkirin rəisi idim. Bizim xahişimiz, Rusiyadakı azərbaycanlıların yardımı ilə quruma bəzi texnikaları ala bilirdik. 90-cı illərdə isə hakimiyyətlər tez-tez dəyişirdi. Bu isə bizim uğurlu fəaliyyətimizə mane olurdu. Çünki xüsusi xidmət orqanları birbaşa hakimiyyətin tapşırıqlarını müəyyən bir vaxt ərzində icra edir. Hakimiyyətlər tez-tez dəyişdikcə, tapşırıq və tələblər də başqa şəkil alırdı. Belə olan halda bir çox tapşırıqların icrası tamamlanmadan, yeni əmrlər verilirdi”.

Eskpert xüsusilə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra MTN-nin daha çevik və nüfuzlu quruma çevrildiyini də qeyd edib:

“Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə o dövrdə MTN adlanan qurumun rolu və çəkisi artdı. Heydər Əliyev 25 il xüsusi xidmət orqanlarında çalışmış, yüksək vəzifələr tutmuş biri kimi bu işi çox gözəl bilirdi. Bu da Azərbaycanda MTN əməkdaşlarının daha peşəkar fəaliyyət göstərməsi üçün münbit şərait yaradırdı. Bizim o dövrdə hazırladığımız raportlara dərhal adekvat cavablar gəlir, müvafiq tədbirlər görülürdü. Bilirsiz ki, xüsusi xidmət orqanının əsas funskiyalarından biri qarşıdan gələn təhlükəni öncədən hökumətə çatdırmaq idi. Heydər Əliyevə qədər hökumətə göndərilən bir çox raportlar cavabsız qalırdı. Əliyev isə bu məsələlərə daha həssas yanaşırdı.

Məsələn, 1994-1995-ci illərdə mən Göyçayda işləyirdim. O dövr Göyçayda sünni-şiə problemi baş qaldırmışdı. O dərəcədə ki, sünniləri şiə məscidlərinə buraxmırdılar. Biz dərhal hökumətə bir hesabat təqdim etdik. Burada qeyd olundu ki, Göyçayda ikinci bir məscid tikilməsə dini qruplar arasında toqquşma riski meydana gələ bilər. Qısa zamanda rayonda ikinci bir məscid tikildi. Nəticədə baş verə biləcək bir iğtişaşın qarşısı alındı”.

İlham İsmayıl DTX-nın  Vətən müharibəsi dövrü və sonrasında bir ordu qədər iş gördüyünü də əlavə edib:

“Napoleon Bonapart deyirdi ki, müharibə dövründə lazımı yerdə bir kəşfiyyatçının olması 20 min əsgərə bərabərdir. 44 günlük müharibədə DTX bir ordu qədər iş gördü. Müharibə zamanı Şuşadakı Mədəniyyət evinin vurulması, DTX-nın Hərbi Əkskəşfiyyat Baş İdarəsinin son dəqiqədə verdiyi hesabatlar nəticəsində döyüş trayektoriyasının kəskin dəyişməsi döyüşün taleyini həll etdi. Müharibədən sonra 2021-ci ilin yanvar ayında Ermənistanın Şirak vilayətində 62 nəfər erməni terrorçunun saxlanılması da DTX-nın Xüsusi Təyinatlı Qüvvələrinin uğuru idi.  Bundan savayı DTX Bakıda və regionlarda heç bir panikaya səbəb olmadan anti-terror tədbirlərini icra etdi. Ümumiyyətlə, son illərdə bu qurumun fəaliyyətində müşahidə edilən uğurlar göz qabağındadır. DTX-nın uğuru isə dövlətin ayaqda qalması üçün zəruridir”.

Nicat İsmayılov

“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video

Xəbər xətti

Türkiyədə kömür zavodunda çökmə olub, ölən və yaralanan var
16:20 14.05.2024
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
Türkiyədə yeni konstitusiya qəbul olunacaq
16:10 14.05.2024
FAKTİKİ HAVA: Yağış yağıb, dolu düşüb
16:03 14.05.2024
İğdır-Naxçıvan qaz kəməri yaxın vaxtlarda istifadəyə VERİLƏCƏK
15:55 14.05.2024
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
Alparslan Bayraktar: “Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”
15:50 14.05.2024
Aİ Şurası Ukraynanın 50 milyard avroluq yardım alması üçün islahatlar planını təsdiqləyib
15:40 14.05.2024
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub
15:40 14.05.2024
Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"
15:30 14.05.2024
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
Nikol Paşinyan: Ermənistan bu il Aİ-yə üzv olmağa hazırdır
15:24 14.05.2024
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
"Ermənistan Avrasiya İqtisadi İttifaqı olmadan mövcud ola bilməz" - Rusiyalı səfir
15:15 14.05.2024
“COP29 Qarabağın Yaşıl Enerji potensialını önə çıxaracaq” - Macar professor -Video
15:00 14.05.2024
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
Növbəti köç karvanı Şuşa şəhərinə çatdı
14:50 14.05.2024
Ukraynadan dünyaya XƏBƏRDARLIQ
14:45 14.05.2024
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
Bayden Çin elektromobillərinə 100%-lik tarif elan etdi
14:36 14.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər
14:28 14.05.2024
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
Vatikanda muzey işçiləri Roma papasına petisiya göndəriblər
14:15 14.05.2024
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
“Azərbaycan Yaşıl Enerji ixrac etməlidir” - Macar professor -Video
14:00 14.05.2024
Bakıda həbsdə olan Qukasyanla bağlı YENİ QƏRAR
13:55 14.05.2024
Rəsmi Bakı Ermənistanla sülh sazişinin şərtlərini AÇIQLADI
13:45 14.05.2024
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
Ceyhun Bayramov: Mandatlığı bitmiş Minsk qrupuna ehtiyac yoxdur
13:22 14.05.2024
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
Azərbaycan XİN-i: Ermənistanla son 6 ayda normallaşma üzrə xeyli iş görülüb - VİDEO
13:17 14.05.2024
“Avropa dövlətləri neft idxalını azaltmağa çalışır” – Macar professorla MÜSAHİBƏ - VİDEO
13:15 14.05.2024
Ceyhun Bayramovun ATƏT sədri ilə müzakirə etdiyi məsələlər AÇIQLANDI
12:55 14.05.2024
Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi – YENİ TƏYİNAT
12:51 14.05.2024
Naxçıvan əhalisinin sayı açıqlandı
12:43 14.05.2024
Azərbaycanda bu şəxslərin maaşı ARTIB
12:31 14.05.2024
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
Dmitri Peskov öz vəzifəsində qaldı - DİGƏR TƏYİNATLAR
12:24 14.05.2024
DİN əhaliyə MÜRACİƏT EDIB
12:15 14.05.2024
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
Melinda Bill Gates-dən boşandıqdan iki il sonra ortaqlığa da SON QOYDU
12:00 14.05.2024
Nigar Arpadarai: COP29-a hazırlıq tam sürətlə gedir, bütün komanda səfərbərdir
11:52 14.05.2024
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
11:38 14.05.2024
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
Olaf Şoltz: Bu il Ukraynaya 7 milyard avrodan çox hərbi yardım göstəriləcək - VİDEO
11:33 14.05.2024
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
Sabiq rusiyalı prezident müşaviri Ukraynada sülhün həllini açıqlayıb – MÜSAHİBƏ
11:30 14.05.2024
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
La Razon: Minalar işğaldan azad edilmiş ərazilərin iqtisadi bərpasına mane olur
11:17 14.05.2024
İlham Əliyev: "Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb"
11:13 14.05.2024
Prezident Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavinini qəbul edib
11:07 14.05.2024
“Trendyol Azərbaycan” daşıma qiymətlərini ARTIRDI - AÇIQLAMA
11:00 14.05.2024
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir - FOTOLAR
10:59 14.05.2024
Azərbaycan XİN-dən İsrailə TƏBRİK
10:49 14.05.2024
Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb - VİDEO
10:42 14.05.2024
Hamısı